22 Oktyabr 2017, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Müasir yol-nəqliyyat infrastrukturu dövlətin iqtisadi inkişafının əsas göstəricilərindən biridir. “Yol-iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyatdır”, – deyən ümummilli liderimiz Heydər Əliyev bu sahənin inkişafını daim diqqət mərkəzində saxlayıb, nəqliyyat sahəsinin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Ulu öndərimizin nəqliyyat sahəsində müəyyənləşdirdiyi strateji xətt muxtar respublikamızda da uğurla davam etdirilir, artan əhali tələbatına uyğun olaraq yol infrastrukturunun inkişafı ilə bağlı mühüm tədbirlər həyata keçirilir, yeni yollar salınır, körpülər tikilir, hava və dəmir yolu nəqliyyatının infrastruktur təminatı yaxşılaşdırılır.

Son illərdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq sərəncamlar Naxçıvanda yol-nəqliyyat infrastrukturunun müasir tələblər səviyyəsində qurulmasına səbəb olub. Belə ki, dövlət başçısının “Naxçıvan Muxtar Respublikasının Culfa və Kəngərli rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2011-ci il 2 sentyabr tarixli Sərəncamına əsasən Culfa rayonunda uzunluğu 57,6 kilometr olan, 20 kəndi əhatə edən Çeşməbasar-Boyəhməd avtomobil yolu, Kəngərli rayonunda uzunluğu 39,2 kilometr olan, 5 kəndi əhatə edən Naxçıvan-Sədərək magistralı-Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi avtomobil yolu, “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 5 mart tarixli Sərəncamına əsasən uzunluğu 25,6 kilometr olan, 13 yaşayış məntəqəsini birləşdirən Hacıvar-Vayxır-Sirab avtomobil yolu, “Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” 2014-cü il 27 avqust tarixli Sərəncamına əsasən uzunluğu 25,4 kilometr olan, 7 yaşayış məntəqəsini birləşdirən müvafiq yol yenidən qurulub. Bundan əlavə, ötən dövr ərzində 88,8 kilometr uzunluğunda Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolu istifadəyə verilib.

Muxtar respublikanın qonşu ölkələrlə iqtisadi əlaqələrinin daha da genişləndirilməsində, beynəlxalq yük və sərnişin daşımalarında mühüm rol oynayan, 87 kilometr uzunluğunda Naxçıvan-Sədərək, 32,4 kilometr uzunluğunda Naxçıvan-Culfa magistral avtomobil yolları yenidən qurulub. Ümumilikdə, 1995-2016-cı illər ərzində muxtar respublikada 3723 kilometr uzunluğunda yeni avtomobil yolları salınıb, 103 körpü tikilib, 64 körpü əsaslı təmir olunub.
Naxçıvanda əhaliyə nümunəvi nəqliyyat xidmətinin göstərilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilib. Paytaxt Naxçıvan şəhərində şəhərdaxili marşrutlarda əhalinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yeni avtobuslar alınaraq muxtar respublikaya gətirilib, rayon mərkəzlərinə və bütün kəndlərə iritutumlu və rahat avtobuslarla gediş-gəliş təmin edilib. Ötən dövrdə Naxçıvan Şəhər Nəqliyyat İdarəsinin maddi-texniki bazası möhkəmləndirilib, müasir Avtobus Parkı istifadəyə verilib, Naxçıvan, Şərur, Ordubad, Culfa və Şahbuz şəhərlərində müasir avtovağzal kompleksləri inşa olunub.
Ötən illər ərzində Naxçıvan-Bakı marşrutunun fəaliyyəti təmin edilib, qonşu ölkələrlə sərnişindaşıma xidmətinin yaxşılaşdırılması istiqamətində Naxçıvan-Batumi və Naxçıvan-Ərzurum avtobus marşrutları fəaliyyətə başlayıb.
Muxtar respublikada nəqliyyatın mühüm sahələrindən olan hava nəqliyyatının inkişafı istiqamətində də ötən illər ərzində kompleks tədbirlər həyata keçirilib, yeni aerovağzal kompleksi tikilib istifadəyə verilib, Naxçıvan hava limanı beynəlxalq status qazanıb. Naxçıvan Beynəlxalq Hava Limanında yeni inzibati bina inşa olunub, əhaliyə göstərilən xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılması, təyyarə uçuşlarının təhlükəsizliyinin tam təmin edilməsi məqsədilə Şərq və Qərb terminalları istifadəyə verilib. Yenidənqurma işlərindən sonra hava limanının illik sərnişin və yükdaşıma dövriyyəsi xeyli artıb, aerovağzal binasından istifadə edən sərnişinlərin sayı saatda 600 nəfərə çatdırılıb. Bundan əlavə, ötən dövr ərzində Şərur və Ordubad şəhərlərində aviakassa binaları istifadəyə verilib. Naxçıvan Beynəlxalq Hava Limanında yüklərin təhlükəsiz daşınması və qəbulu istiqamətində cari ilin ilk yarımilində karqo terminalının yenidən qurulması davam etdirilib.
Muxtar respublikada nəqliyyatın digər sahəsi olan dəmir yolunun inkişafı üzrə də mühüm tədbirlər həyata keçirilib, infrastruktur yenidən qurulub. Belə ki, son dövrdə Naxçıvan, Şərur, Culfa, Şahtaxtı sərnişin vağzalı binalarında, Naxçıvan, Vəlidağ, Nehrəm, Dəstə, Dərəşam, Culfa, Qıvraq, Şahtaxtı stansiyaları idarəetmə mərkəzlərində, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati binasında və digər inzibati və yardımçı binalarda əsaslı təmir işləri aparılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 16 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2011-2015-ci illər üzrə İnkişaf Proqramı” dəmir yolu nəqliyyatının inkişafına təkan verib. İnkişaf Proqramına uyğun olaraq mühüm dəmiryol qovşağı olan Culfa stansiyasında Yük və Sərnişin Daşımaları İdarəsinin inzibati binası, Culfa Lokomotiv Deposu, Lokomotiv Briqadalarının İdarəedilməsi Mərkəzi və Radio-rabitə sexi binası əsaslı təmir edilərək istifadəyə verilib, dəmir yolu keçidləri yenidən qurulub, yeni dəmir yolu keçidi salınıb.
Ötən il qonşu ölkələrlə iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edən Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarı fəaliyyətə başlayıb, 3 ədəd yeni sərnişin vaqonu alınaraq muxtar respublikaya gətirilib. Bundan əlavə, Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvan-Culfa-Təbriz dəmir yolu xəttinə birləşdirilməsi istiqamətində də zəruri tədbirlər həyata keçirilməkdədir.
Bu sahədə görülən işlər cari ilin ötən dövrü ərzində də diqqətdə saxlanılıb, Culfa stansiyasında İstismar Vaqon Deposunun, Ordubad dəmir yolu sərnişin vağzalı binasının, Ordubad Yol Sahəsinin inzibati binasının və 4 saylı yol məntəqəsi binasının tikintisi, Ordubad Stansiya İdarəetmə Mərkəzinin əsaslı təmiri davam etdirilib.
Son illər iqtisadiyyatın kompleks şəkildə inkişafı, əhalinin həyat səviyyəsinin yüksəldilməsi nəqliyyat sektorunun dinamik inkişafını təmin edib, 1995-ci illə müqayisədə 2016-cı ildə yük daşınması 25,4 dəfə artaraq 16 milyon 83 min tona, sərnişin daşınması isə 4,3 dəfə artaraq 100 milyon 129 min nəfərə çatıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin
mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4787040
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1420
13401
95615
322100
4787040

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter