25 Noyabr 2017, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Fərmanı ilə hər il noyabrın 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur.
Ümummilli lider Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə Azərbaycan keçmiş ittifaqın aqrar əlavəsindən kənd təsərrüfatının kompleks inkişaf etdiyi qabaqcıl respublikalardan birinə çevrilmişdir. Həmin dövrdə ölkəmizdə kənd təsərrüfatının elmi əsaslarla inkişafı nəticəsində bu sahədə zəngin təcrübə formalaşmışdır. Təəssüf ki, müstəqilliyin ilk illərində ölkədə baş verən özbaşınalıq nəticəsində aqrar sahədə yaradılan bu infrastruktur da tamamilə dağıdılmışdır. Həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyən ümummilli lider isə kənd təsərrüfatının inkişafının vacib­liyini daim ön plana çəkmiş, bununla bağlı mühüm qərarlar qəbul etmişdir. Ali Məclisin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edilmiş, bununla da, Azərbaycanda torpaq islahatına ilk dəfə Naxçıvandan başlanılmış, özəl mülkiyyətə əsaslanan aqrar münasibətlər formalaşmışdır. 1993-2003-cü illərdə isə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu istiqamətdə kompleks tədbirlər görülmüş, uğurlu islahatlar həyata keçirilmiş, qanunvericilik bazası yaradılmışdır.

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişafını diqqətdə saxlayır. Ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Dövlət proqramları qəbul olunur, kənd təsərrüfatının inkişafı ilə bağlı müşavirələr keçirilir və konkret tapşırıqlar verilir.
Naxçıvan Muxtar Respublikasında da kənd təsərrüfatının inkişafı daim diqqət mərkəzində saxlanılır. Aparılan islahatlar bitkiçilik və heyvandarlıq, eləcə də emal sənayesinin inkişafı üçün geniş imkanlar açmışdır. 2000-ci ildə muxtar respublikada torpaq islahatı başa çatdırılmış, 72 min 758 ailəyə torpaq sahəsi verilmişdir. Bundan sonra kənd təsərrüfatının inkişafında dönüş yaradılmış, bol məhsul istehsalının əsası qoyulmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə Dövlət Proqramı (2005-2010-cu illər)”, “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı”, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” və “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” muxtar respublikada aqrar sahənin inkişafına mühüm təkan vermiş, kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə uğurlu nəticələr qazanılmışdır.
Muxtar respublikada əhalinin əsas hissəsinin kənd təsərrüfatı ilə məşğul olması burada əkinçiliyin inkişafını şərtləndirir. Fermerlərə taxıl əkinlərinə görə subsidiyaların verilməsi, texniki təminatın yaxşılaşdırılması üçün istehsalçılara lizinq yolu ilə güzəştli şərtlər əsasında texnika və gübrələrin satılması əkinçi­liyin inkişafında yeni istiqamətlər açmış, əkin sahələrinin və məhsuldarlığın ilbəil artmasına səbəb olmuşdur. 2017-ci ilin məhsulu üçün muxtar respublikada 61 min 531 hektar sahədə əkin aparılmışdır. Cari ilin 9 ayı ərzində muxtar respublikada 100 min 116 ton dənli və dənli­-paxlalı, 11 min 150 ton dən üçün qarğıdalı, 750 ton dən üçün günəbaxan, 72 min 314 ton tərəvəz, 47 min 490 ton kartof, 36 min 378 ton bostan məhsulları, 38 min 122 ton meyvə, 9 min 732 ton üzüm istehsal olunmuşdur. Bir neçə məhsul növü üzrə yığım hazırda davam etdirilir.
Son illər əkinçilik üçün yararlı olmayan torpaq sahələrində iməciliklər yolu ilə salınan yeni meyvə bağları muxtar respublikanın yaşıl örtüyünü zənginləşdirməklə yanaşı, həm də əhali tələbatının ödənilməsi üçün geniş imkanlar açır. Hər il bu meyvə bağlarından tonlarla məhsul yığılır. Yeni və ənənəvi meyvə sortlarından ibarət bağların salınması da davam etdirilir. Hazırda muxtar respublikada 100 hektara yaxın sahədə püstə bağı salınmışdır. Bu il isə yeni badam bağlarının salınması nəzərdə tutulur.
Torpaq sahələrinin normalara uyğun suvarma suyu ilə təmin olunması əkinçiliyin inkişafını təmin edən əsas amillərdən biridir. Buna görə də muxtar respublikada irriqasiya sistemləri daim yeniləşdirilir, qapalı suvarma şəbəkələri qurulur, meliorasiya tədbirləri həyata keçirilir. Bu da torpaq sahələrində su təminatının yaxşılaşdırılmasına, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına imkan verir. 2015-ci ildə Vayxır sol sahil kanalından qidalanan və 2200 hektar torpaq sahəsini əhatə edən qapalı suvarma və drenaj şəbəkəsi, 2016-cı ildə Babək rayonunun Kültəpə və Kərimbəyli kəndlərinin 565 hektar torpaq sahəsini əhatə edən yeni suvarma şəbəkəsi istifadəyə verilmişdir. Bu il isə Kəngərli rayonunun Böyükdüz kəndini əhatə edən yeni suvarma şəbəkəsinin açılışı olmuşdur. Yeni qapalı suvarma sisteminin qurulması nəticəsində 407 hektar torpaq sahəsində suvarma işləri yaxşılaşdırılmışdır ki, bunun da hamısı yeni əkin dövriyyəsinə qatılmış torpaqlardır.
Yüksəkkeyfiyyətli qida məhsullarının, xüsusilə süd və ət məhsullarının əldə olunması məqsədilə heyvandarlığın inkişafı diqqət mərkəzində saxlanılır. Əsasən, düzən yerlərdə heyvandarlığın ətlik-südlük istiqaməti inkişaf etdirilir. Bunlar da muxtar respublikada mal-qaranın baş sayının artırılmasına və əsas növ heyvandarlıq məhsullarının istehsalının çoxalmasına imkan yaradır. Hazırda muxtar respublikada iribuynuzlu mal-qaranın baş sayı 116 min 122 başa, xırdabuynuzlu heyvanların sayı isə 716 min 107 başa çatdırılmışdır. 2017-ci ildə 10 heyvandarlıq və 4 quşçuluq təsərrüfatı yaradılmış, bank və kredit təşkilatları tərəfindən heyvandarlığın inkişafına 1 milyon 98 min 400 manat həcmində kredit verilmişdir.
Əhalini sağlam heyvandarlıq məhsulları ilə təmin etmək üçün Dövlət Baytarlıq Xidməti tərəfindən də tədbirlər həyata keçirilir. Əhalinin sağlamlığının qorunması məqsədilə həyata keçirilən sistemli tədbirlər nəticəsində qida məhsullarının, xüsusilə ət və süd məhsullarının yüksək keyfiyyət göstəricilərinin təmin olunması, heyvan mənşəli xəstəliklərə qarşı vaxtında mübarizə tədbirlərinin aparılması prosesləri uğurla davam etdirilir.
Heyvandarlığın inkişafında əsas amillərdən biri də cins tərkibin yaxşılaşdırılması və süni mayalandırma tədbirlərinə üstünlük verilməsidir. Bu iş muxtar respublikada daim diqqətdə saxlanılır, baytarlar süni mayalandırma avadanlıqları ilə təmin olunurlar. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu il heyvandarlıq təsərrüfatlarında süni yolla 7 min 732 baş inək, düyə və camış mayalandırılmış, əvvəlki dövrdə mayalandırılmış inək, düyə və camışlardan 4 min 866 baş sağlam bala alınmışdır.
Muxtar respublikada 70 min 537 arı ailəsi vardır. Bu sahə üzrə dövlət proqramının qəbul olunması, istehsal olunan balın satışı üçün şəraitin yaradılması və ənənəvi olaraq “Bal” festivalının keçirilməsi arı ailələrinin çoxalmasına, bal istehsalının artmasına və bu sahədə sahibkarlığın inkişafına stimul olmuşdur. Əhalinin balıq əti ilə təmin olunması istiqamətində də əsaslı işlər görülmüşdür. Artıq muxtar respublikada 15 balıqçılıq təsərrüfatı fəaliyyət göstərir. Görülmüş işlərin nəticəsidir ki, 2017-ci ilin 9 ayı ərzində diri çəkidə ət istehsalı 17 min 725 ton, süd istehsalı 70 min 231 ton, yun istehsalı 886 ton, yumurta istehsalı isə 74 milyon 863 min ədəd olmuşdur. Bu dövrdə, ümumilikdə, 334 milyon 397 min 900 manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz çoxdur.
Kənd təsərrüfatının bitkiçilik sahəsində əldə olunan uğurlarda sahibkarların müasir kənd təsərrüfatı texnikaları ilə təchiz olunmasının böyük rolu vardır. Hazırda muxtar respublikada sahibkarlara aqroservis xidməti “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rayonlarda olan kənd təsərrüfatı maşın və aqreqatları ilə yanaşı, həm də şəxsi texnikalar vasitəsilə həyata keçirilir. Ötən dövr ərzində “Naxçıvan Aqrolizinq” ASC-nin xətti ilə 1978 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası gətirilmiş, onlardan 1688 ədədi nağd hesablaşma və lizinq yolu ilə sahibkarlara satılmışdır. Alınmış texnika və aqreqatların 143 ədədi 2017-ci ilin 9 ayında gətirilmişdir. Mövcud texnikalar kənd təsərrüfatı sahəsində aqrotexniki tədbirləri keyfiyyətlə həyata keçirməyə imkan verir. Fermerlərə lizinq yolu ilə müasir tələblərə cavab verən yeni kənd təsərrüfatı texnikalarının alınıb icarəyə verilməsi ilə bağlı güzəştlər müəyyən edilmişdir.
Muxtar respublikada məhsuldar və keyfiyyətli toxum növləri istehsalının stimullaşdırılması məqsədilə toxumçuluq təsərrüfatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilir. Hazırda muxtar respublikada 5 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. Sahibkarlara elit, I və II reproduksiyalı buğda və arpa toxumlarının satışının təşkil edilməsi, eləcə də 70 faiz güzəştli şərtlərlə mineral gübrələrin verilməsi təmin olunur. Ötən dövr ərzində məhsul istehsalçıları 5 min 293 ton mineral gübrə ilə təmin olunmuşdur. İstehsal olunan I və II reproduksiyalı toxumların satışına görə dövlət tərəfindən subsidiyaların ödənilməsi, eləcə də əkin sahəsinin hər hektarına fermerlərə 50 manat yardım verilməsi təmin olunur.
Əhalini ilboyu meyvə-tərəvəz məhsulları ilə təmin etmək muxtar respublikada aqrar sahədə həyata keçirilən əsas tədbirlərdəndir. İritutumlu soyuducu anbarların tikilməsi və istixana komplekslərinin yaradılması ilin istənilən fəslində bazarın tələbatının ödənilməsinə imkan verir. Hazırda muxtar respublikada ümumi tutumu 14 min 30 ton olan 31 soyuducu anbar və sahəsi 128 min 162 kvadratmetr olan 21 istixana kompleksi fəaliyyət göstərir. Muxtar respublikada əhalinin ərzaq məhsullarına olan tələbatının etibarlı ödənilməsi istiqamətində əlavə tədbirlər də görülür, istehsal olunan malların satışı üçün hərtərəfli şərait yaradılır. Artıq bir neçə ildir ki, istehsalçıların istehsal etdikləri məhsulların satışını təmin etmək üçün kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil edilir. Bütün bunlar əhalinin ərzaq məhsulları ilə etibarlı təmin olunmasında həlledici rol oynayır.
İstehsal prosesində aqrotexniki qaydalara düzgün əməl etmək vacib məsələdir. Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyi muxtar respublikada bu sahədə fəaliyyətin təşkili üçün geniş imkanlar açır. Birliyin yardımçı təsərrüfatlarında əkinçiliyin inkişafı ilə bağlı aparılan təcrübə məhsuldar sortların əldə olunmasına və tətbiqinə imkan verir. Sahibkarlar və torpaq mülkiyyətçiləri arasında maarifləndirmə işləri aparılır, tövsiyə xarakterli bukletlər hazırlanaraq torpaq mülkiyyətçilərinə və sahibkarlara paylanılır.

Muxtar respublikada kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində qarşıya qoyulan vəzifələr bundan sonra da diqqət mərkəzində saxlanılacaq, ardıcıl tədbirlər həyata keçiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı
Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5356586
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2779
19055
96160
404792
5356586

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter