23 İyul 2017, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

 

ARXİV

İyul 2017
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Müasir cəmiyyətin iqtisadi və mədəni inkişafının əsas faktorları arasında sahibkarlıq fəaliyyətinin mühüm rolu vardır. Bütün sahələrdə insan həyatını dəyişdirən, innovativ yeniliklərin və yüksək texnologiyanın tətbiqi ilə ümumi inkişafı şərtləndirən sahibkarlıq, bu mənada, həm də yaradıcılıq sahəsidir. Sahibkarlığın inkişafı, onun rəqabətqabiliyyətliliyinin artırılması istiqamətində dövlət tənzimlənməsi isə bu sahədə hüquqi bazanın yaradılması və beynəlxalq təcrübəyə uyğun cəlbedici biznes və investisiya mühitinin formalaşdırılmasında mühüm əhəmiyyətə malikdir. 

İqtisadiyyatda qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətinə qarşı hər cür süni maneələrin aradan qaldırılması, istehsal olunmuş məhsulun ixrac imkanlarının genişləndirilməsi, yeni layihələr üçün kredit dəstəyi və təşviq mexanizmlərinin formalaşdırılması, beynəlxalq standartlara uyğun elektron dövlət xidmətlərinin göstərilməsi bu sahənin uğuru üçün vacib məsələlərdəndir. Bu baxımdan muxtar respublikamızda sahibkarlıq sahəsində əldə olunmuş sürətli inkişafın davamlı­lığının təmin edilməsi sahibkarlığa göstərilən dövlət dəstəyinin əhəmiyyətini bir daha ortaya qoyur. Müstəqilliyimizin ilk illərindən başlayaraq muxtar respublikamızda sahibkarlıq fəaliyyətinin təşəkkül tapmasınadək keçilən yol və əldə olunan müasir səviyyə bu qənaətə gəlməyə imkan verir.

Naxçıvanda mövcud olan təbii sərvətlər, həyata keçirilən infrastruktur layihələri və istehsal-əmək ehtiyatları, xüsusilə sənaye və kənd təsərrüfatı sahəsində sərmayə qoyuluşlarının həcminin artmasına şərait yaradıb. Region əhalisinin tələbatlarının qarşılanması, xüsusən də blokada şəraitin­də zəruri maddi nemət və xidmətlərə olan ehtiyacların ödənilməsi baxımından özəl sektor qarşısında ilk mərhələdə çox çətin həll edilən məsələlər olub. Bu mənada, muxtar respublikada sahibkarlıq potensialının formalaşdırılması həmişə dövlətin diqqət mərkəzində saxlanılıb.
Biznesə gedən yolda əldə olunan uğurlar təkcə bazarın tələbatı ilə deyil, həm də dövlət və sosial maraqların ödənilməsi ilə mümkündür. Başqa sözlə, sahibkar öz biznesi ilə insanlar üçün faydalı olarsa, bu zaman o həm də öz işini genişləndirə biləcəkdir. Muxtar respublikamızda sahibkarlığın inkişafı yoluna nəzər saldıqda, görürük ki, ötən dövr ərzində özəl sektorun üzərinə düşən vəzifələr, ümumən, bazar iqtisadiyyatı şəraitində mövcud olan dövlət-vətəndaş-sahibkar münasibətlərinin yetkinləşməsi ilə həllini tapmış və hazırda özəl sektorun ümumi daxili məhsuldakı payı 87 faizi ötmüşdür. Bu rəqəm bir daha sahibkar­lığın cəmiyyətimizdəki artan nüfuzundan, onun yükləndiyi məsuliyyətin ağırlığından xəbər verir. Əgər bir vaxtlar muxtar respublikamızda sahibkarlıq yalnız kiçik ticarətlə məhdudlaşırdısa, indi naxçıvanlı iş adamları istehsal, emal, turizm, ticarət, kənd təsərrüfatı və xidmət sektoruna aid çoxsaylı sahələrdə fəaliyyətini genişləndirərək irihəcmli layihələri reallaşdırırlar. Məhz dövlət və sahibkar əlaqələrinin dərinləşməsi ilə son 22 il ərzində muxtar respublikada yüksək texnologiyalar əsasında maşınqayırma, metallurgiya, kimya, mədənçıxarma, mebel, yeyinti sənayesi və kənd təsərrüfatı təyinatlı çoxsaylı istehsal və xidmət sahələri yaradılıb. Yaradılan hər yeni istehsal sahəsi daxili bazarın qorunmasında, xaricə valyuta axınının qarşısının alınmasında və idxaldan asılılığın azaldılmasında mühüm rol oynayıb. Nəticədə, hazırda muxtar respublikada 371 növdə məhsul istehsal edilir və Naxçıvandakı müəssisələrin bir çoxu artıq xarici bazarlarda özünə yer tutmağa başlayıb. Belə ki, bu gün muxtar respublikada fəaliyyət profilinə görə 50-dən artıq müəssisə ixrac qabiliyyətinə malikdir. Həmin müəssisələr tərəfindən 60-dan çox növdə məhsul istehsal olunur.
Naxçıvanda sahibkarlıq fəaliyyətinə göstərilən dövlət dəstəyi müxtəlif cəhətlərinə görə dəyişir. Regionun daxili imkanlarına və sosial-iqtisadi inkişafın prioritetlərinə görə gələcək istiqamətlərin müəyyən olunması bu baxımdan diqqəti cəlb edir. Muxtar respublika iqtisadiyyatına investisiya qoyuluşunu sürətləndirmək, ənənəvi sahələrin işini canlandırmaq və yeni layihələri gerçəkliyə çevirmək üçün dövlət dəstəyi çox qısa zamanda özünü göstərdi. Belə ki, əgər 1995-ci ildə region iqtisadiyyatına yönəldilmiş investisiyaların həcmi cəmi 3 milyon 49 min manat idisə, bu göstərici 2016-cı ildə 327 dəfə artaraq 997 milyon manat təşkil edib. İqtisadiyyatın aparıcı sahəsi olan sənayenin inkişaf etdirilməsi, muxtar respublikanı aqrar regiondan sənaye regionuna çevirmək üçün qarşıya qoyulmuş konkret vəzifələrin yerinə yetirilməsi öz bəhrəsini verib. Belə ki, 1996-cı ildə muxtar respublikada, ümumilikdə, 40 sənaye müəssisəsi vardısa, bu gün onların sayı 11 dəfədən çox artırılıb. Yeni fəaliyyətə başlayan müəssisələr, əsasən, yerli xammaldan istifadə əsasında öz fəaliyyətlərini qurublar ki, bu da hazır məhsulun daha ucuz qiymətə istehlakçılara çatdırılmasına imkan yaradır. Hazırda muxtar respublikada mövcud olan istehsal müəssisələrinin 70 faizi tamamilə yerli xammaldan istifadə edərək fəaliyyət göstərir. Ümumilikdə isə 2016-cı ildə muxtar respublikada 942 milyon manatdan artıq həcmdə sənaye məhsulu istehsalı qeydə alınıb, bu məhsulların tərkibində özəl bölmənin payı 2016-cı ildə 96 faizə çatıb. İstehsal olunmuş sənaye məhsulunun həcmi 1995-ci illə müqayisədə 103 dəfə, 2000-ci illə müqayisədə isə 69 dəfə artıb.
Naxçıvanda sahibkarlığa dövlət dəstəyi xüsusən kiçik və orta sahibkar­lığın inkişaf etdirilməsinə güclü təkan verib. Təsadüfi deyildir ki, dünyanın inkişaf etmiş ölkələrində fəaliyyət göstərən müəssisələrin 80-90, ümumi daxili məhsulun 45-50, bütün işləyənlərin 50-60 faizi və eləcə də yeni yaranan iş yerlərinin 70-80 faizdən çoxu kiçik müəssisələrin payına düşür. Muxtar respublikada biznesə yeni başlayan kiçik və orta sahibkarlıq qurumlarına maliyyə dəstəyi göstərmək və bölgələrdə əhalinin məşğulluğunun təmin edilməsinə şərait yaratmaq məqsədilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəzdindəki Sahibkarlığa Kömək Fondu tərəfindən indiyə qədər 1200-dən çox layihənin maliyyələşdirilməsi həyata keçirilib. Ayrılan dövlət dəstəyi muxtar respublikada sənaye, xidmət və kənd təsərrüfatı təyinatlı müəssisələrin yaradılmasında istifadə olunub.
Naxçıvanlı sahibkarların istehsal etdikləri məhsulların sorağı artıq onun hüdudlarını çoxdan aşıb. Naxçıvan məhsulları ölkəmizin digər yerlərindən başqa, Gürcüstan, Türkiyə, İran, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Rusiyaya da ixrac edilir. İxracın həcmindəki dinamika isə hər il davamlı olaraq artmaqdadır. Təkcə 2017-ci ilin ilk 4 ayı ərzində muxtar respublikada məhsul ixracının həcmi 97 milyon 921 min 400 ABŞ dollarını ötüb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çoxdur. Naxçıvanlı sahibkarların xarici ticarət əlaqələrinin genişlənməsi ilə 2009-cu ildən başlayaraq muxtar respublikanın xarici ticarətində müsbət saldo yaranıb. Yerli sahibkarların məhsullarının dünya bazarında mövqeyini möhkəmlətmək, onların dünya biznes mühiti ilə əlaqələrini daha da genişləndirmək məqsədilə xarici dövlətlərin rəsmi və işgüzar dairələrinin iştirakı ilə ardıcıl və ənənəvi biznes forumlar keçirilir. Muxtar respublikamızda yerli məhsulların keyfiyyətinin yüksəldilməsi, həmin malların xarici bazarlara çıxışı, yerli brendlərin yaradılması və digər sahələrdə mövcud fəaliyyətlərin təkmilləşdirilməsi məqsədilə 2014-cü ildə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilib.
Zaman sürətlə dəyişir və inkişaf özü ilə bərabər hər sahədə olduğu kimi, sahibkarlıq fəaliyyəti qarşısında da yeni tələblər qoyur. İnsanların yüksələn həyat səviyyəsini təmin edə bilmək üçün sahibkarlarımız da yaradılan şəraitdən maksimum dərəcədə istifadə edirlər. Artıq hər bir iş adamı öz fəaliyyətini təkcə bazardakı mövqeyi üçün deyil, cəmiyyətdə daşıdığı məsuliyyət üzərində qurur, öz işini genişləndirir, inkişaf edir. İndi yaşadığı torpaqda özünə yaxşı iş qurub, yeni iş yerləri yaradan, onlarla naxçıvanlı sahibkar var. Heç şübhəsiz, bu nailiyyətlər həmin iş adamları üçün hər cür şərait yaradan, onların maraqlarını qoruyan, yaxşı çalışan hər sahibkarın əməyini yüksək qiymətləndirən dövlətimizin diqqət və qayğısı sayəsində mümkün olub.

Sevinc Cabbarova
iqtisad üzrə fəlsəfə doktoru

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3415459
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3030
13196
91080
332072
3415459

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter