21 Avqust 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

  

ARXİV

Avqust 2017
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

 

 

LİNKLƏR

 

 

Muxtar respublikada mövcud olan əlverişli biznes mühiti yeni istehsal sahələrinin yaranmasına, fəaliyyəti dayanan müəssisələrin yenidən işə başlamasına imkan verib. Bununla həm daxili tələbat ödənilir, həm də xaricə valyuta axınının qarşısı alınır.

Son illərdə əhalinin maddi vəziyyətinin yaxşılaşması nəticəsində fərdi yaşayış evlərinin tikintisi, tikilən evlərin təmiri işləri xeyli genişlənib. Təmir işlərində istifadə olunan materiallara tələbat artıb. Əvvəllər bu materiallar xarici ölkələrdən gətirilirdi. Bu da, təbii ki, həm vaxt itkisi yaradır, həm də əlavə xərclərə yol açırdı. Son illərdə bu istiqamətdə xeyli irəliləyişlərə nail olunub. Hazırda muxtar respublikada tikinti materiallarına olan tələbatın əksər hissəsi yerli istehsal müəssisələri hesabına ödənilir. Bu gün muxtar respublikamızda tikinti materiallarının istehsalı ilə məşğul olan çox sayda müəssisə fəaliyyət göstərir. Həmin müəssisələrdən biri də “Azelektrod” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Naxçıvan şəhərinin Şəhriyar küçəsində yerləşən müəssisə ilə yaxından tanış olmaq, iş prosesi ilə maraqlanmaq üçün ötən günlərdə yolumuzu adıçəkilən ünvandan saldıq. Müəssisənin rəhbəri Zamin Abbasovla söhbət zamanı bildirdi ki, əvvəllər müəssisə yaratmaq fikri olsa da, bu arzusu maliyyə problemlərinə görə bir az gec həyata keçib. Məqsədinə dövlət qayğısı nəticəsində nail olub. Belə ki, ötən il aprel ayında müəssisə yaratmaq haqqında layihə ­hazırlayaraq Sahibkarlığa Kömək Fonduna təqdim edib, bu məqsədlə fond tərəfindən ona 480 min manat vəsait verilib. Müəssisədə istehsal prosesinə isə 2016-cı il noyabr ayında başlanılıb. Burada istehsal olunan məhsullar “Az-NaxKim” əmtəə nişanı ilə satışa buraxılır. İstifadə olunan avadanlıqlar Türkiyə Respublikasından alınıb gətirilib. Müəssisədə tələbata uyğun olaraq gündəlik 30-40 ton məhsul istehsal edilir. İstehsal prosesi mərhələli şəkildə aparılır. İlk olaraq xüsusi avadanlıq vasitəsilə qum qurudulur, sonra narın ələklərdən keçirilir və aparatla qarışdırılır. İkinci mərhələdə əlavələr qatılır, xüsusi aparat vasitəsilə kisələrə doldurulur.
Sevindirici haldır ki, məhsulun xammala olan tələbatı, əsasən, muxtar respublikamızın daxili imkanları hesabına ödənilir. Məhsullar kafel və metlax yapışdırıcısı, sərtləşdirici, məsaməli beton blok yapışdırıcısı, təmir suvağı, sement əsaslı hazır suvaq, aralıq doldurma qarışığı, mərmər və qranit yapışdırıcısı və sair növlərə ayrılır. Məhsulların keyfiyyətinə müəssisə tərəfindən zəmanət verilir, xarici məhsullara nisbətən 30-40 faiz sərfəli qiymətə satışa çıxarılır.
Sahibkar onu da bildirdi ki, müəssisədə elektrod istehsalı da həyata keçirilir, xammal Türkiyədən alınıb gətirilir. Əvvəllər bu tikinti materialı xarici ölkələrdən gətirilir, baha qiymətə istehlakçılara satılırdı. Ancaq elektrod istehsalına başlanmasından sonra daxili bazarda bu məhsula olan tələbat əhəmiyyətli dərəcədə dəyişib. “Azelektrod” əmtəə nişanı ilə satılan məhsullara bu gün tələbat çoxdur. Çünki tikinti işlərinin həcmi böyükdür və qaynaq işlərində elektroda tələbat getdikcə artır. Türkiyə istehsalı olan və dövlət dəstəyi hesabına alınıb gətirilən, müəssisədə quraşdırılan avadanlıqlar rəqabətqabiliyyətli məhsul istehsalına imkan verir.
Muxtar respublikada sahibkarlara göstərilən qayğıya görə dövlətimizə minnətdarlıq edən Zamin Abbasov dedi ki, bundan sonra da məhsul istehsalında kəmiyyətdən daha çox keyfiyyətə üstünlük veriləcək, ixracyönümlü məhsulların istehsalına çalışacaqlar.

 Nail ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3839162
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1084
13316
1084
293379
3839162

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter