23 Oktyabr 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Naxçıvanda strateji əhəmiyyətli məhsula – taxıla olan tələbatın daxili imkanlar hesabına ödənilməsi istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər öz bəhrəsini verir. Təqdirəlayiq hal isə taxılçılığın aparıcı sahəyə çevrilməsidir. Təkcə bir faktı qeyd edək ki, 2017-ci ilin məhsulu üçün ötən ilin payızında və cari ilin yazında əkilmiş 31 min 632 hektar sahədən 93 min 419 ton taxıl tədarük edilib, hektarın orta məhsuldarlığı 29,5 sentner olub. Muxtar respublikamızda taxılçılığın inkişafı, istehsalın artırılması belə məhsulların saxlanılması üçün anbarların qurulması zərurətini yaradıb. Buna görə də “Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində 27 min ton tutuma malik uzunmüddətli və 20 min ton tutuma malik qısamüddətli taxıl ehtiyatı anbarları istifadəyə verilib.
Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsidir ki, bu gün torpaq mülkiyyətçilərinin istehsal etdiyi taxılın alıcı sarıdan heç bir problemi yoxdur. Muxtar respublikada taxılçılıqla məşğul olan sahibkarlardan buğdanın hər kiloqramı 30 qəpikdən alınıb ki, bu da taxılçılığa olan marağın daha da artmasına səbəb olur.

“Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində taxılın tədarük olunub saxlanılmasına və istehsalına əlverişli şərait yaradılıb, yeni un dəyirmanı istifadəyə verilib. Gündəlik istehsal gücü 200 ton un olan dəyirmanda müasir texnoloji avadanlıqlar quraşdırılıb. Ayrı-ayrı sahələrdə olduğu kimi, un istehsalında da regionumuzun tələbatı nəzərə alınıb. Un tələbatı 65 min tona yaxın olan muxtar respublikamızda illik istehsal gücü 66 min ton olan yeni un dəyirmanı yaradılıb. Bu dəyirman işlərin kompleks şəkildə həyata keçirilməsinə imkan verir. Belə ki, həm taxıl tədarük edilərək ehtiyat yaradılır, həm də un istehsal olunaraq muxtar respublika əhalisinin una, çörəyə olan tələbatı ödənilir.
Dəyirmanın keyfiyyətli taxılla təmin olunmasına hər cür şərait yaradılıb. Burada üyüdülən buğdadan 78 faiz un, 22 faiz kəpək alınır. Sifarişə uyğun olaraq əla, I növ və qara un istehsal edilən dəyirmanda insan orqanizmi üçün vacib element­lərlə zəngin olan yeni çeşiddə kəpəkli un da istehsal olunur. Hazır məhsullar 1, 2, 5, 25 və 50 kiloqramlıq kisələrdə “Bərəkət” əmtəə nişanı ilə satışa çıxarılır.
Burada heyvandarlıq və quşçuluğun inkişafında mühüm rol oynayan qarışıq qüvvəli yem istehsalı müəssisəsinin fəaliyyətə başlaması isə heyvandarlıq və quşçuluq təsərrüfatlarının inkişafını təmin edib.
Əhalinin tələbatının yerli istehsal hesabına ödənilməsi, idxaldan asılı­lığın azaldılması, yerli resurslardan səmərəli istifadənin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər ötən il də uğurla davam etdirilib, “Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində yarma istehsalı sahəsi istifadəyə verilib.
Yeni istehsal sahəsinin yaradılmasına Sahibkarlığa Kömək Fondundan 250 min manat, müəssisənin daxili imkanları hesabına 140 min manat olmaqla, ümumilikdə, 390 min manat vəsait sərf olunub. Sərf olunan vəsaitin 314 min manatı avadanlıqların alınmasına, 76 min manatı istehsal sahəsinin tikinti-quraşdırma işlərinə yönəldilib. Ümumi sahəsi 576 kvadratmetr olan müəssisədə son texnoloji nailiyyətlərə əsaslanan Türkiyə istehsalı olan avadanlıqlar quraşdırılıb. Müəssisədə saatda 600 kiloqram yarma istehsal olunur. İstehsal edilən 3 çeşiddə yarma məhsulu 800 qram və 3 kiloqramlıq polietilen paketdə, 25 kiloqramlıq kisədə “Bərəkət” tanıtım nişanı ilə satışa çıxarılır. Onu da qeyd edək ki, indiyə kimi bu məhsula olan tələbat tamamilə idxal hesabına ödənilirdi.
Məhsulların daxili bazarda rəqabətədavamlılığının təmin edilməsi əsas hədəflərdəndir. Müəssisə tərəfindən istehsal olunan yarma məhsulu analoji idxal məhsulunun keyfiyyət göstəriciləri ilə müqayisədə daha yüksəkdir.

 Ramiyyə ƏKBƏROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4811793
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
10898
15275
10898
346853
4811793

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter