24 Noyabr 2017, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Suyun insan üçün nə qədər vacib nemət olduğunu hər kəs yaxşı bilir. Canlı həyatın yaranması və yaşaması üçün torpaq və hava kimi, suyun da hansı dərəcədə əvəzedilməz olduğu bu qiymətli sərvətin çatışmadığı zamanlarda daha aydın görünür. Ona görə də insana lazım olan şirin su ehtiyatlarından düzgün istifadə olunması ən doğru seçimdir. Suyun texniki, kənd təsərrüfatı və məişət məqsədləri üçün istifadəsi, ondan enerji alınması istiqamətində görülən işlər bu məsələnin diqqətdə saxlanılmasını zərurətə çevirir.
Naxçıvan Muxtar Respublikasında su ehtiyatları nisbətən az olduğuna görə, içməli və təsərrüfat məqsədli su mənbələrindən düzgün istifadə, muxtar respublikada suya olan tələbatın daha az məsrəflə və tam ödənilməsi mühüm əhəmiyyət kəsb edir. Muxtar respublikanın su balansının strukturuna bir çox amillər (hidrometeoroloji şərait, çay və göllərə daxil olan su kütlələrinin həcmi, kimyəvi xassələri, hövzə və çalaların morfoloji quruluşu və morfometrik ölçüləri) təsir edir. Müəyyən edilmişdir ki, Araz çayı, Naxçıvançay, Arpaçay və onların qolları üzərində inşa edilən su anbarları, sututarlar və digər hidroqovşaqların hesabına çay suları daha çox tənzimlənir. Muxtar respublikanın çay və göllərinin kənd təsərrüfatında və əkinçilikdə müstəsna əhəmiyyətini nəzərə alaraq onların mühafizəsinə nəzarət artırılır, regionun təbii hidrosistemi ardıcıl şəkildə öyrənilir.

Kənd təsərrüfatı və əkinçiliyin inkişafını şərtləndirən əsas amillərdən biri suvarma sistemlərinin təkmilləşdirilməsidir. Muxtar respublikada bu sahədə “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” üzrə nəzərdə tutulmuş tədbirlər uğurla həyata keçirilmişdir. Burada çay hövzələrindən kənarda yerləşən yaşayış məntəqələrində suvarma məqsədilə kəhriz, bulaq və subartezian quyularından geniş istifadə edilir. Muxtar respublikada iri su anbarları ilə bərabər, dördpilləli nasos stansiyaları və suvarma kanalları inşa edilmişdir. Son illər “Cəhri-2”, Qızılburun, Nehrəm, Uzunoba, Qoşadizə və sair stansiyalar, Qaraçuq-Nehrəm kanalı bərpa edilərək istifadəyə verilmiş və bunların hesabına on minlərlə yeni torpaq sahəsi əkin dövriyyəsinə daxil edilmişdir.
Əkin sahələrinə verilən suyun yararlılığı son meliorativ normalara nəzarət baxımından məhsuldarlığın və ərzaq təchizatının yaxşılaşdırılmasına xidmət edir. Ekoloji təmiz ərzaq məhsullarının istehsalı, ilk növbədə, meliorativ qaydalara əməl olunmaqdan, təbii gübrələr və suvarma üçün nəzərdə tutulan su ehtiyatlarından düzgün istifadə etməkdən asılıdır.
Mineral suların təbii muzeyi adlandırılan Naxçıvan Muxtar Respublikasında 250-dən çox mineral su yatağı mövcuddur. Təbiət yeraltı süxurların bütün müsbət keyfiyyətlərini özü ilə yer səthinə çıxaran və səxavətlə bizim ixtiyarımıza verən bu zəngin sərvətin böyük bir qismini doğma diyarımıza bəxş etmişdir. İonların sirli birləşməsindən əmələ gələn və onlarla dərman preparatlarını əvəz edən şəfalı mineral sulardan içməli su təchizatında və təsərrüfatda, sənayedə və müalicəvi məqsədlər üçün geniş istifadə edilir. Məşhur “Badamlı”, “Sirab”, “Babasu” mineral su bulaqlarını, “Nəhəcir”, “Əshabi-Kəhf”, “Darıdağ” termal sularını buna misal göstərmək olar. Kimyəvi-balneoloji xassələrinə görə, bu sulardan qaraciyər, öd kisəsi, həzm yollarının iltihabı, mədə və onikibarmaq bağırsağın yaraları, ürək-damar sistemi, revmatizm və dəri xəstəliklərinin müalicəsində geniş istifadə edilir.
Muxtar respublika əhalisinin içməli su təminatında əsas məsələlərdən biri suyun keyfiyyəti ilə bağlıdır. Bu sahədə aparılan regional işlər böyük əhəmiyyətə malikdir. Bu istiqamətdə həyata keçirilən kompleks tədbirlər – sutəmizləyici qurğuların, kanalizasiya sisteminin yenidən qurulmasından, mərkəzləşmiş su təchizatı sisteminin yaradılmasından və sairdən ibarətdir. Naxçıvan şəhərində əhalinin içməli su ilə təmin edilməsi məqsədilə Naxçıvan Şəhər Su Anbarı və Su­təmizləyici Qurğular Kompleksi istifadəyə verilmiş, 207,9 kilometr uzunluğunda kanalizasiya və 220,6 kilometr uzunluğunda içməli su xətləri çəkilmişdir. Kompleks Naxçıvan şəhərində 90 minə yaxın əhalini və sənaye obyektlərini fasiləsiz olaraq ekoloji cəhətdən təmiz su ilə təmin etməyə imkan verir. Təmizləmə prosesində ozon və duzdan istifadə olunması suyun insan sağlamlığı üçün yararlılığına tam zəmanət verir. Sutəmizləyici kompleksdə yeni tətbiq olunan nanosüzgəcli qurğu ənənəvi qum süzgəclərindən fərqli olaraq sudakı zərərli mikrobları tutub saxlayır. Nanosüzgəcdən keçən su içməyə tam yararlı olur və emal zamanı onun xlorla zərərsizləşdirilməsinə ehtiyac qalmır. Suyun səthinə, təzyiqinə, elektrik keçiriciliyinə və bulanıqlığına idarəetmə mərkəzində quraşdırılan kompüter sistemi nəzarət edir.
Muxtar respublikada mütəmadi olaraq təbii ehtiyatlar, o cümlədən su ehtiyatları ilə bağlı problemlər müəyyənləşdirilir və onların xalq təsərrüfatında tətbiqinin nəzəri əsasları tədqiq olunur. AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun əməkdaşları da muxtar respublikada ekoloji siyasətə uyğun tədbirlərin yerinə yetirilməsində yaxından iştirak edir, ətraf mühitin qorunması və təbii ehtiyatlardan daha səmərəli istifadə edilməsi məsələləri ilə bağlı konfrans, dəyirmi masa və seminarlar təşkil edirlər. “Muxtar respublikada termal suların müalicəvi xüsusiyyətləri”, “Yeraltı suların ekoloji və fiziki-kimyəvi xüsusiyyətləri”, “Naxçıvan Muxtar Respublikası seolitlərinin tətbiq sahələri”, “Naxçıvan Muxtar Respublikasının gil ehtiyatları” mövzularında seminarlar, Duzdağ Fizi­ote­rapiya Mərkəzində “Daşduz təbii sərvətimizdir”, Darıdağ Müalicə Mərkəzində “Təbii sərvətimiz – Darıdağ termal suyu”, Naxçıvan Sirab Zavodunda “Naxçıvan Muxtar Respublikasının mineral suları”, Naxçıvan Sement Zavodunda “Yerli mineral xammallar əsasında sement, gips və əhəng istehsalının nəzəri və praktik əsasları” mövzularında konfranslar keçirilmişdir. Bu tədbirlərin əlaqədar müəssisələrdə əməkdaşlar və elmi işçilərlə birgə iştirak-müzakirə metodu əsasında keçirilməsi muxtar respublikanın təbii ehtiyatlarının təbliğinə və onlardan daha səmərəli istifadə edilməsinə zəmin yaradır.

Fizzə MƏMMƏDOVA
kimya üzrə fəlsəfə doktoru

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5346228
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11476
19336
85802
394434
5346228

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter