24 Noyabr 2017, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Babək rayonunun ən böyük yaşayış məntəqəsi olan Nehrəm kəndi muxtar respublikanın abad yaşayış məntəqələrindən biridir. Bu gün müasir Azərbaycan kəndinə nümunə olan Nehrəmdə bu ilin mart ayından başlayaraq bayraq meydanı və yeni park salınır, tarixin yadigarı olan “İmamzadə” türbəsi təmir olunur.   

Buradakı bayraq dirəyinin hündürlüyü 9 metr olacaq. Bundan başqa, ərazidə istirahət parkı yaradılacaq. Meydanın ətrafında müasir işıqlandırma sistemi qurulacaq, yaşıllıqlar salınacaq. Qeyd edək ki, muxtar respublikanın rayon mərkəzlərində bayraq meydanı salınıb. İlk dəfədir ki, bir kənddə belə bir tədbir həyata keçirilir. Bu, dövlətçiliyimizə, milli atributlarımıza verilən yüksək qiymətin daha bir ifadəsidir.
Doğma diyarımızda dini-mədəni abidələrin və ziyarətgahların bərpa olunması istiqamətində görülən işlər geniş vüsət alıb. Tarixi abidələrə verilən ikinci həyat onların elmi əsaslarla da öyrənilməsinə zəmin yaradıb. Nehrəm kəndindəki “İmamzadə” türbə kompleksində may ayından etibarən təmir-bərpa işləri aparılır. Haz­ır­­­da türbənin fasadı bərpa edilir, giriş hissə yenilənir. Bərpa işlərindən sonra milli memarlıq quruluşu ilə göz oxşayacaq türbənin ətrafında yaşıl­lıqlar salınacaq, işıqlandırma sistemləri quraşdırılacaq.
Qeyd edək ki, Babək rayonunda aparılan tikinti-­qu­rucu­luq tədbirlərinin miq­yası ilbəil genişlənir. Rayon Statistika İdarəsindən aldığımız məlumata görə, 2017-ci ilin yanvar-may aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 16 milyon 668 min 800 manat həcmində investisiya yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur. Əsas kapitala yönəldilmiş investisiyanın 15 milyon 800 min 300 manatı və ya 94,8 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.

Muxtar RZAZADƏ

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5346348
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11596
19336
85922
394554
5346348

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter