25 Noyabr 2017, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Bu il avqustun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2017-2018-ci illərin payız-qış mövsümünə hazır­lıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə muxtar respublika Dövlət Energetika Xidmətinin qarşısında da mühüm vəzifələr qoyulmuş, konkret tapşırıqlar verilmişdir. Həmin tapşırıqların icrası çərçivəsində xidmət tərəfindən ardıcıl tədbirlər həyata keçirilmiş, qış mövsümünü mütəşəkkil başa çatdırmaq üçün elektrik stansiyalarında, yüksək və alçaq gərginlikli elektrik verilişi xətlərində, müxtəlif gərginlikli transformator yarımstansiyalarında qrafik əsasında əsaslı və cari təmir işləri aparılmışdır.

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətindən aldığımız məlumata görə, 2017-ci ilin doqquz ayı ərzində muxtar respublikanın elektrik şəbəkələrinə 364 milyon 704 min 955 kilovat-saat elektrik enerjisi daxil olub. Bunun 30 milyon 651 min kilovat-saatı İran İslam Respublikasından alınıb, 57 milyon 132 min 500 kilovat-saatı Araz, 37 milyon 595 min 700 kilovat-saatı Biləv, 44 milyon 305 min kilovat-saatı “Arpaçay-1”, 2 milyon 234 min kilovat-saatı “Arpaçay-2” Su, 243 min 355 kilovat-saatı Naxçıvan Qaz-Turbin, 159 milyon 672 min kilovat-saatı Naxçıvan Modul, 8 milyon 335 min 400 kilovat-saatı Heydər Əliyev Su Anbarı üzərindəki su elektrik stansiyasında, 24 milyon 536 min kilovat-saatı Naxçıvan Günəş Elektrik stansiyalarında istehsal edilərək elektrik şəbəkələrinə ötürülüb. Doqquz ay ərzində İran İslam Respublikasına 36 milyon 54 min kilovat-saat elektrik enerjisi verilib.

Hazırda İran İslam Respublikası ilə elektrik enerjisi mübadiləsi aparılır. Araz Su Elektrik Stansiyasında generatorlar 3-3,5, Naxçıvan Modul Elektrik Stansiyasında 36-37, Biləv Su Elektrik Stansiyasında, 0,8-0,9, “Arpaçay-1” Su Elektrik Stansiyasında 3-4, “Arpaçay-2” Su Elektrik Stansiyasında 0,1-0,2, Heydər Əliyev Su Anbarı üzərindəki su elektrik stansiyasında 0,6-0,7, Naxçıvan Günəş Elektrik Stansiyası 4-5 meqavat güclə işləyir. Muxtar respublikada istifadəçilərə fasiləsiz və keyfiyyətli elektrik enerjisi verilir.
2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıq məqsədilə tədbirlər yüksək səviyyədə həyata keçirildiyindən oktyabr ayı ərzində elektrik enerjisi təchizatında heç bir çətinlik olmayıb.
Məlumatda o da diqqətə çatdırılır ki, muxtar respublikada həyata keçirilən tikinti-quruculuq tədbirlərindən həmişə olduğu kimi, cari ildə də energetika təsərrüfatına pay düşüb. Belə ki, Şahbuz Rayon Elektrik Şəbəkəsi üçün yeni inzibati idarə binası və 35/10 kilovoltluq yeni “Şahbuz” ikitransformatorlu 12600 kva güclü transformator yarımstansiyası tikilərək istismara verilib və bu məqsədlə 1 kilometr uzunluqlu 35 kilovolt və 11 kilometr uzunluqlu yeni 10 kilovoltluq elektrik xətləri çəkilib. İstismarda olan 20 meqavat gücündə Günəş Elektrik Stansiyasının layihə gücü daha 2 meqavat artırılaraq istismara verilib.
Bəhs olunan müddətdə Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında, ümumilikdə, 148 ədəd 10/0,4 kilovoltluq transformator yarımstansiyası təmir edilib. Bu dövrdə Naxçıvan, Şərur və Culfa transformator təmiri sexlərində 73 ədəd 10/0.4 kilovoltluq transformator təmir edilərək şəbəkələrə qaytarılıb. Culfa rayonunda gələcəkdə külək elektrik stansiyası tikintisinin texniki-iqtisadi əsaslandırılması üçün ölçü qurğuları quraşdırılıb. Hazırda ölçmə işləri aparılır.
İlin ilk doqquz ayı ərzində muxtar respublikanın şəhər və kəndlərində 16 ədəd 35/10 və 10/04 kilovoltluq transformator yarımstansiyası quraşdırılıb, 32,5 kilometr uzunluğunda 10 və 0.4 kilovoltluq yeni elektrik verilişi xətti çəkilib, 7 kilometr uzunluğunda hava elektrik verilişi xətləri kabel xətləri ilə əvəz edilib.
Muxtar respublikada bütün istifadəçilərin sərf etdiyi elektrik enerjisinin dəqiq qeydiyyatını aparmaq üçün elektron sayğaclar qoyulub, enerji haqqının sayğacların göstəriciləri əsasında ödənilməsi təmin edilib.
Naxçıvan şəhərində əhali abonentlərinin ev və mənzillərində ön ödənişli smartkarttipli sayğacların qoyulması işləri davam etdirilir. Son doqquz ay ərzində 4774 ədəd belə sayğac quraşdırılaraq bu tip sayğacların sayı 19520-yə çatdırılıb.
Elektrik enerjisindən sayğacdankənar istifadə edilməsinin qarşısının alınması üçün mütəmadi reydlər keçirilir, əhali arasında maarifləndirici tədbirlər aparılır. Elektrik enerjisindən səmərəli istifadə edilməsinin zəruriliyi, elektrik xətlərində baş verə biləcək xoşagəlməz hadisələrin yaranmaması üçün əhalinin elektrik enerjisindən istifadə zamanı tələb olunan texniki göstəricilərə əməl etmələrinin vacibliyi izah olunur.
Həyata keçirilmiş tədbirlər belə deməyə əsas verir ki, muxtar respublikada qış mövsümündə elektrik enerjisi ilə təchizatda problemlər yaranmayacaq.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5356623
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2816
19055
96197
404829
5356623

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter