22 İyul 2017, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

 

ARXİV

İyul 2017
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Son illərdə Naxçıvan Muxtar Respublikasında sahibkarlığa xüsusi diqqət göstərilir, onlar dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunurlar. Bu qayğıdan qadınlarımıza da pay düşüb. İndi Naxçıvanda çox sayda qadın sahibkar vardır ki, qazan­dıqları uğurlarla bu sahə ilə məşğul olmaq istəyən, ancaq müəyyən səbəblər üzündən başlamağa tərəddüd edən qadınlarımızı da bizneslə məşğul olmağa təşviq edirlər.
Qadın torpaq mülkiyyətçisi deyəndə bir neçə il bundan qabaq bir çoxları üçün bu ifadə qəribə səslənirdi. Belə bir düşüncə vardı ki, qadınlar torpağa sahiblənə, ondan qazanc götürə bilməzlər. Ancaq indi hər kəs qadınlarımızın torpaq mülkiyyətçiliyi sahəsində nə qədər böyük uğurlar qazana biləcəyinə inanır. Çünki bu gün qadınlar bütün sahələrdə olduğu kimi, sahibkarlıqda da fəallıq nümayiş etdirirlər. Bunun əsas səbəblərindən biri də muxtar respublikada qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunmasının stimul­laşdırılması, dövlətin güzəştli kreditlərindən istifadə imkanlarının təşviq edilməsi, güzəştli kreditlərin verilməsi mexanizminin təkmilləşdirilməsidir. Hazırda qadınlar iqtisadiyyatın müxtəlif sahələrində çalışır, öz töhfələrini verirlər. Qadınların iqtisadi sahədə fəallığının daha da artırılması üçün həvəsləndirici tədbirlər görülür. Müxtəlif treninq­lərin təşkili, biznes sahələri yaratmaq üçün güzəştli kreditlərin verilməsi, evdar qadınların sahibkarlığa cəlb olunması da bu tədbirlərdəndir. Eyni zamanda muxtar respublikanın kəndlərində yaşayan qadınların bizneslə məşğul olmaları və aqrar təsərrüfatlarını yaratmaları üçün də tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, son illər qadın sahibkar­ların, eləcə də torpaq mülkiyyətçilərinin sayı əhəmiyyətli dərəcədə artıb.

Şərur rayonunda hazırda qadın sahibkarlarımız çoxdur. Onlardan biri də rayonun Cəlilkənd sakini Familə Mirzəyevadır. Onu nəinki kənddə, hətta bütün Şərurda fəal torpaq mülkiyyətçisi kimi tanıyırlar. Əkib-becərmək zəhmət tələb edən iş olsa da, bu çətinliklər onu qorxutmayıb, əksinə, torpağa daha möhkəm tellərlə bağlanıb. Elə ötən günlərdə kənddəki əkin sahəsinin kənarında onunla söhbətimiz də torpağa sahiblənməyin qadınlarımız üçün üstünlükləri barədə oldu.
Familə Mirzəyeva dedi ki, 1999-cu ildən təsərrüfat qurmağa başlayıb və dövlətimizin diqqət və qayğısı sayəsində bütün çətinliklərə sinə gərə bilib. O, bu ilin yazında 3,5 hektar taxıl, 1,8 hektar qarğıdalı, 1 hektar yonca əkib. Yarım hektarda isə sarımsaq əkdiyini, bu bitkinin çox qulluq istəməsinə baxmayaraq, hər il məhsul yığımından sonra yaxşı gəlir əldə etdiyini deyən müsahibim onu da qeyd etdi ki, əvvəllər bu işə başlayarkən bir çox insanlar onun buna gücünün yetməyəcəyini deyirdilər. Ancaq heç bir maneəyə görə ruhdan düşməyib, addım-addım da olsa, uğura gedən yolda irəliləyə bilib.
Familə xanım deyir ki, ailəmizin çörəyi, toyuq-cücəmizin dəni, mal-heyvanımızın yemi torpaqdan çıxır. Allaha şükür ki, qışda çoxlu qar yağdığına görə bu il məhsul əvvəlki illərə nisbətən daha çox olacaq. Qışın sərt keçməsi bu il də kəndlinin istəyini doğruldacaq. Çoxillik təcrübəm göstərir ki, qarlı-şaxtalı havada torpağın nəfəs alması daha asan olur. Üstəlik, şaxta nəticəsində torpaqdakı ziyanverici həşəratlar məhv olur. Torpaq onun qədrini bilənin, ona min bir zəhmətlə qulluq göstərənin əziyyətinin əvəzini birə-beş qaytarır. Atalarımızın “Torpaq deyər öldür məni, dirildim səni” məsəli həmişə özünü doğruldub. Ailəmizin firavan dolanışığı torpaqla, əkin-biçinlə təmin olunur. Qadınlara kiçik fermer təsərrüfatları yaratmaq sahəsində dövlət dəstəyi ilə yanaşı, ailələri də dəstək olmalıdır ki, qadın güclü olsun, sahibkarlıqla məşğul olaraq ailəsinə daha çox kömək etsin.
Bəli, Familə xanımın torpaqda çəkdiyi zəhmətin müqabilində qazandığı uğurlar kənd yerlərində yaşayan bir çox qadınlarımıza nümunədir. Deməli, aqrar təsərrüfatla məşğul olan kənd adamı xeyir götürür ki, sahəsini də genişləndirir. Aydın olur ki, muxtar respublikamızda dövlət dəstəyindən səmərəli yararlanıb çoxlu qazanc əldə edən qadınlarımız sonradan torpaq mülkiyyətçisinə çevriliblər. İndi öz ailələri ilə yanaşı, bir neçə ailəni də işə cəlb edib, daha yaxşı yaşamalarına şərait yaradıblar.
Bu gün dövlətimizin məqsədi odur ki, hər bir kəndli ona düşən torpaq payını boş saxlamasın. Buna görə də kənd adamlarına fərdi qaydada güzəştli kreditlər verməklə, məhsulun satışını təşkil etməklə yanaşı, kənd­lərdə ən müasirtipli kənd mərkəzləri, məktəblər, xəstəxanalar tikilir, yollar yüksək səviyyədə abadlaşdırılır. Qadınlara daha çox fürsət yaradılır, vəsait ayrılır. Qadın sahibkarlara ayrılan kreditlər güzəştli qaydada verilir.
Torpaqla məşğul olan sahibkar qadınlar ailə dəyərlərinə də önəm verir, bu dəyərlərdən uzaq düşmürlər. Belə olan halda uğurların həcmi ikiqat artır. Zəhmət çəkib torpaq əkib-becərənlər bol məhsul götürdükcə fəxr edirlər. Alnıaçıq, üzüağ, heç kimə möhtac olmadan öz əməyi ilə firavan həyat sürürlər.

Ramiyyə Əkbərova

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3403175
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3942
18489
78796
319788
3403175

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter