21 Noyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 


Müstəqilliyimizin ilk illərində tikinti sektorunda bütün məhsullara olan tələbat, sadəcə, idxal hesabına ödənilirdisə, bu gün yerli istehsal, daxili imkanlar hesabına ödənilir. Şübhəsiz, yerli inşaat materialları xaricdən gətirilən məhsullardan həm keyfiyyəti, həm də qiymətlərinin sərfəli olması ilə fərqlənir. İnşaat sektorunda yerli tikinti materiallarından istifadə edilməsi xaricə valyuta axınının qarşısını alır, eyni zamanda məşğulluq məsələlərinin həllinə, əhalinin sosial rifah halının yaxşılaşmasına səbəb olur. Tikinti-quruculuq tədbirlərinin geniş miqyas alması ilə inşaat materiallarına olan tələbat da ilbəil artmaqdadır. Dövlətimizin iqtisadi qüdrətinin artması və əhalinin sosial rifah halının yaxşılaşması nəticəsində nəinki dövlət və özəl sektorda, hətta fərdi yaşayış evlərinin tikintisində də böyük canlanma müşahidə olunmaqdadır. Təkcə bir fakta diqqət yetirək. Əgər 1989-cu ildə muxtar respublikada tikinti sektorunda bir ay ərzində orta hesabla 2176 ton betondan istifadə edilirdisə, indi bu qədər beton, təxminən, bir gün ərzində inşaat işlərinə sərf olunur. Öz-özlüyündə bu rəqəm inşaat sektorunun hansı miqyasda böyüdüyünün göstəricisidir.

 

Bu gün muxtar respublikanın tikinti sektorunda ən çox ehtiyac duyulan inşaat materiallarından biri də kərpicdir. 2005-ci ilədək bu məhsula olan tələbat idxal hesabına ödənilirdi. Bu da, təbii ki, dövlət büdcəsindən külli miqdarda vəsaitin xaricə axmasına, nəqliyyat xərclərinin çoxalmasına, görülən işlərin qiymətinin artmasına və vaxt itkisinə səbəb olurdu. Ancaq 2005-ci ildə “Gəmiqaya Kərpic Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətə başlamasından sonra bu sahədə vəziyyət köklü surətdə dəyişildi.
Artıq müəssisənin fəaliyyətə başlamasından on iki il ötür. Müəssisədə yaradılan şəraitlə maraqlanmaq, iş prosesi ilə yaxından tanış olmaq üçün ötən günlərdə yolumuzu adıçəkilən ünvandan saldıq. Tanışlıq zamanı öyrəndik ki, son illərdə genişlənən quruculuq tədbirləri Kərpic Zavodunun istehsal gücünün artırılması və qış mövsümündə də tam gücü ilə işləməsi zərurətini yaradıb. Bu məqsədlə müəssisə tərəfindən layihə hazırlanıb. Həmin layihəyə uyğun olaraq qurutma sexində Türkiyə istehsalı olan və kompüterlə idarə edilən müasir texnoloji avadanlıqlar quraşdırılıb, kərpiclə dolu diyircəkli arabaların avtomatik hərəkəti üçün dəmir relslər çəkilib, istiliklə təminat və nəmliyin aradan qaldırılması məqsədilə xüsusi qurğular qurulub. Eni 12, uzunluğu 50 metr olan süniqurutma sexi 4 kameradan ibarətdir. Burada iş prosesi mərhələli şəkildə həyata keçirilir. İlk olaraq hər kameraya 13 min ədəd kərpic yığılır. İlkin mərhələdə kərpicin nəmliyi götürülür, daha sonra qurutma prosesi başlanır. Rejimə uyğun olaraq hər 7-15 dəqiqədən bir qapılar avtomatik açılır, hər kameradan kərpic dolu birdiyircəkli araba xaric olmaqla, digəri sexə daxil olur. Ümumilikdə, qurutma sexinin 8 saatlıq iş rejimində gündəlik istehsal gücü 20 min kərpicdir. Kərpicbişirmə sexində yaranan istilik xüsusi borularla aspirator vasitəsilə sorulub süniqurutma sexinə ötürülür. Bununla həm istilik sisteminin dövriyyəsi təmin edilir, həm də enerji itkisinin qarşısı alınır. Zərurət yarandıqda isə qurutma sexində qurulmuş istilik avadanlığından da istifadə edilir. Qurutma sexinin istifadəyə verilməsi ilə zavodun mövsümdən asılılığı aradan qaldırılıb, müəssisənin fasiləsiz fəaliyyəti təmin edilib.
“Gəmiqaya Kərpic Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində bir-birini tamamlayan kərpickəsmə, kərpicbişirmə və qurutma sahələrində istehsal prosesi təkmilləşdirilib. Keyfiyyətli məhsul istehsalı üçün daha müasir texnoloji avadanlıqların alınıb quraşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilib. Layihəyə uyğun olaraq kəsmə sexində yeni müasir texnoloji avadanlıqlar quraşdırılıb. Burada xammalın iki mərhələdə üyüdülməsi təmin edilib, kərpicbişirmə sexində əlavə sobalar tikilib, mövcud sobaların daxili odadavamlı kərpiclə üzlənib. Süniqurutma sexində isə Türkiyə istehsalı olan daha bir istilik avadanlığı quraşdırılıb. İstehsal olunan məhsulun təbii hava şəraitində qurudulması və saxlanılması üçün ərazidə əlavə çardaqlar qurulub, rəflər hazırlanıb, zavod daxilində yük daşınması üçün yüksək manevr etmək imkanlarına malik müasir texnikalar alınıb.
Təqdirəlayiq haldır ki, fəaliyyətə başlayan zaman zavod gün ərzində 25 min ədəd kərpic istehsal edirdisə, hazırda istehsal müəssisəsinin 45-50 min ədəd kərpic istehsal etmək imkanı var. Onu da qeyd edək ki, bu kərpiclərlə tikilən evlər yayda sərin, qışda isə isti olur.
Müəssisə daxili bazarı keyfiyyətli məhsullarla təmin etməklə bərabər, əhalinin məşğulluğuna da böyük töhfə verib.
Müəssisədə ərazinin mühafizəsi, texniki təhlükəsizlik, əmək və yanğından mühafizə qaydalarına da ciddi əməl olunur. Zavodda işçilərin əksəriyyəti gənclərdir. İstehsal müəssisəsi onlar üçün həm də praktik peşə təhsili məktəbi rolunu oynayır. Onlara təcrübəli mütəxəssislər tərəfindən istehsal prosesi haqqında ətraflı məlumat verilir, gələcəkdə müstəqil olaraq işləmələri üçün hərtərəfli köməklik göstərilir. Əlavə olaraq onlarla texniki təhlükəsizlik, yanğından mühafizə barədə də maarif­ləndirmə tədbirləri aparılır.
Zavodda olduğumuz müddətdə burada işləyən ustalarla da söhbət etmək imkanımız oldu. Ustalardan Şahin Həsənov bizimlə söhbətində dedi ki, on ildən artıqdır, bu zavodda işləyir. Böyük zəhmət tələb edən işdə çalışsa da, qarşılığında yüksək əməkhaqqı alır, ailəsinin gün-­güzəranını yaxşılaşdırır. Kərpic kəsmək dədə-baba sənətidir. Hələ uşaqkən məhəllələrində böyüklərin bir yerə yığışaraq gənc ailələr üçün çiy kərpic kəsdiklərini çox görüb. Əvvəlcə bunun üçün seçilən torpağa su vurular, bir neçə saat keçdikdən sonra adamlar onu ayaqlayar, içinə saman-küləş qatardılar. Palçıq yetərli hala gəldikdən sonra qəliblərə vurulardı. Beləcə, kərpiclərin sayı da gündən-günə çoxalar, sonra isə usta-bənnalar bu kərpicləri alıb divar hörərdilər. Uşaqlıq illərimdən buna çox maraq göstərərdim. Evin istifadəyə verilməsi isə əsl toy-bayram olardı. Qohum-əqrəba təzə evə kilimdən, xalça-palazdan hədiyyə edər, otaqları döşəyərdilər. Bir sözlə, kərpicin kəsilməsindən evin döşənməsinədək olan proses xalqımızın adət-ənənələrini özündə birləşdirərdi. Bu Kərpic Zavoduna işə düzələndə, sözün düzü, bir az çəkinirdim, öz-özümə deyirdim ki, yəqin ki, hər şey əl əməyi ilə başa gəlir. Ancaq burada gördüm ki, ən çox insan zəhməti tələb edən işləri indi texnikalar yerinə yetirir. Ustanın işi isə prosesin gedişinə nəzarət etmək, kərpiclərin keyfiyyətli istehsalına diqqət yetirməkdir. Axı, necə olsa, bu kərpiclər evlərin, binaların ucaldılmasında istifadə edilir. Bunlardan sabah mənim bir yaxınım da istifadə edib, ev tikə bilər. Ümumiyyətlə, keyfiyyət, halallıq hər şeydən öndə gəlir. Əlimi bu sənətə öyrətdiyim üçün çox şadam. Çünki halal zəhmətlə çörək qazanır, ailəmi dolandırıram.
Digər işçilərdən Bəxtiyar Quliyev və Əjdər Səfərov da bizimlə həmsöhbət oldular. Onların dediklərindən: “Buraya ilk gəldiyimiz vaxtlarda o qədər də, necə deyərlər, işə bişməmişdik. Peşəkar ustaların yanında çalışaraq özümüzə təcrübə qazandıq. Onlar bizə bu işin sirlərini öyrətdilər. İndi usta kimi çalışırıq. Onu da deyək ki, ustalığa gedən yol heç də asan olmayıb. Bir işi öyrənmək üçün gərək həvəsin ola. Həvəsin olmasa, iş sənə çətin gələr, tez bezərsən. İndi usta kimi çalışsaq da, hər gün yeni bir şey öyrənirik”.
Bəli, bu gün regionumuzda son illərin möhtəşəm inkişaf strategiyasının nəticəsi olan daha bir layihə reallaşıb. İnanırıq ki, belə zavodların sayı ilbəil artacaq, onlar muxtar respublikanın daha da çiçəklənməsinə xidmət edəcəkdir. Bu zavodların açılması həm də müxtəlif sənətlər üzrə ən gözəl sənətkarların, ustaların yetişməsinə şərait yaradır. Usta əli, usta bacarığı isə tikinti-quruculuq işlərində ən vacib amillərdəndir.

Nail Əsgərov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5283893
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5270
18197
23467
332099
5283893

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter