18 Avqust 2017, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

 

ARXİV

Avqust 2017
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

 

 

LİNKLƏR

 

 

Muxtar respublikada reallaşdırılan iqtisadi siyasətin əsas məqsədlərindən biri də ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Bunun üçün daxili bazarın tələbatına uyğun yerli məhsul istehsal edən müəssisələrin yaradılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Məhz həmin tədbirlərin nəticəsidir ki, bazar iqtisadiyyatının tələblərinə uyğun rəqabətqabiliyyətli müəssisələr yaradılır. Belə müəssisələrdən biri də Naxçıvan şəhərində fəaliyyət göstərən “Gəmiqaya Bərəkət Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Dövlət maliyyə dəstəyi ilə müəssisədə çörək, makaron, peçenye və süd məhsulları istehsalı sahələri yaradılıb. Burada Almaniya, Türkiyə və İtaliya istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılıb. Müəssisəyə Sahibkarlığa Kömək Fondundan 2008-ci ildə əlavə dövlət maliyyə dəstəyi göstərilib. Bu vəsaitlə çörək sexində istehsal gücü saatda 3000 ədəd çörək olan tam avtomatlaşdırılmış yeni xətt istifadəyə verilib. Burada 5 növ çörək unundan hazırlanan 12 çeşid çörək, lavaş istehsalı sahəsində isə saatda 4 çeşiddə üç min ədəd lavaş istehsal olunur. 

“Gəmiqaya Bərəkət Qida Məhsulları” MMC-də istehsal sahələri ilbəil genişləndirilir. 2012-ci ildə burada kəpəkli çörək istehsalına başlanılıb. İnsan sağlamlığı üçün vacib elementlərlə zəngin olan kəpəkli çörək keyfiyyətli qida məhsulu kimi alıcılar tərəfindən rəğbətlə qarşılanır.
Makaron sexində istehsal edilən müxtəlif növdə makaron 350, 500 qramlıq paketlərə, 10 kiloqramlıq kisələrə qablaşdırılır. İtaliya istehsalı olan 4 ədəd qurutma sobasından istifadə etməklə, saatda 300 kiloqram makaronun istehsal edilməsi daxili bazara öz töhfəsini verir. 2011-ci ildə müəssisədə Türkiyə istehsalı olan müasir texnoloji avadanlıqlar tətbiq olunmaqla Şərq şirniyyatları istehsalı sahəsi yaradılıb, burada hazırlanan milli şirniyyat nümunələrimiz – şəkərbura, Ordubad və Şəki paxlavaları, müxtəlif çeşidlərdə qat-qat, şəkərçörək, şirin çörək, biskvit və digər unlu-qənnadı məmulatlar nəfis tərtibatla bəzədilmiş taralarda satışa çıxarılır. Şirniyyat istehsalı sahəsində İran, Türkiyə avadanlıqlarından istifadə edilərək saatda 200 kiloqram peçenye, 2 ton müxtəlif şirniyyat istehsal olunur.
Müəssisədə fəaliyyət göstərən süd istehsalı sahəsində Hollandiya, Almaniya və Türkiyə avadanlıqları vasitəsilə gün ərzində 15 ton, 10 çeşiddən çox müxtəlif çəkilərdə süd məhsulları istehsal olunur. Fermer və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən xammal şəklində alınan süd məhsulları xüsusi maşınlarla müəssisəyə daşınıb laborator analizdən keçirildikdən sonra istehsala buraxılır. Sanitar-gigiyenik qaydalara ciddi əməl olunduğu müəssisədə müasir avadanlıqlarla təchiz olunmuş iki laboratoriya fəaliyyət göstərir. Müəssisəyə daxil olan xammal və ya hazır məhsul həmin laboratoriyada analizdən keçirildikdən sonra istehsala buraxılır və ya satışa çıxarılır. İstehsal sahələrində istifadə olunan xammalların 60 faizi yerli məhsullardır.
“Gəmiqaya Bərəkət Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətində bütün proseslər İSO keyfiyyəti idarəetmə sisteminin və qida təhlükəsizliyinin tələblərinə tam uyğun şəkildə təşkil olunub. Müəssisədə 220 nəfər işçi çalışır, onlar gündə bir dəfə yeməklə təmin olunurlar.
Ayrı-ayrı ticarət obyektlərində alıcı və satıcıların bu yerli məhsullara olan münasibəti haqda söhbət edərkən öyrəndik ki, əvvəllər alıcılar xaricdə istehsal olunan ərzaq və qeyri-ərzaq məhsullarına üstünlük verirdilərsə, indi artıq muxtar respublikada istehsal olunan məhsullara daha çox maraq göstərirlər.

 Ramiyyə ƏKBƏROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3809776
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
14451
14451
73888
263993
3809776

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter