26 Sentyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2017
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

Muxtar respublikamızda sosial-iqtisadi inkişafın bəhrələri olan yeni quruculuq ünvanlarının sayı getdikcə artır. Bu, region sakinlərinə göstərilən qayğının ifadəsi kimi diqqəti çəkir. Qədim diyarımızın füsunkar bölgələrindən biri olan Ordubad rayonunun quruculuq xəritəsi də hərtərəfli dövlət qayğısı hesabına ildən-ilə genişlənir. Hazırda Ordubad Rayon Rabitə İdarəsi üçün yeni binanın tikilməsinə başlanılıb. İnşaat işləri Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsi tərəfindən həyata keçirilir.
İlkin olaraq binanın tikiləcəyi ərazidə torpaq işləri başa çatdırılıb, fundament qazılıb, beton-qəlib işləri üçün hazırlıqlar davam etdirilir.
Yeni bina zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olacaq. Zirzəmi hissədə server otağı, qazanxana, mətbəx, yeməkxana, elektrik və təsərrüfat otaqları, qarderob yerləşəcək. Birinci mərtəbədə mühəndis otağı, bağlama və çeşidləmə otağı, Naxtel müştəri xidmətləri bölməsi və xidməti zal fəaliyyət göstərəcək. İkinci mərtəbədə arxiv və xidməti otaqlar, üçüncü mərtəbədə isə ATS, 50 yerlik iclas zalı və digər iş otaqlarının salınması nəzərdə tutulub.
Qeyd edək ki, son illərdə muxtar respublikada rabitə və yeni texnologiyaların tətbiqi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Bu sahədə maddi-texniki bazanın gücləndirilməsi muxtar respublikanın müxtəlif yaşayış bölgələrində də poçt və rabitə xidmətlərinin lazımi şəkildə təşkilinə şərait yaradıb. Ordubadda rayon Rabitə İdarəsi üçün də yeni binanın tikilməsi bölgə əhalisinin poçt və rabitə xidmətlərindən hərtərəfli şəkildə yararlanmasına öz töhfəsini verəcəkdir.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4404842
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
18117
13363
31480
393206
4404842

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter