23 Sentyabr 2017, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2017
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

 Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Culfa rayonunun Əbrəqunus kəndində “Kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən torpaq mülkiyyətçiləri tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqlarının mahiyyəti və bu sahədə tətbiq olunan elektron xidmətlər” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbiri Culfa Rayon İcra Hakimiyyətinin İqtisadiyyat şöbəsinin baş məsləhətçisi Zahir Xudiyev açaraq aparılan maarifləndirmə işinin əhəmiyyətindən danışıb. 

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Tural Cəfərov torpaq üzərində mülkiyyətin növlərindən danışaraq torpaqların keyfiyyətinə görə 4 qrupa ayrıldığını bildirib. Həmçinin torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin bağlanma şərtləri tədbir iştirakçılarının nəzərinə çatdırılıb. Bütün bunlarla yanaşı, məruzəçi torpaq sahələri üzərində yaranan hüquqların dövlət qeydiyyatına alınmasının əhəmiyyətindən danışıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Gəlirlər şöbəsinin müdiri Əli Həsənov kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən mülkiyyətçilər tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqlarının mahiyyəti və bu sahədə tətbiq olunan elektron xidmətlər haqqında tədbir iştirakçılarına məlumat verib. Bildirilib ki, kənd təsərrüfatına yararlı torpaq sahəsi olan torpaq mülkiyyətçiləri sosial sığorta haqlarının düzgün hesablanması və ödənilməsinə məsuliyyətlə yanaşmalıdırlar. Mülkiyyətçilər əməkqabiliyyətli ailə üzvlərinin hər biri üçün torpaqların ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının (116 manat) 1-ci keyfiyyət qrupu üzrə 12 faizi, yəni 13,92 manat, 2-ci keyfiyyət qrupu üzrə 8 faizi, yəni 9,28 manat, 3-cü keyfiyyət qrupu üzrə 4 faizi, yəni 4,64 manat, 4-cü keyfiyyət qrupu üzrə isə 2 faizi, yəni 2,32 manat miqdarında məcburi dövlət sosial sığortahaqqı ödəməlidirlər.
Qeyd edilib ki, muxtar respublikada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsində mütərəqqi üsullar tətbiq edilməkdədir. Ödəyicilər məcburi dövlət sosial sığorta haqlarını həm fondun internet səhifəsindən plastik bankomat kartları vasitəsilə, həm banklarda nağd qaydada onlayn ödənilməsi ilə, həm də yerli poçt şöbələri vasitəsilə ödəyə bilirlər.
Sonra fondun Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Rza Qarayev sığorta-pensiya sistemi ilə bağlı qanunvericiliyin pozulmasına görə nəzərdə tutulmuş inzibati tədbirlər, fondun Culfa Rayon Şöbəsinin müdiri Vüsal Məmmədzadə rayon şöbəsində sığorta-pensiya sahəsində görülmüş işlər, fondun Culfa Rayon Şöbəsinin Pensiyaların təyinatı sektorunun müdiri Şahin Allahverdiyev isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklər, torpaq mülkiyyətçilərinin fondun fərdi uçot sistemində qeydiyyata alınması və bu sahədə elektron xidmətlərin tətbiqi barədə tədbir iştirakçılarına məlumat ­veriblər.
Tədbirin sonunda yeni əmək fəaliyyətinə başlayan sığorta­olunanlara sosial sığorta şəhadətnamələri təqdim edilib, torpaq mülkiyyətçilərini maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə
Fondunun mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4347807
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3429
17506
82364
336171
4347807

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter