23 Oktyabr 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Su dünyada mövcud olan ən vacib nemətlərdəndir. Canlı həyatın yaranması və yaşaması üçün onun nə qədər əvəzedilməz olduğunu hər kəs bilir. İnsan ehtiyacları üçün lazım olan şirin su ehtiyatları isə təbiətdə məhdud olduğu qədər onun keyfiyyəti və təhlükəsizliyi də həmişə diqqət mərkəzində olub. 

Ölkəmizdə və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında insanların həyat səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən işlər arasında əhalinin keyfiyyətli içməli su ilə daimi təmin olunması diqqət mərkəzində olan məsələlərdəndir. Təmiz su təminatı həyati zərurət olmaqla yanaşı, həm də bir yaşayış keyfiyyəti və mədəni səviyyə standartı kimi də qəbul edilir. Belə bir vacib məsələ də dövlətimizin rolunu artırır. Şübhəsiz, Naxçıvan Muxtar Respublikası kimi su ehtiyatlarının qeyri-bərabər paylanıldığı bir regionda bu məsələnin uğurlu həlli xeyli zəhmət və vəsait hesabına başa gəlir. Artıq bir neçə ildir ki, Naxçıvan şəhərində və muxtar respublikamızın əksər iri yaşayış məntəqələrində istifadəyə verilmiş fasiləsiz, keyfiyyətli içməli su, bu mənada, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəlmiş mühüm işlərin tərkib hissəsi kimi diqqəti cəlb edir. Bu istiqamətdə davam etdirilən tədbirlər isə yaxın gələcəkdə muxtar respublikanın hər yerində insanların keyfiyyətli su ilə təmin olunması məsələsini həll edəcəkdir. Çünki təmiz su, təmiz qida sağlam həyat və yaşayış tərzidir.

Sudan söhbət düşəndə, heç şübhəsiz, hər bir naxçıvanlı ailəsinin 15-20 il əvvəllər evinə su çəkə bilməsi üçün hansı əziyyətlərə qatlaşması yada düşür. Azı iki su nasosu ilə yuxarı mərtəbələrə su qaldırmağımızı, təzyiq əldə etmək, yaxud yayın istisində və qışın şaxtasında su ilə bağlı yaranan problemləri necə primitiv yollarla həll etdiyimizi yaxşı xatırlayırıq. Odur ki, indi sürətli axınla evimizə qədər qalxan büllur kimi təmiz sudan istifadə edəndə bu gözəl nemətin dəyərini bilməli, bu şəraiti yaradanlara minnətdar olmalıyıq.
Su təsərrüfatı mürəkkəb sahədir. Belə ki, əhalinin davamlı içməli su ilə təminatında onlarla və hətta bəzi yerlərdə yüzlərlə kilometr məsafədən çəkilmiş yüksək təzyiqə davamlı su kəmərləri, milyonlarla manata başa gələn bəndlər, mürəkkəb hidrotexniki və sutəmizləyici qurğular, xidmətə hər an hazır olan təmir işçiləri, alınmış yüksək texnoloji avadanlıqlar xüsusi rol oynayır. Çəkilmiş su xətlərində təzyiqin normada saxlanılması, qəzalara yol verilməməsi və baş vermiş qəza hallarında onun dərhal aradan qaldırılması üçün operativ tədbirlərin görülməsi, habelə su istifadəçisi olan abonentlərlə işlərin aparılması bu sahədə çalışanların gündəlik qayğılarındandır. Məqsəd dövlətin külli miqdarda vəsaiti hesabına başa gəlmiş müasir su təchizatı sisteminin insanların artan tələbatını ödəyə bilməsi və rifahımızın yüksəlməsi üçün lazımi xidmətlərin göstərilməsidir.
Naxçıvan şəhərində 100 mindən artıq sakin yaşayır. Şəhərin və ətraf kəndlərin etibarlı içməli su təminatını həyata keçirmək üçün 2014-cü ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilmiş Naxçıvan Şəhər Su Anbarı və Su­təmizləyici Qurğular Kompleksi şəhər sakinlərinin tələbatını tam ödəyir. Bu mühüm hidroobyektdə suyun təmizlənməsi üçün ən müasir qurğu və avadanlıqlardan istifadə olunur, su təbii mineral tərkibi saxlanılmaqla təmizlənir. Üçqat təmizləmənin aparıldığı kompleksdə Hollandiya istehsalı olan müasir avadanlıqlar quraşdırılıb. Nanofiltr sistemli membranlar vasitəsilə xətlərə verilən suyun tərkibi təbii bulaq suyu qədər təmizlənir. Beləliklə, əldə olunmuş keyfiyyətli içməli su müasir tələbləri ödəməklə yanaşı, məişət avadanlıqlarının və evlərdə istifadə olunan su xətlərinin vaxtından əvvəl sıradan çıxmasına səbəb olmur.
Bəs hazırda Naxçıvanda su təminatı sarıdan vəziyyət necədir? Bu barədə Naxçıvan Şəhər Su-Kanalizasiya İdarəsindən aldığımız məlumatda deyilir ki, ötən illərdə olduğu kimi, bu ilin ilk səkkiz ayında da şəhərimizin keyfiyyətli su ilə təmin olunmasına çalışılıb. İlin əvvəlindən 4 milyon kubmetrdən artıq içməli suyun verildiyi 22 min 600-dən artıq abonentə xidmət göstərən idarədə suyun dayanıqlı təminatı üçün hər cür şərait var. Eyni zamanda burada lazımi mal-material ehtiyatı yaradılıb. Abonentlərin təkcə Naxçıvan şəhərində deyil, həm də Qaraxanbəyli, Qaraçuq, Bulqan, Tumbul kəndləri üzrə də olması daha geniş ərazidə lazımi profilaktik tədbirlərin aparılmasını tələb edir. Belə tədbirlər isə payız-qış mövsümündə daha da zəruridir. Su siyirtmələrinə vaxtında baxış keçirilməsi, quyuların yad cisimlərdən təmizlənməsi Naxçıvanın sərt qışında ola biləcək qəza halları zamanı əhalinin qarşılaşa biləcəyi çətinlikləri aradan qaldırır.
Naxçıvan Muxtar Respublikasında insanların həyat səviyyəsinin artırılması üçün lazım olan bütün tədbirlər həyata keçirilir. Ancaq onlar arasında, şübhəsiz, təmiz su ilə təminat hər şeydən vacibdir. Bu mənada, muxtar respublikamızın paytaxtında və digər bölgələrində su-kanalizasiya problemlərinin həlli dövlətimizin hər bir vətəndaşına, onun sağlamlığına göstərdiyi qayğının daha bir nümunəsidir.

 Əli CABBAROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4811819
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
10924
15275
10924
346879
4811819

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter