18 Oktyabr 2017, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Muxtar respublikamızda dövlət tərəfindən göstərilən maliyyə dəstəyi kiçik və orta sahibkarlığın inkişafına da böyük təkan verib. Yerli məhsulların qablaşdırılmasının müasirləşdirilməsi, keyfiyyətinin yüksəldilməsi, həmin malların xarici bazarlara çıxışı sahəsində ticarət sövdələşmələrinin aparılması, yerli brendlərin yaradılması və digər sahələrdə mövcud fəaliyyətlərin təkmilləşdirilməsi məqsədilə 2014-cü il iyun ayının 25-də “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilib.
Müəssisənin iş prosesi ilə maraqlanmaq üçün ötən günlərdə burada olduq. Müəssisə rəhbəri Namiq Əhmədov bildirdi ki, muxtar respublikamızda sahibkarlara göstərilən dövlət qayğısından bu müəssisəyə də pay düşüb. Belə ki, cəmiyyətin fəaliyyətinin təmin edilməsi məqsədilə Naxçıvan şəhərində 8 min kvadratmetr torpaq sahəsi və Sahibkarlığa Kömək Fondundan güzəştli kredit ayrılıb.

Müəssisə ötən il oktyabrın 31-də fəaliyyətə başlayıb. Həmin gün açılış mərasimində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətə başlaması münasibətilə kollektivi təbrik edərək deyib: “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılmasında məqsəd muxtar respublikada istehsal olunan məhsulların daxili bazarda dövriyyəsini təmin etməkdən ibarətdir. Bu gün muxtar respublikada 150-dən çox qapalı və dövlət tərəfindən təminatı həyata keçirilən müəssisələr vardır. Bu müəssisələrin ərzaq məhsulları ilə təchizatının əsas hissəsi idxal hesabına həyata keçirilirdi. Lakin “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılmasından sonra qapalı müəssisələrin təminatının idxal hesabına ödənilməsinin qarşısı alınmış, bu müəssisələrin tələbatının tamamilə yerli məhsullar hesabına ödənilməsi təmin edilmişdir”.
Müəssisənin fəaliyyətə başladığı ötən dövr ərzində araşdırmalar aparılıb, sınaq məqsədilə bir neçə məhsul üzrə pilot layihələr icra olunub. Layihələrdə muxtar respublikada fəaliyyət göstərən kiçik istehsalçıların fəal istehsalat prosesinə cəlb edilməsi məqsədilə onlardan xammal alınaraq məhsul istehsal olunur. Bu çərçivədə kənd pendiri, çaşır və baldırğan turşusu, qablaşdırılmış bal, makaron, meyvə şirələri istehsal olunur. Quru meyvə istehsalı üçün isə avadanlıqlar alınıb gətirilib. Yaxın zamanlarda istehsala başlanılacaqdır. Bütün bunlar kiçik istehsalçı subyektlər tərəfindən istehsal olunan məhsulların iri marketlərə çıxışına imkan yaradır və satış probleminin həllinə ciddi töhfə verir. Muxtar respublikada bir neçə süd emalı müəssisəsi var. Həmin müəssisələrdə maliyyə və texniki imkanların məhdudluğu məhsulların ticarət şəbəkələrinə çıxarılmasına çətinlik törədirdi. “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin icrasına başladığı “Kənd pendiri” pilot layihəsi muxtar respublikamızda yerləşən süd emalı müəssisələrinin fasiləsiz fəaliyyət göstərməsinə əlverişli şərait yaradıb. Müəssisə rəhbəri onu da bildirdi ki, satışa çıxarılacaq məhsulların müasir tələblərə uyğun qablaşdırılmasına da xüsusi diqqət yetirilir. Bu məqsədlə Türkiyə Respublikasının “Sezeniş Metal”, “Levent Makina” və “Umar Makina” şirkətləri ilə müqavilələr bağlanılıb, metal taralar, bağlama və kodlama avadanlıqları alınıb gətirilib. Hazır məhsulların market və ticarət şəbəkələrində müasir ticarət qaydalarına uyğun satışının təşkili üçün onlar barkodlarla təmin edilib, tədarük olunan məhsulların saxlanması və keyfiyyətinə nəzarət məqsədilə mütəmadi olaraq laboratoriya analizləri aparılır. Marketinq tədbirləri çərçivəsində “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Türkiyənin “Uğur” şirkətinin istehsalı olan soyuducular alınaraq iri marketlərdə yerləşdirilib. Bundan başqa, məhsulların ticarət obyektlərinə nəqli üçün soyuduculu avtonəqliyyat vasitələri alınıb, bu avtomobillərdə müəssisənin reklamları öz əksini tapıb. İstehsal üçün tədarük olunan və satışı həyata keçirilən məhsulların keyfiyyətli şəkildə saxlanılması məqsədilə Türkiyənin “Seral” şirkətinin istehsalı olan avadanlıqlar gətirilib quraşdırılıb.
Muxtar respublikaya xas məhsulların paytaxt Bakı şəhərinə və respublikanın digər regionlarına göndərilməsi istiqamətində işlər aparılıb. Müəssisə tərəfindən muxtar respublikanın kənd yerlərində yetişdirilən təzə ərik və qurudulan tut məhsulları tədarük olunub. Yerli məhsulların xarici bazarlara ixracı istiqamətində müxtəlif araşdırmalar aparılır. Bunun üçün muxtar respublikadan ixrac oluna biləcək perspektivli məhsullar müəyyən edilir, onların iqtisadi göstəriciləri və məhsuldarlığı araşdırılır. Bu məhsulların seçilməsində rəqabətə davamlılıq, ənənəvi və orijinal xüsusiyyətlərin olması, təbiilik və yüksək keyfiyyət kimi meyarlar əsas götürülür.
Yerli məhsulların ixracı sahəsində işlərin tez bir zamanda həyata keçməsi üçün xarici şirkətlərlə danışıqlar aparılır. Məhsullar “Aqronax” və “Pronak” əmtəə nişanları ilə bazara çıxarılır.
“Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən fəaliyyətin dolğun əks olunması, əhalinin, həmçinin iş adamlarının və firmaların müraciət və təkliflərinin təmin edilməsi üçün www.agronax.az və www.pronak.az internet saytları yaradılıb. Müəssisə kollektivi əldə edilən nailiyyətlərlə kifayətlənmir, gələcəkdə də daxili bazarı keyfiyyətli məhsullarla təmin etmək üçün səy göstərir.

 Nail ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4739004
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
17734
16138
47579
274064
4739004

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter