11 Dekabr 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2017
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Biz, adətən, sahibkar deyəndə iri istehsal müəssisəsinin rəhbərini nəzərdə tuturuq. Fikirləşirik ki, həmin sahibkarların xeyli vəsaiti, obyektləri, işçi qüvvəsi olur. Amma bu gün hər bir sadə vətəndaş belə sahibkara çevrilə bilər. Xüsusən də kənddə yaşayıb müxtəlif təsərrüfat sahələrində çalışanlar. İstehsalla məşğul olan hər bir kənd adamı dövlətdən güzəştli şərtlərlə kredit götürüb özünün ailə təsərrüfatını genişləndirmək imkanına malikdir. Bu mənada, kəndlərimizdə artıq ailə təsərrüfatlarını quraraq hər il 15-20 min manat və hətta bundan çox gəlir götürən­lər var. Biz də bu yazımızda muxtar respublikamızın ayrı-ayrı bölgələrində yaşayıb çalışan, ailə-fermer təsərrüfatları yaradan insanların kəndə, ocağa bağlılıqlarından, muxtar respublika iqtisadiyyatına verdikləri töhfələrdən bəhs edəcəyik.

Məlumat üçün onu da bildirək ki, ötən il kənd təsərrüfatı məhsullarının istehsalının artırılması məqsədilə muxtar respublikada 6 heyvandarlıq, bir quşçuluq, bir balıqçılıq, 6 soyuducu anbar və 3 istixana təsərrüfatı fəaliyyətə başlayıb. Bütün bunların nəticəsidir ki, son illər muxtar respublikada güzəştli kreditlər hesabına 235 heyvandarlıq, 64 quşçuluq təsərrüfatı, 15 balıqçılıq, 102 arıçılıq, 196 hektar sahədə 64 bağçılıq, 10 hektar sahədə 8 üzümçülük təsərrüfatı, ümumi tutumu 14 min 30 ton olan 31 soyuducu anbar, sahəsi 127 min 162 kvadratmetr olan ­ 21 istixana kompleksi və digər müasir müəssisələr yaradılıb.

Bu istiqamətdə qədim əkinçi­lik diyarı olan Şərur rayonunda da lazımi işlər görülüb. Hazırda rayonun əksər yaşayış məntəqələrində aqrar bölmədə fəaliyyət göstərən sahibkarlıq subyektləri, kiçik müəssisələr, fermer təsərrüfatları mövcuddur.
Belə yaşayış məntəqələrindən biri də Yengicə kəndidir. 5 min nəfərə yaxın sakini olan bu kənddə əhali mövcud torpaqlardan səmərəli şəkildə istifadə edir, taxılçılıq, meyvəçilik, kartofçuluq, heyvandarlıq və digər sahələrlə məşğul olur. Kənddə sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar da az deyil.
Cabbar Tağıyev Yengicə kəndində çörəkçi ailəsində dünyaya göz açıb. Deyir ki, atam yaxşı çörəkbişirən olub. Onun sexində yerli taxılın unundan dadlı-tamlı çörəklər bişirilərdi. Onun yolunu hazırda mən davam etdirirəm. Hər il taxıl əkir, məhsuldarlığı artırıram. Kənddəki lavaşbişirmə sexinin də fəaliyyətini genişləndirmişəm. Burada çörək­bişirmə texnologiyasına yaxından bələd olan 6 qadın çalışır. Müasir avadanlıqların köməyi ilə onlar ətirli çörəklər bişirirlər. Yerli taxılın ununun çörəyi isə tamlı olur. Bu səbəbdən də sexə müraciət edənlərin sayı getdikcə artır.
Sahibkar ötən ildən başlayaraq yeni bir təsərrüfat sahəsi ilə də məşğul olur. O, dövlətdən aldığı kredit hesabına quşçuluq təsərrüfatı yaradıb. Hazırda həmin təsərrüfatda 5 min baş cücə bəslənilir. Ətlik istiqamətdə yaradılan təsərrüfatda gələcəkdə yumurtalıq toyuqlar da saxlanılacaq. Hələlik 4 nəfər kənd sakininin çalışdığı quşçuluq təsərrüfatında həm istehsalın, həm də işçilərin sayının artırılması nəzərdə tutulur. Burada lazımi şəraiti olan binalar tikilib, zoobaytar tələblərə uyğun bəslənmə həyata keçirilir.
Ələkli rayonun o qədər də böyük olmayan yaşayış məntəqələrindən biridir. Bu kənddə 338 hek­tar ümumi torpaq sahəsi var. Kənd adamları həmin torpaqlardan lazımi qaydada istifadə edir, yerli məhsul bolluğu yaradırlar. Təkcə bir faktı qeyd edək ki, ötən il bu kənddə 200 tondan artıq kartof istehsal olunub. Həmçinin soğan, sarımsaq, meyvə­-tərəvəz və heyvandarlıq məhsullarının istehsalı artıb. Bu işdə sahibkarlıqla məşğul olan fermerlərin də rolu az deyil.
Kənd sakini İbrahim Kazımov uzun illərdir, mədəniyyət sahəsində çalışan təcrübəli mütəxəssisdir. Çoxşaxəli təsərrüfata malik olan İbrahimlə onun həyətində həmsöhbət oluruq. Həyətdəki meyvə ağacları bu il də bol məhsul gətirib. Ərazinin bir tərəfində arı yeşikləri düzülüb. Bütün bunlar təsərrüfat adamının səliqə-sahmanından, işgüzarlığından xəbər verir. Onun yaratdığı ailə təsərrüfatında 10 nəfərdən artıq kənd sakini çalışır. Deyir ki, taxıl əkini sahələrini ilbəil genişləndiririk. Həm özümüzün çörəyə olan tələbatını ödəyir, həm də mal-qara üçün bol yem bazası yaradırıq. 60 baş keçimiz var. Bu il onların 40-ı əkiz bala verib. Bu heyvanların südünün, pendirinin faydası çoxdur. İlboyu süfrəmizdə təbii nemətlərdən istifadə edirik. Hələ bazara da məhsul çıxarırıq. Tonlarla kartofumuz, sarımsaq və tərəvəzimiz olur. Əkin sahələrimizi üzvi gübrələrlə münbitləşdiririk. Təsərrüfat suyumuz da boldur. Arpaçayın suyu torpaqlarımıza məlhəmdir. Belə şəraitdə niyə işləməyəsən, məhsul bolluğu yaratmayasan?
Dəstə kəndi isə Ordubad rayonunun iri yaşayış məntəqələrindən biridir. Bu kənddə müxtəlif sahibkarlıq obyektləri, lavaş sexləri, taxıl emalı müəssisəsi fəaliyyət göstərir. Builki mövsümdə 410 hektardan artıq sahədən taxıl yığılacaq. Taxılçılıq sahəsində fəaliyyət göstərən fermer kollektivlərindən birinə təcrübəli təsərrüfatçı Mehdi Quliyev başçılıq edir. Mən onu hələ ictimai təsərrüfatlar dövründən tanıyıram. Ötən əsrin 80-ci illəri idi. O vaxtlar Dəstə kəndi barlı-bəhərli ərik bağları ilə əhatələnmişdi. Bu bağlardan yüz tonlarla məhsul yığılıb daxili bazarda satışa çıxarılar, hətta Azərbaycandan kənara, Rusiyanın ayrı-ayrı şəhərlərinə göndərilərdi. Sonralar bu bağların yerində taxıl və tərəvəz əkinlərinə üstünlük verildi. Bu gün isə Dəstə Ordubad rayonunda ən çox taxıl əkib-becərən kəndlərdən biridir. Təcrübəli təsərrüfatçı Mehdi Quliyev də uzun illərdir, meyvəçiliklə yanaşı, taxılçılığa da üstünlük verib. 30 ilə yaxındır ki, onun ailə təsərrüfatı taxılçılıqla məşğul olur. İldən-ilə əkin sahələrini genişləndirərək 43 hektara çatdırıb.
Mehdi deyir ki, taxılçılığı inkişaf etdirmək üçün ərazimizdə möhkəm maddi-texniki baza mövcuddur. Belə ki, burada yaradılan taxıl emalı müəssisəsi imkan verir ki, taxılımızı üyüdək, çörəyə olan tələbatımızı yerli imkanlar hesabına ödəyək. Həmin müəssisədə lavaşbişirmə sexi də fəaliyyət göstərir. Verilən sifarişlər keyfiyyətlə yerinə yetirilir, əhalinin təminatı ödənilir.
Qeyd edək ki, kənddə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rayon bazası da fəaliyyət göstərir. Torpaq mülkiyyətçiləri lizinq yolu ilə yeni texnikalar əldə edirlər.
Sahibkar bildirir ki, cəmiyyətin müasirtipli kombaynları köməyimizə gəlir, biçini də qısa vaxtda başa çatdıra bilirik. Çəkdiyimiz zəhmətin müqabilində də yaxşı dolanırıq.
Bu gün Culfa rayonunda da sahibkarlıqla məşğul olanlar çoxdur. Rayonun Əbrəqunus kəndində heyvandarlıq, taxılçılıq, meyvəçilik, quşçuluq və digər sahələrdə səmərəli fəaliyyət göstərən sahibkarlar keyfiyyətli məhsul istehsal etməklə böyük iqtisadi səmərə əldə edirlər.
Bu rayonda Asif Məmmədovu təcrübəli təsərrüfatçı kimi tanıyırlar. Onun başçılıq etdiyi ailə təsərrüfatında 400 baş balbas cinsi qoyun, 50 baş keçi, 10-a yaxın qaramal vardır. O, həmçinin quşçuluq təsərüffatını da inkişaf etdirir, arıçılıqla məşğul olur. Bu vacib sahələrin inkişaf etdirilməsi sayəsində ailə təsərrüfatının gəliri ildən-ilə artır. İstehsal olunan sağlam heyvandarlıq məhsullarının isə daimi alıcısı var. Çəkilən zəhmət yaxşı da qazanc gətirir. Yaraşıqlı ev-eşiyi olan təsərrüfat başçısı övladlarını da xoş güzərana qovuşdurub. Hər birinin xoşbəxt ailəsi var.
Ailə təsərrüfatının üzvləri mal-qaranın bəslənməsi üçün 3 hektar sahədə yonca əkiblər. Həmçinin 5 hektar sahədə taxıl əkilib-becərilir. Odur ki, mal-qaranın qışlama dövründə bəslənməsi üçün yem bazası da ailə təsərrüfatının özü tərəfindən yaradılır. Qazanılan uğurlar isə göz qabağındadır.
Əhalinin ərzaqla təminatında kənd təsərrüfatının mühüm rolu vardır. Ona görə bu sahədə sahibkarlığın inkişafına dövlət tərəfindən hərtərəfli qayğı göstərilir. Aqrar sektorda fəaliyyət göstərən sahibkarlar torpaq vergisi istisna olmaqla, bütün növ vergilərdən azaddırlar. Onlara güzəştli şərtlərlə texnika, yanacaq, kredit, subsidiyalar, gübrə verilir, suvarma sistemlərinin təkmilləşdirilməsi üçün yeni infrastruktur yaradılır. Bütün bunları həyata keçirməkdə məqsəd məhsul bolluğuna nail olmaqdan, əksər kənd təsərrüfatı məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsini təmin etməkdən ibarətdir. 

Məhəmməd FƏRƏCOV
Naxçıvan Dövlət Radiosunun baş redaktoru

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5631127
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
14579
18377
14579
177018
5631127

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter