21 Noyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Sahibkar­lığa göstərilən qayğıdan “Dekor Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinə də pay düşüb. Belə ki, səmərəli fəaliyyət üçün əlverişli yerdə – Naxçıvan dairəvi avtomobil yolunun kənarında ayrılan 15 min kvadratmetr ərazidə 3 istehsal sahəsi, ayrı-ayrı iş otaqları, sərgi-satış salonu olan inzibati bina, iaşə xidməti göstərilməsi üçün yeməkxana istifadəyə verilib. 

Müəssisədə texnoloji proseslərə və texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunur. İstehsal prosesi konveyer üsulu ilə təşkil edilib, keyfiyyətli məhsul istehsalı üçün əlverişli şərait yaradılıb. İş prosesində insan amilinə üstünlük verilir, işçilərin sağlamlıqlarına xüsusi diqqət yetirilir. Bu məqsədlə müəssisədə havalandırma sistemi qurulub. Bu da istehsal prosesi zamanı yaranan toz və tullantıların kompressorlar vasitəsilə sexdən kənarlaşdırılmasına və xüsusi bunkerlərə yığılmasına imkan verir. Layihəyə uyğun olaraq, laminat-mətbəx dəzgahı, PVC akrilik parlaq panellər, boyalı MDF və DSP istehsal olunur. Artıq laminat-mətbəx dəzgahı və PVC akrilik parlaq panellər, boyalı MDF və DSP istehsalı sahələrində İtaliyanın “Omma”, İspaniyanın “Barberan” markalı boya xətti, Almaniyanın “İDM”, Türkiyənin “AS Metal” və “Türk makina” şirkətlərinin istehsalı olan və kompüterlə idarəetmə mərkəzi ilə təmin edilən müasir texnoloji avadanlıqlar alınıb, quraşdırılıb.­­ Bütün işlər avtomatlaşdırılıb. İstehsal sahələrinin hər birinin ayrılıqda aylıq istehsal gücü 10 min ədəddir. Burada xammal ayrı-ayrı mərhələlərdən keçməklə rəng olaraq 200 çeşiddən çox məhsul istehsal edilir. Əvvəllər muxtar respublikamızda fəaliyyət göstərən mebel istehsalı müəssisələrinə hazır materiallar xarici ölkələrdən idxal olunurdu. Buna əlavə daşınma xərci çəkilirdi. Bu müəssisənin fəaliyyətə başlaması ilə həmin problemlər aradan qaldırılıb, istehsal müəssisələri vaxtında və keyfiyyətli mebel materialları ilə təmin olunub.

“Dekor Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin məhsullarına tələbat artmaqdadır. Həmin tələbatın ödənilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Bu məqsədlə müəssisə tərəfindən ağac yonqarları lövhələrinin boyanması və anbar binaları layihələri hazırlanıb. Müasir tələblərə cavab verən anbar binası inşa olunub, ətrafında abadlıq işləri aparılıb, yola asfalt-beton örtüyü salınıb. Bu da xammal və hazır məhsulların müəyyən olunmuş şəraitdə saxlanılmasına və istehsal müəssisələrinə vaxtında göndərilməsinə əlverişli şərait yaradıb. Müəssisə xammal və hazır məhsulların vaxtında daşınmasını təmin etmək üçün “DAF” markalı ağırtonnajlı yük avtomobilləri alıb.
Əgər istənilən müştəri güvənib müraciət edirsə, bu, artıq əməkdaşlar üçün böyük məsuliyyət deməkdir. Materiallar həm daxildən gəlir, həm də xaricdən idxal olunur. Onların çeşidi və təyinatı da çoxdur. Laminat, MDF, Panel PVC yapışqandan istifadə olunur. Hər hansısa mebel üçün müraciət edənlərə istədiyi məhsula görə istifadə ediləcək material haqqında məlumat verilir. Və ya zövqlərinə uyğun mebellər üçün bir neçə material təklif edilir, onlar isə öz seçimlərini edirlər. Maksimum şəkildə çalışılır ki, müştərinin bütün maraqlarına cavab verilsin.
Müəssisənin fəaliyyətə başlaması daxili bazarın keyfiyyətli məhsullara olan tələbatını ödəməklə yanaşı, əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynayır. Müəssisə texnoloji avadanlıqlardan səmərəli istifadə etməyi bacaran ixtisaslı mütəxəssislərin hazırlanması işini də diqqətdə saxlayır. İşçilərin Türkiyə Respublikasında ixtisasartırma kurslarında iştirakı təmin olunub. Gələcəkdə müəssisədə yeni istehsal sahəsinin – melamin örtüklü plitələr istehsalı sahəsinin istifadəyə verilməsi nəzərdə tutulur. Bunun üçün mebel avadanlıqları istehsalında qabaqcıl təcrübəyə malik, Almaniyanın dünyada məşhur olan “Wemhoner” şirkətinin avadanlıqları alınıb gətiriləcək və idxal olunan dəzgahlar həmin şirkətin mütəxəssisləri tərəfindən quraşdırılacaqdır. Melamin örtüklü plitələr istehsalı sahəsi istifadəyə veriləndən və müəssisə tam gücü ilə işləyəndən sonra işçilərin də sayı xeyli artacaq.
Müəssisə ilə tanışlıq zamanı onu da öyrəndik ki, araşdırma əməkdaşların işinin bir hissəsidir. Mövcud bazarda ən yaxşı olanlar üzə çıxarılır, müştərilərə onlarla fərqli, kreativ, sadə, klassik, modern materiallar təklif edilir. Buna görə də məhsulları ilk dəfə görənlər çox təəccüblənirlər. Seçilən materiallar fərqli olduğu üçün hər kəsi cəlb edə bilir. Müştərilər daha çox kreativ materiallara üstünlük verirlər. Çünki belə materiallar həm gözoxşayan olur, həm məkanın interyerinə fərqlilik qatır, həm də istifadəsi çox maraqlı olur. Məhsulların arasında da çoxluq təşkil edən elə kreativ, maraqlı, fərqli olan materiallardır. Digər materiallar da həm funksionallığa, həm də gözəl və fərqli dizayna malikdirlər.
Sonda onu da qeyd edək ki, müəssisədə istehsal olunan keyfiyyətli məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, ölkəmizin digər regionlarında da satışa çıxarılır, gələcəkdə xarici ölkələrə də ixrac olunması nəzərdə tutulur. Hazırda bu istiqamətdə işlər görülür. Belə ki, bu sahə üzrə qabaqcıl şirkətlərlə təcrübə mübadilələri aparılır, biznes əlaqələri qurulur.

 Nail ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5283854
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5231
18197
23428
332060
5283854

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter