23 Sentyabr 2017, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2017
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

Kənd təsərrüfatı muxtar respublika iqtisadiyyatının aparıcı qüvvəsi olub, əhalinin səmərəli məşğulluğunun və özünüməşğulluğunun təmin edilməsində mühüm rol oynayır.
Muxtar respublikada bütün sahələrlə yanaşı, kənd təsərrüfatının inkişafı da ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz müstəqilliyimizin ilk illərində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə ulu öndərimiz bu sahənin inkişafı ilə bağlı mühüm tədbirlər görmüşdür. Belə ki, 1992-ci il aprelin 6-da keçirilən sessiyada “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edilmiş, bununla da, Azərbaycanda torpaq islahatına ilk dəfə Naxçıvandan başlanılmış, özəl mülkiyyətə əsaslanan aqrar münasibətlər formalaşmış, daxili bazarda məhsul bolluğu yaradılmışdır.
Sonrakı dövrlərdə kənd təsərrüfatının şaxələndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, dinamik inkişaf qorunub saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində qarşıya qoyulmuş vəzifələrin kompleks şəkildə həyata keçirilməsinə geniş imkanlar yaratmışdır.

Dövlət proqramına uyğun olaraq ötən dövr ərzində torpaq sahələrinin meliorativ cəhətdən münbitləşdirilməsi, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması və suvarma suyuna olan tələbatın səmərəli ödənilməsi məqsədilə əkin sahələrinin və müvafiq infrastrukturun sel və daşqınlardan mühafizəsi təmin edilmiş, qapalı suvarma şəbəkələri qurulmuş, mövcud su anbarlarında təmir işləri aparılmış, yeni nasos stansiyaları, subartezian quyuları tikilmiş və ya əsaslı təmir olunmuşdur. Kənd təsərrüfatı məhsulları istehsalçılarına sərf etdikləri yanacaq və motor yağlarına görə yardımların verilməsi, onların lazımi texnika və gübrələrlə vaxtında, güzəştli şərtlərlə təminatı, genişmiqyaslı kreditləşdirmənin və satış yarmarkalarının təşkili əhalinin keyfiyyətli yerli ərzaq məhsulları ilə etibarlı təminatına böyük stimul yaratmışdır. Ərzaq məhsullarına olan tələbatın yerli məhsullar hesabına ödənilməsi istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirən ölkə başçısı cənab İlham Əliyev demişdir: “Naxçıvanda ərzaq təhlükəsizliyi məsələləri demək olar ki, tam şəkildə öz həllini tapmışdır. Bu da böyük nailiyyətdir, böyük uğurdur”.
Aqrar sektorda nəzərdə tutulan işlərin keyfiyyətlə yerinə yetirilməsi, sahibkarların əməyinin yüngülləşdirilməsi, məhsul istehsalçılarının texnika ilə təmin olunması istiqamətində “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 143 ədədi cari ilin yanvar-iyul aylarında olmaqla, ümumilikdə, 1978 ədəd müxtəlif adda kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilmişdir. 2017-ci ilin yanvar-iyul aylarında əvvəlki dövrdə gətirilənlərlə birlikdə 175 ədəd müxtəlif adda kənd təsərrüfatı texnikası və avadanlıq lizinq yolu ilə məhsul istehsalçılarına verilmiş, 7 ədədi nağd yolla satılmışdır.
Ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər prioritet sahə olan taxılçılığın inkişafına da geniş imkanlar yaratmışdır. Belə ki, muxtar respublikada 2017-ci ilin məhsulu üçün əkilmiş 61 min 531 hektar sahənin 31 min 632 hektarını və yaxud 51,4 faizini taxıl zəmiləri təşkil etmişdir ki, bu da “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın qəbul edildiyi ildən bir il öncəki ildə, yəni 2007-ci ildə əkilmiş taxıl əkini sahəsindən 7 min 644 hektar çoxdur. Taxıl əkini sahəsinin 22 min 268 hektarında buğda, 9 min 364 hektarında isə arpa əkilmişdir. Əkin sahəsinin 954 hektarı və yaxud 3 faizi Naxçıvan şəhərinin, 4 min 144 hektarı və yaxud 13,1 faizi Şərur, 10 min 420 hektarı və yaxud 33 faizi Babək, 1671 hektarı və yaxud 5,3 faizi Ordubad, 6 min 48 hektarı və yaxud 19,1 faizi Culfa, 4 min 364 hektarı və yaxud 13,8 faizi Kəngərli, 1591 hektarı və yaxud 5 faizi Şahbuz, 2 min 440 hektarı və yaxud 7,7 faizi isə Sədərək rayonlarının payına düşmüşdür.
2017-ci ildə muxtar respublikada taxıl əkini sahələrindən 93 min 419 ton məhsul yığılmışdır ki, bu da 2007-ci ildə yığılan məhsuldan 19 min 50 ton çoxdur. Bu dövr ərzində yığılan məhsulun 66 min 95 tonu buğda, 27 min 324 tonu isə arpadır. Yığılan məhsulun 2 min 604 tonu və yaxud 2,8 faizi Naxçıvan şəhərinin, 13 min 171 tonu və yaxud 14,1 faizi Şərur, 32 min 820 tonu və yaxud 35,1 faizi Babək, 4 min 706 tonu və yaxud 5 faizi Ordubad, 15 min 873 tonu və yaxud 17 faizi Culfa, 12 min 134 tonu və yaxud 13 faizi Kəngərli, 4 min 252 tonu və yaxud 4,6 faizi Şahbuz, 7 min 859 tonu və yaxud 8,4 faizi Sədərək rayonlarının payına düşmüşdür.
Strateji əhəmiyyətə malik olan taxılçılıqda məhsuldarlığın ekstensiv üsulla deyil, müasir aqrokimyəvi və aqrotexniki tədbirlərə əsaslanan metodlarla artırılması diqqətdə saxlanılır. Bu istiqamətdə məhsuldar və keyfiyyətli toxum növləri istehsalının stimullaşdırılması məqsədilə 2017-ci ildə Naxçıvan şəhərində toxumçuluq təsərrüfatı üçün yeni kompleks inşa olunmuşdur. Əsas toxumçuluq bazası olacaq bu kompleksdə taxılla yanaşı, digər bitki toxumlarının satışının da həyata keçirilməsi nəzərdə tutulmuşdur. Naxçıvan Muxtar Respublikası “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinə yeni kənd təsərrüfatı texnikaları və toxumçuluq laboratoriyası avadanlıqları – 5 kombayn, 5 traktor, hər birinin tutumu 10 ton olan 4 yük maşını, 5 toxumsəpən, 5 filtrtəmizləyici, avtobus, hidravlik ekskavator, yanacaq tankeri, toxumörtən, diskli kotan və dırmıqlar, 5 gübrəsəpən, 5 toxumtəmizləyən, 2 elevator, 80 tonluq elektron tərəzi, eləcə də digər maşın və avadanlıqlar təqdim olunmuşdur. Yeni alınan elektro-termostatik inkubator, isitmə və qurutma sobası, mikroskop və digər avadanlıqlar hesabına toxumçuluq laboratoriyasında yüksək məhsuldarlığa malik xəstəliyə, ziyanvericilərə və yerli iqlim şəraitinə dözümlü toxum sortları yetişdiriləcək, toxumların genofonduna və seleksiyasına nəzarət olunacaqdır. Hazırda muxtar respublikada 5 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir.
Taxılçılığın inkişafında mühüm mərhələ sayılan taxıl anbarlarının yaradılması istiqamətində də mühüm tədbirlər həyata keçirilmişdir. Belə ki, ötən dövrdə 27 min ton taxılı uzun müddətə saxlamağa imkan verən taxıl anbarının istifadəyə verilməsi muxtar respublikada taxıl ehtiyatlarının yaradılmasında və istehsalçıların məhsul tədarükü zamanı rastlaşdıqları çətinliklərin aradan qaldırılmasında xüsusi rol oynamışdır. Ötən dövrlər ərzində muxtar respublikada taxılın mərkəzləşdirilmiş qaydada satın alınması məhsul istehsalçılarının taxıl istehsalına marağını daha da artırmışdır.

Həyata keçirilən kompleks tədbirlər muxtar respublikada kənd təsərrüfatının dinamik inkişafını təmin etmiş, 2016-cı ildə 2007-ci illə müqayisədə məhsul istehsalının dəyəri 3,5 dəfə artaraq 430 milyon manata çatmışdır. Məhsul istehsalının dinamik artımı cari ilin ötən dövrü ərzində də davam etmiş, kənd təsərrüfatı sahəsində 224 milyon manat dəyərində məhsul istehsalı qeydə alınmışdır ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricidən 3,4 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin
mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4348010
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3632
17506
82567
336374
4348010

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter