22 Oktyabr 2017, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Muxtar respublikada artan əhali tələbatına uyğun olaraq iqtisadi və sosial sahələrin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
“Naxçıvan Muxtar Respublikasının Regional İnkişaf Proqramı (2005-2008-ci illər)”, 2005-2010-cu illərdə Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə, 2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair, Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı, 2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə dövlət proqramlarının ardınca hazırda icrası davam etdirilən Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı, 2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə dövlət proqramlarının icrası ümumi inkişafa təkan vermiş, yeni istehsal və xidmət sahələri fəaliyyətə başlamış, iqtisadiyyat şaxələndirilmişdir.
Yerli istehsal sahələrinin inkişafının nəticəsidir ki, bu gün muxtar respublikada 371 növdə məhsul istehsal olunur. Bu məhsulların 121 növü ərzaq, 250 növü qeyri-ərzaq məhsullarıdır. 107-si ərzaq, 237-si qeyri-ərzaq olmaqla, 344 növdə məhsula olan tələbat tamamilə daxili imkanlar hesabına ödənilir. Muxtar respublikada ümumi inkişafın əsas göstəricisi olan ümumi daxili məhsul istehsalının həcmi 1995-ci illə müqayisədə 59,1 dəfə artaraq 2016-cı ildə 2 milyard 582 milyon manatdan artıq olmuşdur. Bu dövr ərzində sənaye məhsulunun həcmi 103,2 dəfə, kənd təsərrüfatı məhsulunun həcmi 11,1 dəfə artmışdır.

Yerli istehsalın artması daxili bazarda məhsul bolluğu yaratmaqla bərabər, muxtar respublikanın ixrac potensialını artırmış, idxalın həcmini isə azaltmışdır. Xarici ticarət dövriyyəsi ümumi inkişafı əks etdirən mühüm makroiqtisadi göstəricilərdən biri olub, ixracın və idxalın cəmidir. 2009-cu ildən muxtar respublikanın xarici ticarət dövriyyəsində müsbət saldo qeydə alınmış, ixracın həcmi idxalı üstələmişdir. Həmin dövrdə xarici ticarət dövriyyəsinin 51 faizini ixrac, 49 faizini isə idxal təşkil etmişdir.
Naxçıvanın müalicəvi mineral suları, təbii duzu, çay, emal olunmuş ət və meyvə məhsulları, qazlı və spirtli içkiləri, meyvə şirələri, yüksəkkeyfiyyətli tikinti materialları, o cümlədən Naxçıvan sementi, gips, daş məmulatları və digər çox sayda məhsullar ixrac potensialının artırılmasında mühüm rol oynamışdır.
Muxtar respublikanın ixrac potensialının artırılmasında qonşu dövlətlərlə yaradılan iqtisadi əlaqələr mühüm yer tutmuşdur. Belə ki, 1992-1993-cü illərdə ümummilli liderimiz Heydər Əliyevin şəxsi nüfuzu sayəsində İran ərazisindən keçməklə Azərbaycanın digər bölgələri arasında nəqliyyat əlaqəsi bərpa olunmuş, Sədərək-Dilucu və Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqələrinin yaradılması ilə blokadada olan muxtar respublika böhranlı vəziyyətdən çıxarılmışdır. Növbəti illərdə də xarici iqtisadi əlaqələrin daha da genişləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, gömrük məntəqələrində müasir infrastruktur yaradılmış, yeni gömrük kompleksləri istifadəyə verilmiş, sərhəd-buraxılış məntəqələrinin iş rejimi artırılmışdır.
2016-cı ildə muxtar respublikada xarici ticarət dövriyyəsinin həcmi 463244,8 min ABŞ dolları təşkil etmişdir. Bir il öncəyə nisbətən ­ixracın həcmi 1,1 faiz artaraq 419120,8 min ABŞ dolları, idxalın həcmi isə 54,9 faiz azalaraq 44124 min ABŞ dolları səviyyəsində olmuşdur. 2016-cı ildə xarici ticarət dövriyyəsinin 9,5 faizini idxal, 90,5 faizini isə ixrac təşkil etmişdir. 1995-ci illə müqayisədə 2016-cı ildə ixracın həcminin 216,4 dəfə artması muxtar respublikada iqtisadi sahədə qazanılmış uğurların əsas göstəricilərindən biridir.
Son 8 ildə xarici ticarət dövriyyəsində qeydə alınmış uğurlar bu gün də davam etməkdədir. Belə ki, cari ilin yanvar-iyun ayları ərzində muxtar respublikada fəaliyyət göstərən müəssisə və təşkilatlar, fiziki şəxslər tərəfindən aparılan ticarət əməliyyatları nəticəsində 203822,2 min ABŞ dolları həcmində xarici ticarət dövriyyəsi yaranmışdır. Xarici ticarət dövriyyəsinin 190657,8 min ABŞ dollarını, yaxud 93,5 faizini ixrac, 13164,4 min ABŞ dollarını, yaxud 6,5 faizini idxal təşkil etmişdir. Bir il öncəyə nisbətən ixracın həcmi 1,3 faiz artmış, idxalın həcmi 30,2 faiz azalmışdır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4786923
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1303
13401
95498
321983
4786923

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter