22 İyul 2017, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

 

ARXİV

İyul 2017
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Urmiya şəhərində İran və Azərbaycan gömrük xidməti nümayəndələrinin üçüncü müştərək görüşü keçirilib.
Səfərin ilk günündə Azərbaycan gömrük xidməti nümayəndələri İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinin valisi Qurbanəli Səadət ilə görüşüb. Vali bütün sahələrdə qarşılıqlı əlaqələrin, o cümlədən gömrük münasibətlərinin arzu­olunan səviyyəyə çatdırılmasının hər iki ölkənin və xalqlarımızın maraqlarına xidmət etdiyini önə çəkərək müştərək görüşlərin əhəmiyyətindən danışıb.
Azərbaycan gömrük xidməti nümayəndə heyətinin rəhbəri, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov İran İslam Respublikasının yaxın vilayətləri ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında ildən-ilə inkişaf edən münasibətlərin iki ölkənin qarşılıqlı əlaqələrinə müsbət təsir etdiyini vurğulayıb.
İyul ayının 3-də Urmiya şəhərində keçirilən İran-Azərbaycan gömrük xidməti nümayəndələrinin üçüncü müştərək görüşündə İran tərəfdən Qərbi və Şərqi Azərbaycan vilayətləri gömrüklərinin rəisləri, rəis müavinləri, Biləsuvar, Astara, Ərdəbil, Culfa və Poldəşt Gömrük idarələrinin rəisləri, Urmiya Yol İdarəsinin Tranzit məsələləri şöbəsinin müdiri və digər məsul şəxslər iştirak ediblər.

Azərbaycan gömrük xidməti nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini Səməd Qaralov, Astara, Culfa, Şahtaxtı Gömrük idarələrinin rəisləri, Biləsuvar Gömrük İdarəsinin rəis müavini, “Naxçıvanterminalkompleks” Birliyinin rəisi və digər məsul əməkdaşlar yer alıblar.
Qərbi Azərbaycan Vilayəti Gömrüyünün rəisi Pərviz Təqəvi gömrük xidməti nümayəndələri arasında keçirilən müştərək görüşlərin qarşılıqlı olaraq gömrük orqanlarının fəaliyyətinin daha da yaxşılaşdırılması, prosedurların sadələşdirilməsi və asanlaşdırılması istiqamətində müzakirələrin aparılması və mövcud çətinliklərin aradan qaldırılması yollarının tapılması baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Azərbaycan gömrük xidməti nümayəndə heyətinin rəhbəri Asəf Məmmədov iki ölkə arasında ticarətin həcminin artırılması, beynəlxalq statusa malik Şahtaxtı­-Poldəşt gömrük-keçid məntəqəsinin, o cümlədən digər gömrük orqanlarının fəaliyyətinin arzuolunan səviyyəyə çatdırılması, tranzit imkanların maksimum dəyərləndirilməsi, avtonəqliyyat vasitələrinin keçidi zamanı yaranan problemlərin aradan qaldırılması, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin daha da yüksəldilməsi naminə işlərin intensivləşdirilməsinin vacibliyini qeyd edib.
İranın Şərqi Azərbaycan Vilayəti Gömrüyünün rəisi Ələsgər Abbaszadə iki ölkə arasındakı münasibətlərin gömrük əlaqələrinin də inkişafına müsbət təsir etdiyini, ticarətin və gediş-gəlişin ildən-ilə artdığını vurğulayıb.
Sonra İran gömrüyündə üç ildir ki, tətbiq edilən “bir pəncərə” prinsipi ilə bağlı təqdimat olub. Qeyd edilib ki, bu sistem üzərindən 22 dövlət təşkilatının onlayn qaydada birgə fəaliyyəti təmin olunub.
Görüşdə hər iki tərəfdən gömrük idarələri rəislərinin iştirakı ilə qarşılıqlı şəkildə keçidin daha da sadələşdirilməsi və asanlaşdırılması, ticarət əməliyyatlarının və tranzitin artırılması istiqamətində müzakirələr aparılıb.
Tərəflər Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsinin iş vaxtının 12 saatdan 16 saata çatdırılması, avtonəqliyyat vasitələrinin gömrük sərhədində yubanması hallarının qarşısının alınması, sığorta işinin səmərəli təşkili, gömrük nəzarətinin “bir dayanacaq” prinsipi əsasında həyata keçirilməsi, xüsusən də minik avtonəqliyyat vasitələri üçün gömrük sərhəd-buraxılış məntəqələrində tələb olunan sənədlər və ödənişlər barədə əvvəlcədən elektron qaydada məlumat verilməsi imkanlarının dəyərləndirilməsi və bir sıra digər mühüm məsələlərlə bağlı ilkin razılığa gəliblər.
Hər iki tərəf gömrük prosedurlarının asanlaşdırılması və sadələşdirilməsi istiqamətində işlərin davam etdiriləcəyini qeyd edib.
Görüşdə iştirak edən İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Mənsur Ayrom gömrük idarələri arasındakı əlaqələrin koor­dinasiyası üçün hər iki ölkədə gömrük katibliyinin yaradılmasını, Türkiyə gömrük xidməti nümayəndələrinin də iştirakı ilə üçtərəfli formatda görüşlərin təşkil olunmasını təklif edib.
Gömrük xidməti nümayəndələrinin müştərək görüşlərinin ildə bir dəfə olmaqla davam etdirilməsi qərara alınıb və növbəti görüşün gələn ilin may ayında Azərbaycanın Biləsuvar şəhərində keçirilməsi ilə bağlı ilkin razılıq əldə olunub.

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3403120
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3887
18489
78741
319733
3403120

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter