23 Noyabr 2017, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikada aqrar sektoru inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin verdiyi sərəncamlar əsasında bir neçə sərəncam imzalamışdır. Bu sərəncamlara əsasən  ərazidə aqrar sektorun inkişaf etdirilməsində əsas yer tutan torpaq ehtiyatlarından elmi əsaslarla səmərəli istifadə etmək üçün müasir dövrün tələblərinə cavab verən yeni metodların köməyi ilə regionun torpaqları öyrənilməyə başlanılıb.

 Bu metodlardan biri Naxçıvan Muxtar Respublikasında torpaqların münbitliyini qorumaq və səmərəli istifadə olunması üçün ərazinin ­fiziki-coğrafi şəraiti öyrənilməklə, inzibati rayonlar və təbii zonalar üzrə torpaq-bitki kompleksinin ­rayonlaşdırılmasıdır. 

Məlumdur ki, torpaq və bitki örtüyünün coğrafi yayılmasında, formalaşmasında və inkişafında ərazinin fiziki-coğrafi amillərinin rolu böyükdür. Torpaq və bitki örtüyünün coğrafi yayılmasına təsir edən bu amillərdən ərazinin coğrafi mövqeyini, relyef, geoloji, geomorfoloji quruluşunu, iqlim şəraitini, bitki və heyvanlar aləmini, antropogen təsiri və sairəni göstərmək olar. Qeyd edilən fiziki-coğrafi amillər ayrı-ayrılıqda və bütövlükdə yaratdıqları ərazi fərqləri torpaq və bitki növlərinin müxtəlifliklərinin meydana gəlməsinə səbəb olur.
2004-cü ildən regionun sosial-iqtisadi şəraitinin yaxşılaşdırılması üçün muxtar respublikamızda 5 inzibati (Şərur, Babək, Culfa, Ordubad və Şahbuz) rayon daxilində 7 inzibati (Sədərək, Şərur, Kəngərli, Babək, Culfa, Ordubad və Şahbuz) rayon yaradılmışdır.
Muxtar respublikanın fiziki-coğrafi şəraiti nəzərə alınmaqla aparılan tədqiqatlar, torpaqların rayonlaşdırılmasının 7 inzibati rayonun əsasında 4 torpaq kadastr rayonunun olmasını təsdiq edir. Belə ki, Şərur-Ordubad torpaq-kadastr rayonunun fiziki-coğrafi şəraiti, o cümlədən torpaq-iqlim şəraiti kəskin fərqləndiyindən mədəni və təbii bitkilərin ixtisaslaşmasını düzgün aparmaq mümkün deyildi. Bu baxımdan Sədərək-Ordubad torpaq kadastr rayonunun iki – Sədərək-Culfa və Gilançay-Kotam rayonlarına bölünməsi məqsədəuyğundur.
Naxçıvan təbii aqrar vilayəti əsasında 4 torpaq kadastr rayonu ərazidə aqrar sektorun daha düzgün ixtisaslaşdırılmasına şərait ­yara­dacaqdır.
Qeyd edək ki, Naxçıvan təbii aqrar vilayətinin ümumi sahəsi 550 min 275 hektar təşkil edir. Torpaq- iqlim şəraitinə görə təbii vilayətə Sədərək-Culfa, Gilançay-Kotam, Günnüt-Parağaçay və Biçənək-Qapıcıq torpaq kadastr rayonları daxildir.

Sədərək-Culfa torpaq kadastr rayonu

Bu rayona Sədərək, Şərur, Kəngərli, Babək və Culfa inzibati rayonlarının düzən və dağətəyi torpaqları daxildir. Təbii kadastr rayonunun ümumi sahəsi 163 min 250, bütövlükdə əkinəyararlı torpaqlar 50,1 min hektardır. Rayonun ixtisaslaşmış sahələrində, əsasən, taxılçılığı, yemçiliyi, üzümçülüyü, tərəvəzçiliyi və qismən də dağətəyi təsərrüfatlarda tütünçülüyü inkişaf etdirmək mümkündür. Ərazidə taxıl əkini sahələrindən bir çox təsərrüfatlarda hər hektardan 50 sen­tner­dən yuxarı məhsul götürülür. Belə yüksək məhsuldarlıq üzüm və yemçilik təsərrüfatlarında da müşahidə olunur.

Gilançay-Kotam torpaq kadastr rayonu

Bu rayon Ordubad inzibati rayonunun maili düzənlik və dağətəyi torpaq sahələrini əhatə edir. Təbii torpaq kadastr rayonunun ümumi sahəsi 38 min 200, bütövlükdə əkinəyararlı torpaqlar 17 min hektardır. Rayonun ixtisaslaşmış sahələrində, əsasən, bağçılıq, taxılçılıq, yemçilik, tərəvəzçilik inkişaf etdirilir. Fərdi təsərrüfatlarda meyvə və tərəvəz sahəsində yüksək məhsul alınır.

Günnüt-Parağaçay torpaq kadastr rayonu

Bu rayon Sədərək, Şərur, Kəngərli, Babək, Şahbuz, Culfa və Ordubad inzibati rayonlarının orta dağlıq sahələrini əhatə edir. Təbii torpaq kadastr rayonunun ümumi sahəsi 319 min 950 hektardır. Bu ərazilərdə aqrar sektorda torpaqlardan istifadə olunması məhdud dərəcədədir. Rayon təbii istiliklə əvvəlki zonalara nisbətən az təmin olunmuşdur. 10 dərəcədən yüksək temperaturların cəmi 4 min dərəcədən aşağıdır. Ərazidə, əsasən, dağ-qəhvəyi, bozqırlaşmış dağ-­qəhvəyi və daşlı, çınqıllı, şebenli dağ-qəhvəyi torpaqlar yayılıb. Rayonda torpaqların 70 faizə qədəri eroziyaya məruz qalmaqla, bu proseslər Ordubad və Culfa rayonlarında daha çox müşahidə olunur. Torpaq kadastr rayonunun əsas ixtisaslaşdırılmış sahələri, əsasən, heyvandarlıq və yemçilikdir. Aşağı hissələrdə əlavə ixtisaslaşmış sahələri isə taxılçılıq, meyvəçilik və tərəvəzçilikdir.

Biçənək-Qapıcıq torpaq kadastr rayonu

Bu rayon Şahbuz, Culfa və xüsusilə Ordudad rayonlarının yüksək dağlıq sahələrini əhatə edir. Həmin ərazilərdə nival-buzlaq sahələri, bəzi hissələrində isə dağ-çəmən, ibtidai dağ-çəmən və dağ-çəmən çimli torpaqları vardır. Təbii kadastr rayonunun ümumi sahəsi 28 min 875 hektardır.
Bu ərazilərdə aqrar sektorda torpaqlardan istifadə olunma yox dərəcədədir. Rayon təbii istiliklə əvvəlkilərə nisbətən az təmin olunub. 10 dərəcədən yüksək temperaturların cəmi 2 min dərəcədən aşağıdır. Kadastr rayonunun yuxarı hissələrində nival-buzlaq sahələri hakim olduğuna görə aqrar sektor üçün yararlı deyil. Aşağı hissələrdə ixtisaslaşmış sahələri mövsümi otlaq, heyvandarlıq və arıçılıqdır.
Muxtar respublikanın torpaq kadastr rayonları üzrə torpaqlardan mədəni və təbii bitkilər altında səmərəli istifadə etmək, əlavə xərclərdən azad olmaq, təsərrüfatların ixtisaslaşmasını düzgün aparmaq üçün torpaqların bonitet balı və torpaqların müqayisəli dəyərlilik əmsalları hesablanıb.
Muxtar respublikanın torpaq kadastr rayonları üzrə orta bonitet balı 59-a bərabərdirsə, bu göstərici Sədərək-Culfada 60, Gilançay-Kotamda 58, Günnüt-Parağaçay­da 66, Biçənək-Qapıcıqda 52 bal ­olmuşdur.
Gələcəkdə Naxçıvan Muxtar Respublikasında mədəni bitkilərin ixtisaslaşdırılmasını daha dəqiq aparmaq üçün təbii zonalar üzrə torpaq kadastr rayonlarından əlavə, ərazidə inzibati rayonlarda da torpaq-iqlim şəraiti nəzərə alınmaqla torpaq kadastr yarımrayonlarının öyrənilməsi əsas məsələlərdən biri sayılır.
İnzibati rayonlar üzrə tərtib olunmuş qiymət şkalalarında ekoloji şərait nəzərə alınmaqla, orta bonitet balları, nisbi dəyərlilik əmsalları öyrənilmişdir. Lakin burada kənd təsərrüfatı bitkilərinin ixtisaslaşmasını düzgün aparmaq mümkün olmur. Çünki hər bir inzibati rayon daxilində müxtəlif fiziki-coğrafi şərait mövcud olmaqla, hələlik torpaq kadastr yarımrayonları tam öyrənilməyib. Ona görə də muxtar respublikanın aqrar sektorunda mədəni bitkilərin düzgün ixtisaslaşdırılmasını aparmaq üçün regionun inzibati rayonlarında, təbii zonalarında torpaq, bitki, iqlim və digər fiziki-coğrafi amillərin öyrənilməsinə ehtiyac var.
Muxtar respublikanın bir neçə inzibati rayonunda fiziki-coğrafi amillər nəzərə alınmaqla torpaq kadastr yarımrayonlarına ayrılması üzrə tədqiqat işi başlanılıb. Bu inzibati rayonlardan biri muxtar respublikanın aqrar sektorunda əsas rol oynayan Şərurdur.
Tədqiqat aparılan Şərur inzibati rayonunda ərazinin fiziki-coğrafi xüsusiyyətlərini nəzərə almaqla aşağıda göstərilən 5 torpaq kadastr yarımrayonuna ayrılması məsləhət görülüb:
1. Şərur düzü torpaq kadastr yarımrayonu. 2. Ardıc-Munhbala oğlu dağlarının torpaq kadastr yarımrayonu. 3. Şahbulaq-Axura torpaq kadastr yarımrayonu. 4. Yeni Havuş-Tənənəm torpaq kadastr yarımrayonu. 5. Havuş-Qaraquş torpaq kadastr yarımrayonu.
Aparılan tədqiqatlar əsasında Şərur inzibati rayonunda ayrılmış 5 torpaq kadastr yarımrayonunun fiziki-coğrafi xüsusiyyətləri öyrənilərək təhlil edilib və aşağıdakı ixtisaslaşdırılmış təsərrüfat sahələri müəyyənləşdirilib:
1. Şərur düzü torpaq kadastr yarımrayonunun düzənlik zonasında, xüsusilə yemçilik, iribuynuzlu heyvandarlıq, üzümçülük, taxılçılıq, tərəvəzçilik, dağətəyində bağçılıq, yemçilik, xırdabuynuzlu heyvandarlıq inkişaf etdirilə bilər. 2. Ardıc-Munhbala oğlu dağlarının torpaq kadastr yarımrayonu isə xırdabuynuzlu heyvandarlıq, dağ vadilərində dəmyə taxılçılıq, yemçilik, ovçuluq və turizm üçün əlverişlidir. 3. Şahbulaq-Axura torpaq kadastr yarımrayonu xırdabuynuzlu heyvandarlıq, dağ vadilərində dəmyə taxılçılıq və yemçilik, meyvəçilik, ovçuluq və turizm üçün yararlıdır. 4. Yeni Havuş-Tənənəm torpaq kadastr yarımrayonunda xırdabuynuzlu heyvandarlıq, dəmyə taxılçılıq və yemçilik daha məhsuldar təsərrüfat sahələri ola bilər. 5. Havuş-Qaraquş torpaq kadastr yarımrayonu isə xırdabuynuzlu heyvandarlıq, dəmyə taxılçılıq və yemçilik, ovçuluq və turizm üçün əlverişlidir.

Sahib HACIYEV
aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5321146
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5730
18695
60720
369352
5321146

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter