23 Oktyabr 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Dünən Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində dövlət büdcəsindən maliyyələşən təşkilatlarda sığorta işinin təşkili məsələləri ilə bağlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan maliyyə nazirinin müavini Elçin Əliyev müasir dövrümüzdə sığortanın gözlənilməz hadisələrin nəticələrinin aradan qaldırılmasında oynadığı əhəmiyyətli roldan danışıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov çıxışında inkişaf edən cəmiyyətin bir tələbi kimi sığortaya olan marağın artmasından, ölkəmizdə sosial-iqtisadi inkişafın sürətlənməsi ilə insanların rifah halının yüksəlməsi sayəsində bu sahənin xüsusi əhəmiyyətindən bəhs edib.
Qeyd olunub ki, insanların həyatı, sağlamlığı və əmlakının qorunması üçün tədbirlər görülsə də, hər zaman qəfil hadisələrin qarşısını almaq mümkün olmadığından insanlar zərər çəkə bilərlər. Ona görə də Naxçıvan Muxtar Respublikasında sığorta işinin müasir tələblər səviyyəsində qurulması istiqamətində ölkəmizdə qüvvədə olan qanunlara əsasən bir sıra icbari və könüllü sığorta növləri üzrə işlər aparılmaqdadır.

Bildirilib ki, sığortanın müasir tələblərə uyğun şəkildə qurulması işində 30 noyabr 2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələr barədə” keçirilən müşavirənin xüsusi əhəmiyyəti vardır. Bu gün muxtar respublikamızda daşınmaz əmlakın icbari sığortası və avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, habelə könüllü sığortaların geniş yayılması baş verən gözlənilməz hadisələr zamanı sığortalı vətəndaşlara dəymiş maddi zərərlərin əvəzinin ödənilməsinə imkan yaradır.
Çıxışda məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin və hərbi qulluqçuların dövlət icbari şəxsi sığortaları, dövlət büdcəsindən maliyyələşən digər işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası üzrə sığorta haqlarının dövlət büdcəsi hesabına ödənildiyi vurğulanıb. Tədbirdə iştirak edənlərə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın icbari sığortasının mahiyyəti, əhəmiyyəti və həyata keçirilməsi prosesi barədə ətraflı məlumat verilib, sığorta ödənişlərinin verilməsi sahəsində qanunvericiliyin tələbləri diqqətə çatdırılıb.
Büdcədən maliyyələşən təşkilatlarda işləyən avtonəqliyyat vasitəsi sahiblərinin tam sığortası, fərdi qəza sığortası, ev əmlakı sığortasının aparılmasının vacibliyi haqqında danışan baş direktor bu sahədə təbliğat və maarifləndirmə işlərinin əhəmiyyətini ­vurğulayıb.
Elçin Əliyev tədbirə yekun vuraraq muxtar respublikamızda baş verən gözlənilməz hadisələrdən dəyən zərərlərin əvəzinin ödənilməsi zamanı sığorta işinin əhəmiyyətini bir daha qeyd edərək hər bir idarə, müəssisə, təşkilat və vətəndaşları bu sahədə fəallıq göstərməyə çağırıb.

 Əli CABBAROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4811838
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
10943
15275
10943
346898
4811838

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter