25 Noyabr 2017, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Dövlət Baytarlıq Xidməti və “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyinin təşkilatçılığı ilə Ordubad rayonundakı Sabirkənddə “Payız mövsümündə arıxanalarda baytarlıq tədbirlərinin aparılması və arıxanaların qışlamaya hazırlanması” mövzusunda müşavirə keçirilib.
Müşavirəni Ordubad Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini Zamiq Babayev açaraq tədbirin məqsəd və vəzifələri barədə iştirakçılara məlumat verib.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Vəli Novruzov “Arıxanaların zoobaytar qaydalara uyğun qışlamaya hazırlığının əhəmiyyəti”, “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyinin sədri Vaqif Məmmədov “Arıçılıqda qabaqcıl təcrübələrin əhəmiyyəti”, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşı Süleyman Rüstəmov “Muxtar respublikada istehsal edilən arıçılıq məhsullarının sertifikatlaşdırılmasının əhəmiyyəti”, Dövlət Baytarlıq Xidmətinin əməkdaşı Qadir Fərhadov “Payız mövsümündə arıxanalarda baytarlıq tədbirlərinin aparılmasının əhəmiyyəti” mövzularında çıxış ediblər.

Çıxışlarda vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” muxtar respublika əhalisinin etibarlı ərzaq məhsulları ilə təminatında mühüm rol oynayır.
Bildirilib ki, regionumuzun iqlim şəraiti bu sahədə yüksəkkeyfiyyətli məhsul istehsalına imkan verir. Uzun illərin təcrübəsi, bu sahəyə göstərilən dövlət qayğısı arıçılığa marağı daha da artırıb. İqtisadi cəhətdən xeyli sərfəli olan bu sahənin inkişafında sərəncamın xüsusi əhəmiyyət daşıdığını vurğulayan mütəxəssislər Ordubad rayonunda da arıçılığın geniş perspektivləri olduğunu diqqətə çatdırıblar.
Qeyd olunub ki, ekoloji sağlam bal məhsulu əldə etmək üçün arıçıların maarifləndirilməsi, arıxanaların zoobaytar qaydalara uyğun olaraq qışlamaya hazırlanması, baytarlıq tədbirlərinin aparılması qarşıda duran mühüm məsələlərdir.

Abbas SEYİD

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5356558
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2751
19055
96132
404764
5356558

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter