22 İyul 2017, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

 

ARXİV

İyul 2017
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi tərəfindən 2017-ci ilin 6 ayı ərzində torpaqların su təminatının yaxşılaşdırılması və münbitliyinin artırılması sahəsində həyata keçirilən tədbirlər davam etdirilmiş, su anbarlarına 278 milyon kubmetr su ehtiyatı toplanmışdır.
Bununla yanaşı, şoranlaşmanın qarşısını almaq və suyun itkisiz çatdırılması məqsədilə 165 kilometr magistral kanal, 233 kilometr ara arxları və 19 kilometr kollektor lildən təmizlənmiş, 36 kilometr yeni suvarma boru xətti çəkilmişdir.
Mütərəqqi suvarma metodlarının tətbiqi sahəsində görülən işlərin davamı olaraq Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 400 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisinə başlanmış, bu günə qədər 3 kilometr magistral boru xətti və müxtəlif diametrli borularla 26 kilometr suvarma xətti çəkilmişdir. Uzunoba Su Anbarına sugətirən kanalın 650 metr, suaparan kanalın isə 940 metr hissəsi beton panellərlə üzlənmişdir. Yaşayış məntəqələrini və əkin sahələrini sel sularının zərərli təsirindən qorumaq məqsədilə çay və selovlarda 19 kilometr istiqamətləndirici bənd tikilmiş, 7 kəhrizdə təmir-bərpa işləri başa çatdırılmışdır.
“Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində Naxçıvan şəhərində çirkab sutəmizləyici qurğunun tikintisi davam etdirilmişdir. Babək rayonunun Şıxmahmud kəndində müxtəlif diametrli borularla 35 kilometr kanalizasiya xətti, 37 kilometr içməli su xətti çəkilmiş, 1103 ev kanalizasiya şəbəkəsinə qoşulmuş və sayğac quraşdırılmışdır. Şərur rayonunda isə müxtəlif diametrli borularla 52 kilometr içməli su xətti, 10 kilometr kanalizasiya xətti çəkilmiş, 713 ev birləşməsi aparılmışdır. Layihəyə uyğun olaraq Şahbuz şəhərindəki çirkab sutəmizləyici qurğuda tikinti işləri aparılmış, Ordubad rayonunda isə 2 subartezian quyusu qazılmışdır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3403297
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4064
18489
78918
319910
3403297

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter