21 Avqust 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

  

ARXİV

Avqust 2017
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

 

 

LİNKLƏR

 

 

Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illəri əhatə edən sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası muxtar respublikada uğurla həyata keçirilir. Bölgədə aparılan genişmiqyaslı tikinti-quruculuq işlərindən Şərur rayonuna da pay düşüb. Bunun nəticəsidir ki, rayon mərkəzi Şərur şəhəri və bölgənin kənd yaşayış məntəqələri günü-gündən öz simasını dəyişərək gözəlliyə, abadlığa və müasirliyə qovuşur.

 Cari ildə rayonun daha 3 kəndində kompleks quruculuq tədbirləri aparılır. Bu yaşayış məntəqələrindən biri Qarahəsənli kəndidir. Burada yenidən qurulan məktəb binası 198 şagird üçün nəzərdə tutulub. İki mərtəbədən ibarət olacaq bu tədris müəssisəsinə bir korpus da əlavə edilir. Məktəbdə geniş və işıqlı sinif otaqları, fənn kabinələri, kompüter otağı və elektron lövhəli siniflər, kitabxana, bufet olacaqdır. 

Kənd mərkəzi üçün tikilən ikimərtəbəli yeni binada da layihədə nəzərdə tutulan bütün işlər görülür. Burada inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyasının ərazi ilk təşkilatı, mədəniyyət evi, ­kitabxana, iclas zalı, feldşer-mama və baytarlıq məntəqələri, poçt, ATS, polis sahə müvəkkili üçün otaqlar inşa edilir.
Kənddə tikilən daha bir obyekt isə birmərtəbəli xidmət evidir. Burada ərzaq və təsərrüfat malları mağazaları, ət satışı dükanı, bərbərxana və qadın gözəllik salonu fəaliyyət göstərəcək. Hər üç obyektin istilik sistemi ilə qızdırılması üçün iki qazanxana da inşa olunur. Həyətdə abadlıq işləri görüləcək, yaşıllıq və gülkarlıqlar üçün yerlər düzəldiləcəkdir. Piyada yollarına isə kilid daşlar, kənarlarına bordürlər düzüləcəkdir.
Rayonun Ələkli kəndinə gələnlər bu kəndi büsbütün başqa bir görkəmdə görürlər – bura əsl tikinti meydançasını xatırladır. Kəndin mərkəzində yerləşən tam orta məktəb binası sökülüb, yerində üçmərtəbəli 216 şagird yerlik yeni təhsil ocağının inşasına başlanıb. Binada işıqlı sinif otaqları, müxtəlif laboratoriyalar, kompüter və elektron lövhəli siniflər, hərbi kabinə, idman zalı, pedaqoji kollektiv üçün otaqlar, yeməkxana müəllim və şagirdlərin ixtiyarına veriləcəkdir.
Ələklidə həm də ikimərtəbəli kənd mərkəzi və xidmət mərkəzi üçün bina inşa olunur.
Yeniləşən digər yaşayış məntəqələrində olduğu kimi, bu kənddə də yol əsaslı şəkildə yenidən qurulacaq, su, qaz, rabitə, elektrik xətləri təzələnəcəkdir.
Quruculuq işlərindən Arazqırağı yaşayış məntəqəsi olan Ərəbyengicə kəndinə də pay düşüb. İndi kəndin sakinləri böyük sevinc içərisindədirlər. Burada kompleks quruculuq tədbirlərinə başlanmasını onlar kənd sakinlərinə göstərilən dövlət qayğısı kimi dəyərləndirirlər. Bunlardan biri 192 şagird üçün nəzərdə tutulmuş üçmərtəbəli məktəb binasıdır. Obyektdə tikinti işlərinin böyük bir hissəsi başa çatdırılıb, dam örtüyü vurulub, qapı-pəncərələr asılıb, daxildə suvaq işlərinə başlanılıb.
Məktəb binasının yaxınlığında inşa edilən digər bir obyekt kənd mərkəzi üçün nəzərdə tutulub. Bina iki mərtəbədən ibarət olacaq. Birinci mərtəbədə ATS, poçt, baytar və polis otaqları, kitabxana, fərdi qazanxana sistemi yerləşdiriləcək. İkinci mərtəbədə inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, klub fəaliyyət göstərəcək. Kənd mərkəzində əsas işlər başa çatıb, içəridə suvaq və rəngləmə aparılır.
Digər bir binadan isə kənd sakinləri xidmət mərkəzi kimi istifadə edəcəklər. Burada sənaye və ərzaq məhsulları mağazaları, ət satışı dükanı, bərbərxana və qadın gözəllik salonu fəaliyyət göstərəcək. Obyektdə artıq hörgü işləri tamamlanmaq üzrədir.
Ərəbyengicədəki kompleks quruculuq tədbirləri Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şərur Rayon İdarəsinin kollektivinə həvalə olunub. İdarənin iş icraçısı Mübariz Ağayev bildirdi ki, lazım olan tikinti materialları, kifayət qədər işçi qüvvəsi və texnika ilə təmin edilən obyektlərin tikilib başa çatdırılması üçün inşaatçılara hərtərəfli şərait yaradılıb. Onlar öhdələrinə götürdükləri işi vaxtında təhvil vermək üçün səy və bacarıqlarını əsirgəmirlər.
Muxtar respublikamızda genişmiqyaslı abadlıq və quruculuq işləri sırasında tarix-mədəniyyət abidələrinə diqqət və qayğı xüsusi yer tutur. Şərur rayonunun Yengicə kəndindəki qədim hamamın təmir və bərpası da bu qayğının ifadəsidir.
Məlumat üçün bildirək ki, hamam kəndin mərkəzində böyük bir ərazini əhatə edən Çarşıbazarın başlanğıcında Şərq memarlığı üslubunda XVIII əsrdə inşa olunub. Hamamın ümumi sahəsi 650 kvadratmetr, içərisinin sahəsi 545 kvadratmetrdir. Bu tarixi bina düzbucaqlı formada olmaqla, iki səkkizbucaqlı zala və onlara bitişik iki köməkçi otağa bölünür. Zalları örtən sferik günbəzlər, girişdəki sadə formalı baştağ və digər xidməti otaqlar qismən dağıntıya məruz qalsalar da, hamamın daxili planı yaxşı vəziyyətdədir. Bu da abidənin ilkin quruluşunu hərtərəfli bərpa etməyə imkan verəcəkdir.

 Ramiyyə ƏKBƏROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3839268
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1190
13316
1190
293485
3839268

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter