23 Oktyabr 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları hər bir ölkənin, cəmiyyətin sosial-iqtisadi həyatına geniş şəkildə nüfuz edib. Ümummilli liderimiz Heydər Əliyevin informasiya-kommunikasiya texnologiyaları sahəsində müəyyənləşdirdiyi strategiya Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir.

Muxtar respublikamızda daim diqqət və qayğı ilə yanaşılan informasiya-kommunikasiya texnologiyaları sahəsi bu gün sürətlə inkişaf etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışarkən deyib: “Bu gün muxtar respublikada informasiya-kommunikasiya texnologiyaları sahəsində böyük layihələr həyata keçirilir. 1997-ci ildən başlayaraq muxtar respublikada bütün telefon stansiyaları avtomatlaşdırılmış, fiber-optik kabellər çəkilmiş, yeni poçt şöbələri yaradılmış və digər tədbirlər həyata keçirilmişdir. Qısa zaman kəsiyində görülən işlər muxtar respublikanın informasiya blokadasından çıxmasına səbəb olmuşdur”.
Ötən dövr ərzində muxtar respublika ərazisində mobil rabitə operatorlarının fəaliyyətinin təşkili, internet xidməti sahəsinin yaradılması, mövcud koordinat tipli avtomat telefon stansiyaların elektron tipli avtomat telefon stansiyaları ilə əvəz edilməsi, fiber-optik kabel xətlərinin çəkilişi istiqamətində ardıcıl işlər görülüb. Eyni zamanda “Naxtel” simsiz telefon xidmətinin istifadəyə verilməsi, “Kanal 35” televiziyasının və “Naxçıvanın səsi” radio kanalının efirə verilməsinin təşkili, Naxçıvan Dövlət Televiziya və Radiosunun internet üzərindən yayımlanması, “Universitet” televiziyasında videodərslərin hazırlanması və distant tədrisin tətbiqi məqsədilə avadanlıqların quraşdırılması, Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin və onun rayon filiallarının səmərəli fəaliyyətinin təşkili, iqtisadiyyatın bütün sahələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin uğurla davam etdirilməsi, muxtar respublikada informasiya­-kommunikasiya texnologiyalarının sürətli inteqrasiyasına təkan verib.

Muxtar respublikada elektron hökumətin formalaşdırılması sahəsində də ardıcıl tədbirlər görülüb, Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemləri istifadəyə verilib, dövlət orqanlarına, vətəndaşlara və sahibkarlıq fəaliyyəti subyektlərinə elektron imzaların verilməsinə başlanılıb.
Cəmiyyətin müasirləşməsi və mədəni səviyyəsinin yüksəlməsi ilə ən yeni texnologiyaların tətbiq olunduğu mobil rabitə sahəsində müasir 4G xidməti fəaliyyətə başlayıb. Bundan əlavə, “Evədək optika” layihəsi üzrə görülən işlər də telekommunikasiya sahəsində yeniliklərin əldə olunmasına şərait yaradıb.
Son on ildə muxtar respublikada informasiya və rabitə sahəsinin inkişafına, ümumilikdə, 57 milyon 293 min 100 manat investisiya qoyulub. Təkcə 2016-cı ildə muxtar respublikada informasiya və rabitə sahəsinə 11 milyon 432 min 200 manat investisiya yönəldilib ki, bu da 2006-cı ildəki müvafiq göstəricidən 7,5 dəfə çoxdur.
Reallaşdırılan məqsədyönlü islahatlar muxtar respublikada rabitə və informasiya texnologiyalarının inkişafı üzrə əsas göstəricilərin müsbət dinamikasını təmin edib. İnformasiya texnologiyalarından istifadə qismində 1 yanvar 1996-cı il tarixə muxtar respublikada əsas telefon aparatlarının sayı 23 min 600 nömrə olduğu halda, 2016-cı ilin sonuna bu göstərici 3,1 dəfə artaraq 73 min 751 nömrəyə çatıb. 2016-cı ildə hər yüz ailəyə düşən telefon aparatlarının sayı 72-yə çatdırılıb, əhalinin hər yüz nəfərinə düşən mobil telefonların sayı isə 104 ədəd olub. Hazırda muxtar respublikada 467 mindən artıq mobil telefon aktiv istifadədədir.
Əhalinin maddi rifah halının yaxşılaşmasının və informasiya texnologiyaları sahəsində yaradılmış şəraitin nəticəsidir ki, 1 yanvar 2017-ci il tarixə muxtar respublikanın ev təsərrüfatlarında, müəssisə və təşkilatlarda 126,6 min kompüter mövcud olub. Bu da 1 yanvar 2007-ci il tarixə olan göstəricidən 6,2 dəfə çoxdur. Əhalinin hər 100 nəfərinə düşən kompüterlərin sayı 28 ədəd təşkil edib. 1 yanvar 2017-ci il tarixə muxtar respublikada kompüter istifadəçilərinin sayı 337 min nəfər, internetdən istifadə edənlərin sayı isə 368 min nəfər olub.
Rabitə sahəsində aparılmış məqsədyönlü tədbirlərin nəticəsidir ki, muxtar respublikanın yaşayış ərazilərinin 98 faizində genişzolaqlı internet, 99 faizində simsiz internet xidmətləri təşkil edilib.
Muxtar respublikada informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı bu sahə üzrə göstərilən xidmətlərin dəyərinin dinamik artımına da zəmin yaradıb. Belə ki, informasiya və rabitə xidmətlərinin dəyəri 2016-cı ildə 48 milyon 727 min 200 manat olub ki, bu da 2006-cı ildəki müvafiq göstəricidən 4,7 dəfə çoxdur.
İnformasiya-kommunikasiya texnologiyalarının davamlı inkişafı, yüksək texnologiyaya əsaslanan iqtisadiyyatın formalaşması üzrə qarşıya qoyulan vəzifələr, bu sahəyə göstərilən diqqət və qayğı, muxtar respublikamızın yüksək texnologiyalar sahəsində yeni uğurlar qazanacağına zəmanət verir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4812085
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11190
15275
11190
347145
4812085

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter