22 Oktyabr 2017, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Qədim Naxçıvanda üzümçülük dərin tarixi köklərə malikdir. Aparılan arxeoloji qazıntılar zamanı tapılan meyvə, xüsusilə üzüm toxumları, eləcə də çaxır hazırlamaq və saxlamaq üçün işlədilən iri küplər göstərir ki, muxtar respublika ərazisində yaşayan insanlar hələ eradan əvvəl bağçılıq və üzümçülüklə məşğul olublar. Qeyd etmək lazımdır ki, yabanı üzüm indi də regionumuzun ərazisində geniş yayılıb. Hələ çox qədimdən burada üzümdən kişmiş, mövüc, bəkməz və sair məhsullar hazırlayaraq qonşu ölkələrə ticarət məqsədilə aparıblar.

Hazırda muxtar respublika ərazisində 120-dən artıq üzüm sortu yetişdirilir. Onlardan yüzə yaxını yalnız muxtar respublikanın ərazisində yayılıb. Həm qidalılıq əhəmiyyətinə, həm də iqtisadi səmərəsinə görə üzüm əkilməsi vacib sayılan kənd təsərrüfatı bitkilərindən biridir. Ən bəsit hesablamalar göstərir ki, bir hektar üzümlük sahəsi dənli bitkilərdən 3,9, pambıqdan 2,7, tərəvəz bitkilərindən 1,5, bostan bitkilərindən 7,5, meyvə bağlarından isə 2,6 dəfə artıq gəlir gətirir.

Üzümçülük və şərabçılıq aqrar-sənaye sahələri arasında xüsusi yer tutmaqla, əlavə dəyər yaradılması və iqtisadi səmərəlilik baxımından ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir. Yəni üzümçülük kənd təsərrüfatı istehsalının çox xərc tələb edən sahəsi olmasına baxmayaraq, 1 hektar sahədən əldə olunan məhsula görə ən yüksək göstəriciyə malikdir.
Sovet dönəmində ulu öndərimiz Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi sayəsində Azərbaycanda üzümçülük sürətlə inkişaf etmişdi. Görkəmli dövlət xadiminin 1969-cu ildə Azərbaycana rəhbərliyə başladığı zaman üzüm istehsalı 272 min ton olduğu halda, sonrakı dövrlərdə görülmüş tədbirlər nəticəsində bu rəqəm 2 milyon tonu ötmüşdü. Bu da, öz növbəsində, aqrar-sənaye kompleksinin inkişafına və kənd əhalisinin həyat səviyyəsinin yüksəlməsinə səbəb olmuşdu. Lakin 80-ci illərin ortalarından başlayaraq keçmiş Sovet İttifaqının rəhbərliyi tərəfindən aparılan antialkoqol kampaniyası çərçivəsində Azərbaycanda böyük zəhmət hesabına yaradılmış üzüm bağları məhv edilərək iqtisadiyyata ciddi ziyan vurulmuş, insanlar gəlir mənbələrindən məhrum edilmişdilər. Yalnız ölkəmiz müstəqillik əldə etdikdən sonra üzümçülüyün yenidən inkişafı üçün əlverişli şərait yaradıldı və bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilməyə başlanıldı. Belə ki, 2002-ci ildə “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Üzümçülüyün inkişafı üzrə tədbirlərin də nəzərdə tutulduğu və icrası başa çatan “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” kimi mühüm sənədlərin təsdiq edilməsi üzümçülükdə yeni uğurlara yol açdı.
Muxtar respublikanın torpaq-iqlim şəraiti üzümçülüyün daha da inkişaf etdirilərək istehsalın artırılmasına, əhalinin müxtəlif çeşidli, yüksəkkeyfiyyətli süfrə üzümünə, şərabçılıq və digər emal müəssisələrinin isə xammala olan tələbatının yerli istehsal hesabına ödənilməsinə imkan verir. Bu isə, öz növbəsində, üzüm və şərabçılıq məhsullarının ixracının artırılmasına, idxalın isə azalmasına şərait yaratmaq imkanlarına malikdir.
Muxtar respublikada yeni üzüm bağlarının salınmasına, eləcə də keçmiş ənənələrdən istifadə etməklə üzümçülüyün inkişafında intensiv becərmə üsullarının tətbiqinə başlanılıb, nəticədə, üzüm sahələrinin genişləndirilməsi, istehsalın həcmi və məhsuldarlığın tədricən artımına nail olunub.
Üzüm istehsalı üçün regionun əlverişli torpaq-iqlim şəraiti, üzümün digər bitkiçilik məhsullarına nisbətən yüksək iqtisadi səmərəliliyi, keyfiyyətli süfrə (o cümlədən kişmiş) və texniki üzüm sortlarına olan daxili tələbatın yerli istehsal hesabına ödənilməsi, həmçinin qonşu və digər ölkələrin bazarlarında yüksəkkeyfiyyətli ekoloji təmiz süfrə üzümünə, şərab və digər üzüm emalı məhsullarına olan yüksək tələbat üzümçülüyün daha da inkişaf etdirilməsini zəruri edir. Məhz buna görə muxtar respublikada bu sahənin inkişaf etdirilməsinə diqqət və maraq getdikcə artmaqdadır.
Üzümçülüyün davamlı olaraq inkişaf etdirilməsi, keyfiyyətli və ucuz başa gələn yerli üzüm sortlarının yetişdirilməsi Naxçıvanda da tingçilik təsərrüfatlarının yaradılmasını şərtləndirir. Yeni üzüm plantasiyalarının salınması böyük həcmdə uzunmüddətli kapital qoyuluşu tələb etməklə bərabər, barvermə dövrünədək (təxminən, 4-5 il ərzində) əkinə xidmət üçün əlavə maliyyə resurslarına ehtiyac yaradır. Odur ki, mövcud və yeni yaradılacaq üzümçülük təsərrüfatlarının uzunmüddətli maliyyə mənbələri ilə təminatı qarşıda duran ən vacib məsələlərdən biridir.
İstehsal olunmuş üzüm məhsullarının vaxtlı-vaxtında tədarükü xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə həmin məhsulların plantasiya-istehlakçı sxemi üzrə reallaşdırılması məsələləri həllivacib olan problemlərdən biridir. “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” qeyd olunan problemlərin həllinə, üzümçülük və şərabçılığın kompleks inkişafına yönəldilib. Ölkə başçısı cənab İlham Əliyev 2011-ci il 15 dekabr tarixli Sərəncamı ilə “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nı təsdiq edib. Bu proqramın icrası ölkəmizdə, o cümlədən muxtar respublikada üzümçülüyün əvvəlki şöhrətinin özünə qaytarılmasına imkan verəcək və beləliklə, kənd təsərrüfatının geniş miqyasda inkişafına, əhalinin rifah halının daha da yaxşılaşmasına şərait yaradacaqdır.
Dövlət proqramının məqsədi əhalinin təzə və keyfiyyətli süfrə üzümünə olan tələbatının daha dolğun ödənilməsi, şərabçılıq və üzüm emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılmasından ibarətdir. Qeyd olunan məqsədə nail olmaq üçün süfrə və texniki üzüm sortlarının əkin sahələrinin genişləndirilməsi, yeni üzümlüklərin salınması, tingçilik təsərrüfatlarının yaradılması, mövsümlərarası dövrlərdə əhalinin fasiləsiz olaraq süfrə üzümü ilə təmin edilməsi məqsədilə saxlama kameralarının tikilməsi, üzüm və şərabçılıq məhsulları istehsalı ilə əlaqəli sahələrin inkişafı və digər vəzifələrin yerinə yetirilməsini nəzərdə tutur.
Üzüm muxtar respublikanın bütün rayonlarında talvar və geniş plantasiyalarda əkilib-becərilə və inkişaf etdirilə bilər. Bu bitkinin inkişafına geniş yer verilməsi Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən hazırlanmış rayonlar üzrə əkin sahələrinin atlasında da öz əksini tapıb.

Yaşar QULİYEV
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4787043
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1423
13401
95618
322103
4787043

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter