21 Noyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində yeni biznes əlaqələrinin qurulması və işgüzar görüşlərin keçirilməsi, sahibkarların maarifləndirilməsi, muxtar respublikada istehsal olunan məhsulların nümayiş etdirilməsi üçün ideal bir məkan – Naxçıvan Biznes Mərkəzi artıq uzun müddətdir ki, uğurla fəaliyyət göstərir. Naxçıvan şəhərinin bütün ünvanlarına rahat çıxışı olan bu məkanda sahibkarların aktiv iş fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb.
Mərkəz 2004-cü ildə əl işləri və sənət əsərlərinin sərgi və satışı, sahibkarların tədris-informasiya mərkəzi kimi fəaliyyətə başlayıb. 2011-ci ildən Naxçıvan Biznes Mərkəzi kimi fəaliyyətini davam etdirir.
2013-cü ildə istifadəyə verilən mərkəzin əsas fəaliyyət istiqamətləri biznesin inkişafı, sahibkarlar arasında işgüzar əlaqələrin gücləndirilməsi, müxtəlif tədbirlərin, beynəlxalq konfransların, forum və seminarların keçirilməsi, yerli istehsal məhsullarının, əl işi və sənət əsərlərinin sərgi-satışının təşkilidir.
Naxçıvan Biznes Mərkəzinin əsas missiyası sahibkarlara xidmət, biznesin inkişafı üzrə onlara məsləhətlərin verilməsi, biznesə yeni başlayanlar üçün treninqlərin təşkili, biznes planların hazırlanmasında metodiki dəstək göstərməkdir.
Hazırda mərkəzdə müasir avadanlıqlarla təchiz edilən 100 nəfərlik iclas və 500 nəfərlik konfrans zalları və eyni zamanda 4 dildə sinxron tərcümənin aparılması üçün otaq mövcuddur.

Mərkəzdə ingilis və rus dillərini bilən ixtisaslı kadrlar çalışırlar. Bu da bura gələnlərə sərgilərlə, o cümlədən mərkəzin fəaliyyəti ilə yaxından tanış olmaq imkanı yaradır.
Ötən günlərdə mərkəzin fəaliyyəti və burada yaradılan pavilyonlarla tanış olmaq üçün adıçəkilən ünvanda olduq. İlk olaraq qeyd edək ki, burada qurulan pavilyonlarda muxtar respublikanın son illərdə keçdiyi inkişaf yolu, sosial-iqtisadi göstəriciləri, infrastruktur quruculuğu istiqamətində görülən işlər, özəl sektorun inkişafı naminə həyata keçirilən tədbirlər öz əksini tapıb.
Öyrəndik ki, mərkəzin sərgi salonunda məhsullarının sərgilənməsi üzrə 4 yeni istehsalçı şirkətlə müqavilə bağlanıb. Stendlərin quraşdırılması daha çox müəssisənin məhsullarının sərgilənməsinə şərait yaradıb və hazırda yeni müəssisələrin cəlb olunması istiqamətində iş aparılmaqdadır.
Bağlanılmış müqavilə şərtlərinə müvafiq olaraq 84 müəssisəyə iqtisadi yönümlü və hər birinin fəaliyyət sahəsinə uyğun 200-ə yaxın informasiya ötürülməsi təmin edilib. Bu sahədə iş davamlı olaraq həyata keçirilməkdədir.
Sahibkarlığın genişləndirilməsi, hüquqi və maarifləndirici istiqamətdə xidmət göstərilməsi sırasında onların müraciətləri əsasında sahibkar subyektləri üçün kiçikhəcmli kənd təsərrüfatı yönümlü, irihəcmli müxtəlif sahələrə aid, ümumilikdə, 20 biznes-planın işlənilməsinə mərkəz tərəfindən dəstək verilib.
Xalq yaradıcılığının inkişaf etdirilməsi, el sənətkarlarının fəaliyyətinin daha da stimullaşdırılması və əl işlərinin sərgi-satış üçün qəbul edilməsi istiqamətində davamlı iş aparılıb. Cari ilin ilk 6 ayında 18 fiziki şəxslə iş aparılmış, sərgi-satış məqsədilə ümumi dəyəri 1583 manat olan 205 adda iş satışa çıxarılıb. Bu müddətdə 103 ədəd 1926,50 manat dəyərində əl işlərinin satışı həyata keçirilib. Xalq yaradıcılığı emalatxanasında 19 ədəd xalça toxunub.
Qeyd olunan dövrdə mərkəzdə, ümumilikdə, 30-a yaxın tədbir keçirilib. Onu da qeyd edək ki, 2017-ci ilin 18-26 mart tarixlərində “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən Novruz bayramı şənliklərində mərkəz tərəfindən xalçaçılıq, papaqçılıq, ağac üzərində oyma, dekorativ-tətbiqi sənət, rəssamlıq, xəttatlıq, mis üzərində döymə və dulusçuluq sahələri üzrə əl işləri və sənət əsərlərinin sərgi-satışı həyata keçirilib. Yerli sənətkarların burada nümayiş olunan əl işləri tədbir iştirakçılarının marağına səbəb olub.
Bu gün muxtar respublikada istehsal olunan məhsulların, eləcə də el sənətkarlarının hazırladıqları əl işləri və sənət əsərlərinin daha geniş məkanda təbliğ edilməsi və onların satışının təşkili məqsədilə şəhərin mərkəzində yerləşən əl işlərinin satışı mərkəzlərinin, Əshabi-Kəhf ziyarətgahında və Duzdağ Fizioterapiya Mərkəzindəki satış məntəqələrinin fəaliyyəti öz töhfəsini verir.
Naxçıvan Biznes Mərkəzində hazırda muxtar respublikamızın 96 istehsal müəssisəsinin 900-dən çox müxtəlif məhsulları nümayiş olunur. Muxtar respublikamızdakı iri özəl sektor təmsilçiləri olan “Gəmiqaya Holdinq”, “Dizayn Holdinq”, “Araz Holdinq”, “Cahan Holdinq”, “Zümrüd” Kiçik Müəssisəsi, “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti, Babək “Sirab” Açıq Səhmdar Cəmiyyəti ilə yanaşı, çox sayda digər orta və kiçik biznes qurumlarının məhsulları da burada öz yerini tutub.
Ümumiyyətlə, bu gün tam əminliklə demək olar ki, Naxçıvan Biznes Mərkəzi son illərdə muxtar respublika sənayesinin, xalq sənətkarlığının, bir növ, güzgüsünə çevrilib. Buraya gələn hər bir xarici qonaq heç bir istehsal müəssisəsinə getmədən muxtar respublikanın özəl sektoru haqda dolğun məlumat ala bilir. Mərkəzdə nümayiş etdirilən, yüksək keyfiyyəti ilə seçilən, nəfis tərtibatla qablaşdırılan, insan əməyinin, göz nurunun, alın tərinin nəticəsi olan hər bir məhsul son illərdə doğma yurdumuzda sahibkarlığa göstərilən dövlət qayğısının bariz nümunəsidir.

 Ramiyyə ƏKBƏROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5283871
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5248
18197
23445
332077
5283871

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter