23 Oktyabr 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

  Son illər muxtar respublikada digər təsərrüfat sahələri kimi, arıçılığın inkişafına da böyük qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri sahibkarlarla keçirilən görüşdə arıçılığın inkişaf etdiyi ölkələrlə əlaqələrin genişləndirilməsi, bu ölkələrdə keçirilən tədbirlərdə arıçıların iştirak etmələrinin təmin edilməsi ilə bağlı mühüm tapşırıqlar vermişdir. 

Beynəlxalq təcrübənin öyrənilməsi üçün arıçıların xarici səfərlərinin təşkili məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən ötən günlərdə Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən 45-ci Beynəlxalq Apimondia Konqresində Naxçıvan Muxtar Respublikası “Arıçılar İctimai Birliyi” sədrinin iştirakı təmin edilmişdir.
Beynəlxalq konfransda 120 dövləti təmsil edən arıçılıq məhsulları istehsal edən şirkətlər, arıçılıq məhsullarının satışı ilə məşğul olan holdinqlər, ictimai birliklər, alim və mütəxəssislər olmaqla, ümumilikdə, 14 min nümayəndə iştirak etmişdir.
Konfransda iştirak edən mütəxəssislər beynəlxalq arıçılıq sahəsində aparılan elmi-tədqiqat işləri barədə təqdimatlarla çıxış etmiş, arı xəstəliklərinin tədqiq edilməsi, müxtəlif mənşəli zərərvericilərə qarşı müalicə vasitələrinin tətbiqi, arıçılar arasında informasiya-məsləhət işlərinin genişləndirilməsi və saxta bal tədarükçüləri ilə mübarizə barədə müzakirələr aparılmışdır.
Beynəlxalq konqresdə ilk dəfə olaraq iştirak edən Naxçıvan Muxtar Respublikası “Arıçılar İctimai Birliyi”nin sədri arıçılığın bütün sahələrini əhatə edən mövzular barədə konqres iştirakçıları ilə birgə söhbətlər aparmış, arıçılığın inkişafı və bu sahədə ən son texnologiyaların tətbiqi ilə bağlı seminarlarda iştirak etmişdir.
Qeyd edək ki,1897-ci ildə yaradılmış Apimondia Beynəlxalq Arıçılıq Təşkilatı tərəfindən təşkil olunan bu cür elmi tədbirlər arıçıların beynəlxalq əlaqələrin inkişafına və bu sahədəki təcrübənin mənimsənilməsinə mühüm təsir göstərməkdədir.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4812062
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11167
15275
11167
347122
4812062

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter