22 Oktyabr 2017, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Muxtar respublikamızda özəl sektorun inkişafına göstərilən dövlət dəstəyi regionda müxtəlifprofilli sahibkarlıq sahələrinin genişlənməsinə mühüm təsir edir. Geniş çeşiddə geyimlər, xüsusilə dövlət idarələrində çalışanlar və məktəblilər üçün uniformalar istehsal edən “Zümrüd” Kiçik Müəssisəsi də bu qayğıdan bəhrələnərək qısa zaman içərisində öz fəaliyyətini genişləndirib, bazarda bu sahədə mövcud olan tələbatın böyük bir hissəsinin ödənilməsinə nail olub.

“Zümrüd” Kiçik Müəssisəsi 1997-ci ildə yaradılıb. Müəssisə kollektivi ötən dövr ərzində öz işini xeyli təkmilləşdirib, bu sahənin incəliklərini mənimsəyib. Müəssisə ilə tanış olduqda sahibkar Etibar Hacıyev bildirdi ki, onlar ilk dəfə məktəbli formalarının tikilişi ilə məşğul olmağa başlayıblar. O zaman cəmi 6 nəfərlik bir işçi heyəti ilə işə başlayan bu müəssisə onlara göstərilən dövlət qayğısı ilə 2011-ci ildə yeni binaya köçürülüb. Hazırda istehsal gücü gün ərzində 150 dəst kostyum olan “Zümrüd” Kiçik Müəssisəsində Türkiyə, İtaliya, Yaponiya və Almaniya mənşəli müasir rəqəmsal avadanlıqlar qurulmuş və Türkiyədən gətirilən yüksəkkeyfiyyətli parçalardan həm məktəblilər, həm də hüquq-mühafizə orqanları işçiləri üçün uniformalar tikilir.

Sahibkar onu da əlavə etdi ki, müəssisədə tikilən məktəbli formalarına hazırda yüksək tələbat vardır. Buna görə də hazır­lanan geyim dəstlərinin yüksək keyfiyyətdə olmasına ciddi fikir verilir. Bunun üçün müəssisəyə bacarıqlı ustalar cəlb olunub. Çoxu qadınlar olan usta dərzilər alıcıları razı salmaq üçün keyfiyyətli geyimlər tikməyə səy göstərirlər. Əməyimiz dövlət tərəfindən yüksək qiymətləndirilir və bu da daha yaxşı məhsul istehsal etmək üçün bizi ruhlandırır. Belə ki, müəssisəmiz 2012-ci ildə ilin şirkəti, 2015-ci ildə isə ilin ən fəal işəgötürəni nominasiyasında qalib olub, mükafatlandırılıb. Bunlarla yanaşı, bu il aprel ayının 25-də Sahibkarlar günündə ölkə başçısının sərəncamı ilə bir qrup naxçıvanlı sahibkar arasında mənim də “Tərəqqi” medalı ilə təltif olunmağım fəaliyyətimizə verilən ən böyük mükafatdır. Düşünürəm ki, bizə verilən belə bir yüksək qiymət gələcək fəaliyyətimiz üçün ən yaxşı stimuldur. Bütün bunlara, sahibkarlar üçün yaradılan şəraitə görə dövlətimizə minnətdaram.
Sahibkarlıq fəaliyyəti bacarıq qədər də səbir tələb edən bir sahədir. Təcrübə göstərir ki, əgər sahibkar öz işinə yaradıcı münasibət göstərirsə, onun gördüyü hər bir iş dövlət tərəfindən dəstəklənəcək və həyata keçirilən hər bir layihə öz real qiymətini alacaq. Naxçıvanda geyim sektorunda uğurlu fəaliyyətini davam etdirən “Zümrüd” Kiçik Müəssisəsi də bunlardan biridir.

 Əli CABBAROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4786842
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1222
13401
95417
321902
4786842

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter