22 Oktyabr 2017, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Ötən ayın sonunda muxtar respublikamızda aqrar sahənin inkişafı üçün mühüm addım atıldı. Belə ki, “Toxumçuluq haqqında” Naxçıvan Muxtar Respublikasının 2017-ci il 25 iyul tarixli Qanununun tətbiq edilməsi barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Fərman imzalandı. Qanun Naxçıvan Muxtar Respublikasında toxum istehsalının, tədarükünün və istifadəsinin hüquqi əsaslarını müəyyən edir. Bəs toxumçuluq haqqında qəbul edilmiş bu qanun özündə nəyi ehtiva edir və məqsəd nədən ibarətdir? Qanunun qəbul edilməsi muxtar respublikanın aqrar sektorunda hansı müsbət dəyişikliklərin əldə olunmasına imkan verəcək?

Əvvəlcə onu vurğulamaq lazımdır ki, bu gün ərzaq təhlükəsizliyinin təmin edilməsi hər bir ölkə və ya region üçün həyati əhəmiyyətli bir məsələyə çevrilib. Çünki etibarlı ərzaq təminatı istənilən ölkənin sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Ona görə də əhalinin əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlərin həyata keçirilməsi çox vacibdir.
Məlumdur ki, son bir neçə ildə aparıcı ölkələrin maliyyə bazarlarında baş verən neqativ meyillər, habelə əhalinin sayının çoxalması nəticəsində ərzaq məhsullarına olan tələbatın yüksəlməsi, iqlim dəyişkənliyi, su ehtiyatlarının məhdudluğu və digər səbəblərə görə əsas ərzaq məhsullarının dünya bazarlarında qiymətləri artmağa başlayıb, bəzi ölkələrdə ərzaq qıtlığı real təhlükəyə çevrilib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, əgər 1950-1985-ci illərdə ərzaq istehsalının illik artımı 30 milyon ton, 1985-1995-ci illərdə 12 milyon ton təşkil edirdisə, 2030-cu ilədək bu göstərici cəmi 9 milyon ton səviyyəsində olacaq. Rəqəmlər onu göstərir ki, dünya üzrə illik ərzaq istehsalının artımı minimal istiqamətdə dəyişir. Məhz bu nöqteyi-nəzərdən yanaşsaq, ölkəmizdə, eləcə də muxtar respublikamızda əhalinin etibarlı ərzaq təhlükəsizliyi sahəsində atılan addımların mahiyyətini bir daha dərk etmiş olarıq. Burada əsas məsələ ondan ibarətdir ki, lazımi iqlim qurşaqlarına, münbit torpaqlara malik ­ölkəmizdə aqrar sahə davamlı inkişaf etdirilsin.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın muxtar respublikanın ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna rolu olub. Həmin ­pro­q­­ramda əkinəyararlı torpaq sahələrindən səmərəli istifadə olunması, bitkiçiliyin, xüsusən taxılçılığın, meyvəçiliyin, tərəvəzçiliyin, üzümçü­lüyün, heyvandarlığın, o cümlədən ət və süd məhsulları istehsalının inkişaf etdirilməsi üzrə nəzərdə tutulmuş tədbirlərin vaxtında və uğurla həyata keçirilməsi regionda ərzaq məhsullarının istehsalında artıma və əhalinin keyfiyyətli və təhlükəsiz ərzaq məhsullarına tələbatının tam ödənilməsinə şərait yaradıb. Hazırda icrası davam etdirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 1 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “2014-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” da digər sahələrlə yanaşı, muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalı baxımından böyük əhəmiyyət kəsb edir. “Toxumçuluq haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun qəbul olunması isə kənd təsərrüfatı məhsullarının istehsal həcminin yüksəldilməsi, eyni zamanda ərzaq təhlükəsizliyinin təmin olunmasına kompleks yanaşmanı ortaya qoyur.
Qeyd edək ki, adıçəkilən qanunda toxumçuluğun məqsədi yüksək məhsuldarlığa və sabit irsi əlamətlərə malik, xəstəliyə, ziyanvericilərə və müxtəlif iqlim şəraitinə dözümlü bitki sortları yetişdirmək və onların çoxaldılmasını təmin etməkdir. Toxumçuluğun vəzifəsi isə dövlət reyestrinə daxil edilmiş bitki sortlarının sort təmizliyini, bioloji və məhsuldarlıq keyfiyyətlərini saxlamaq üçün sortdəyişmə və sorttəzələməni həyata keçirməklə toxumların kütləvi artırılmasından ibarətdir.
Qanunda əsas maddələrdən biri toxumçuluğa dövlət nəzarətini həyata keçirməkdir. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Toxum­çu­luq Xidmətinin toxumçuluq subyektlərinin fəaliyyətini əlaqələndirmək, tələb və təkliflər nəzərə alınmaqla, dövlət, yerli və sığorta toxum fondlarının yaradılması üçün təkliflər hazırlamaq, toxumçuluğa dair standartlar, normativlər, əsasnamələr və təlimatlar hazırlamaq, toxum bazarının konyunkturunu öyrənmək, təhlil etmək və digər vəzifələri müəyyənləşdirilib.
Burada əsas hədəflərdən biri muxtar respublikada toxumçuluq sisteminin yaradılmasıdır. Hazırda inkişaf etmiş ölkələrin hər birinin özünəməxsus toxumçuluq sistemi var. Bu sistem orijinal, super elit, elit və reproduksiyalı toxumlar istehsalından, sığorta fondunun və dövlət toxum ehtiyatlarının yaradılmasından ibarətdir. Müxtəlif bitki sortlarının toxum istehsalının xüsusiyyətləri toxumçuluq sisteminin yaradılması zamanı nəzərə alınır və müvafiq icra hakimiyyəti orqanının normativ aktları ilə tənzimlənir.
Toxumçuluq son 10-15 ildə dünya iqtisadi məkanında ən çox müzakirə olunan mövzulardan biridir. Bunun da bir sıra səbəbləri var. Əsas səbəb isə əhali tərəfindən istehlak olunan kənd təsərrüfatı məhsullarının istehsalında keyfiyyətli, orqanizm üçün faydalı toxum növlərindən istifadə olunmasıdır. Əks-təqdirdə hazırda əksər dünya ölkələrini cənginə almış transgen məhsullardan istifadədən sığortalanmaq da çətindir. Aparılan araşdırmalara görə, düzgün bölüşdürüləcəyi halda indikindən daha çox əhalini təmin edə biləcək qədər qida ehtiyatları ədalətsiz bölünmə nəticəsində planetdəki bütün insanların ehtiyacını ödəmir. Təkcə ABŞ və Böyük Britaniyada zibilliyə atılan yararlı qida məhsulları 1 milyarda yaxın insanı qida ilə təmin edə bilər ki, elə dünyada da bu qədər adam aclıqdan əziyyət çəkir. Bunu əldə bayraq edən bəzi transmilli şirkətlər biotexnologiyanın imkanlarından istifadə edərək məhsul bolluğu yaratmağa çalışdıqlarını bəyan edirlər. Lakin bu bolluq aclıqdan daha dəhşətli bəlanı özü ilə gətirir. Burada söhbət genetik modifikasiya olunmuş (GMO) məhsullardan gedir.
GMO məhsullar bir orqanizmdən digərinə DNT köçürmək, yaxud bir orqanizmə aid DNT-nin biotexnologiya vasitəsilə dəyişdirilməsi deməkdir. Orqanizmdəki hər hansı bir funksiya, ya da bir xüsusiyyət genetik olaraq dəyişdirilə və ya genetik modifikasiya ilə başqa bir orqanizmdə fəaliyyət göstərə bilər. GMO-nun yaradılması üçün əvvəlcə bir hüceyrədən sözügedən geni əldə etmək lazımdır. Daha sonra bu gen əvvəlcədən seçilmiş orqanizmdə çoxaldılır. Orqanizm artıq bu yeni geni istehsal etməyə başlayır. Bəzən məhsulların genini dəyişməklə onu mövcud olduğu ərazinin şərtlərinə uyğunlaşdırırlar. Məsələn, Arktikadakı bir balığın soyuğa müqavimət geni bir çiyələyə köçürüləndə soyuğa daha dözümlü bir giləmeyvə əldə edilmiş olur. GMO-nu yaradanlar onun bəşəriyyət üçün yararlı olduğunu iddia edirlər. Belə ki, genin dəyişdirilməsi sayəsində məhsullar daha gözəgəlimli və dözümlü hala gətirilir ki, bu da xeyli iqtisadi gəlir gətirir. GMO istehsalçıları hesab edirlər ki, bu məhsullarla dünyada aclığı, qıtlığı aradan qaldırmaq mümkündür. Həqiqət isə ondan ibarətdir ki, geni dəyişdirilmiş məhsullar hesabına dünyada adı tibb elminə məlum olan və ya olmayan bir çox xəstəliklərə düçar olan insanların sayı durmadan artır. Bu gün Amerika, Kanada, Argentina, Avstraliya, Çin və Cənubi Afrika başda olmaqla, bir çox dünya ölkələrində geni dəyişdirilmiş bitkilər istehsal edilir. GMO-nun qadağan edildiyi ölkələr də az deyil, Belarus, Tailand, Yeni Zelandiya, İtaliya, Fransa, İsveçrə kimi dövlətlər bu məhsulların ölkəyə giriş və çıxışına, istehsal və istehlakına qadağa qoyub. Azərbaycan da öz əhalisinin genofondunu və sağlamlığını qorumaq üçün belə qadağalar tətbiq edib.
Qeyd edək ki, BMT-nin müvafiq təşkilatının hesablamalarına görə, hazırda dünya əhalisinin 70 faizindən çoxunun GMO mənşəli məhsullarla qidalandığı ehtimal olunur. Bəzi ölkələrdə, məsələn, Rusiya və Ukraynada geni dəyişdirilmiş məhsulun хüsusi işarələnməsi qaydaları tətbiq olunur. Qaydalara əsasən istehsalçı məhsulun üzərində geni dəyişdirilmiş orqanizmin olması haqqında məlumat yerləşdirməlidir. Bu işarələri görən insanlar belə məhsulları almaqdan çəkinirlər.
Yeri gəlmişkən bunu da vurğulamaq lazımdır ki, hazırda dünyada geni dəyişdirilmiş çox növdə məhsul var. Qarğıdalı, pomidor, kartof, düyü, soya, buğda, balqabaq, günəbaxan tumu, fıstıq və bəzi nadir tapılan balıq növləri bu məhsulların önündə yer alır. Bunlardan əlavə, hazırda banan, moruq, çiyələk, gilas, ananas, bibər, qovun, qarpız da gen dəyişdirilməsinə məruz qalıb. Bu cür meyvə-tərəvəzləri ilk baxışda sezmək o qədər də çətin deyil. Belə məhsullar, adətən, çox parlaq, görünüş etibarilə saf, normadan böyük, üzəri sanki mumiyalanmış və sürüşkən olur. Günlərlə isti yerdə qalsa da, yumşalmır, gec xarab olur, ləti möhkəmliyilə seçilir. Təbii qoxusu, demək olar ki, olmur.
Bu baxımdan muxtar respublikada əhalinin ekoloji təmiz kənd təsərrüfatı məhsulları ilə təminatının dövlət nəzarətində saxlanılması, əkinçilikdə daha çox ənənəvi, yerli toxum növlərindən istifadəyə üstünlük verilməsi, gömrük-keçid məntəqələrində mənşəyi bəlli olmayan ərzaq və kənd təsərrüfatı məhsullarına qadağaların qoyulması vətəndaşların sağlamlıqlarının qorunmasına göstərilən diqqətin bariz nümunələrindən biridir. Bütün bunlar bir daha təsdiq edir ki, “Toxumçuluq haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu muxtar respublikada aqrar sektorun daha sağlam təməllər üzərində inkişaf etdirilməsinə zəmanət verir.
Digər bir məqam isə ondan ibarətdir ki, kənd təsərrüfatı məhsullarının maya dəyəri əsas etibarilə nəqliyyata, toxum, yanacaq və enerji daşıyıcılarına sərf olunan məsrəflərin artımı nəticəsində yüksəlir. Bu isə, son nəticədə, məhsulun istehlakçıya baha qiymətə satılması ilə yanaşı, aqrar sahənin davamlı inkişaf imkanlarını da məhdudlaşdırır. Ona görə bu inkişafa nail olmaq üçün problemlərin həllinə dövlət tərəfindən kompleks şəkildə yanaşılır. Toxumçu­luq haqqında yeni qanunun qəbulu isə dövlətin bu sahədəki hədəflərindən xəbər verir.

 Səbuhi HƏSƏNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4786987
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1367
13401
95562
322047
4786987

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter