23 Sentyabr 2017, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2017
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

Bu gün muxtar respublikamızın hansı bölgəsinə üz tutsaq, sahibkarların hərtərəfli qayğı ilə əhatə olunduğunu görərik. Elə bu qayğının nəticəsidir ki, onların sayı gündən-günə artır. Bunun isə müsbət cəhəti həm də ondadır ki, sahibkarlıq subyektlərinin sayının artması keyfiyyətli məhsul istehsalına şərait yaradır.
Daxili bazarı yüksəkkeyfiyyətli yerli məhsullarla təmin edən müəssisələrdən biri də Babək rayonunun Badaşqan kəndində fəaliyyət göstərən “Nihad şirniyyat” istehsal müəssisəsidir. Yaxın günlərdə adıçəkilən müəssisəyə baş çəkdik. Sahibkar Habil Babayevlə həmsöhbət olduq. Söhbət zamanı sahibkar dedi ki, 2013-cü ildə qurulmuş bu müəssisəyə Sahibkarlığa Kömək Fondundan 26 min manat kredit dəstəyi də göstərilib.
Müsahibimiz onu da qeyd etdi ki, əvvəllər 2-3, bu gün isə onlarla müxtəlif çeşiddə məhsul istehsal olunur. Burada, əsasən, kəllə qənd, noğul, nanəli konfet, lokum və digər şirniyyat məhsullarının istehsalına üstünlük verilir. Bu illər ərzində müəssisənin məhsulları yerli bazarda özünə layiqli yer tuta bilib və həmin məhsullar artıq bazarda özünə kifayət qədər alıcı toplayıb. Daxili bazarda adıçəkilən şirniyyat növlərinə olan tələbatı ödəmək məqsədilə müəssisədə istehsal olunan məhsullar müxtəlif çəkilərdə qablaşdırılaraq nəinki muxtar respublika və onun rayonlarında, hətta ölkəmizin paytaxtı Bakı şəhərində də satışa çıxarılır. “Nihad şirniyyat” müəssisəsində İran İslam Respublikasının bu sahə üzrə qabaqcıl təcrübəyə malik firmalarının istehsalı olan müasir texnoloji avadanlıqlar alınıb quraşdırılıb.

Habil Babayev sonda onu da dedi ki, istehsal etdiyimiz məhsullara bu qədər tələbatın olacağını gözləmirdik. Demək, insan əməyinə lazımi qiymət verildikdə, fəaliyyətinə geniş şərait yaradıldıqda uğur qazanmaq çətin olmur. Digər sahibkar­lar kimi, biz də dövlət qayğısından bəhrələnərək müəssisənin istehsal sahələrini genişləndirməyə hazırlaşırıq.
Söhbətimizdən belə qənaətə gəldik ki, muxtar respublikada sahibkar­lığın inkişafı üçün yaradılan şərait, onlara göstərilən qayğı istər sahibkarlara, istərsə də alıcılara böyük töhfədir. Qayğı artdıqca yeni sahələrin yaradılması zərurəti meydana çıxır ki, bu da, öz növbəsində, yeni iş yerlərinin yaradılması ilə nəticələnir. Bu qayğıdan səmərəli istifadə etmək isə insanların öz əlindədir. Görünür ki, Habil Babayev sahibi olduğu istehsal müəssisəsinin kollektivi ilə birlikdə bu həqiqəti dərindən dərk edir.
Bu gün muxtar respublikamızda yeni sahibkarlıq subyektlərinin yaradılması, əvvəl mövcud olanların daha da gücləndirilməsi, iqtisadi imkanların artırılması dövlətin daim maraq dairəsində saxlanılır. Sahibkar­lıq fəaliyyətinin genişləndirilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, vergi güzəştlərinin, güzəştli kreditlərin verilməsi muxtar respublikada fəaliyyət göstərən sahibkarları bundan sonra da öz fəaliyyətlərini genişləndirməyə, keyfiyyətli məhsul istehsalına ruhlandıracaq.

 Gülcamal TAHİROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4348074
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3696
17506
82631
336438
4348074

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter