22 İyul 2017, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

 

ARXİV

İyul 2017
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

“Cahan Holdinq” Şirkətlər İttifaqı son illərdə ərzaq məhsulları, tikinti materialları istehsal edən zavod və fabriklərlə yanaşı, xidmət sahələrinin yaradılmasına da nail olub. 2011-ci ilin oktyabr ayında istifadəyə verilən “Cahan” Alış-Veriş Mərkəzində bu gün alıcılara nümunəvi xidmət göstərilir. Ümumi sahəsi 10 min kvadratmetr olan mərkəzdə Almaniya, Yaponiya, Cənubi Koreya və Türkiyə      istehsalı olan texniki avadanlıqlar quraşdırılıb.

 

Mərkəzdə 21 bölmədə müxtəlif çeşiddə, yəni bir binanın inşa olunmasından ev əşyaları ilə təminatınadək mal və materialların topdan və pərakəndə satışı həyata keçirilir, mallar isə orta qiymətdən 10-20 faiz ucuz satılır. Burada muxtar respublikada istehsal olunan məhsullarla yanaşı, Amerika Birləşmiş Ştatları, Almaniya, Türkiyə, İtaliya, Yaponiya və Cənubi Koreya istehsalı olan məhsullar da satılır. Alış-veriş mərkəzində bütün növ tikinti materiallarının vahid bir mərkəzdən satışı təşkil olunub. Müştəri xidməti və satışdan sonrakı xidmət sistemi müasir standartlara uyğun qurulub. Belə ki, mərkəzdə çalışan əsas xidmət heyəti Türkiyə Respublikası və Birləşmiş Ərəb Əmirliklərində kurs keçib.
Burada idarəetmə, satışın təşkili, mal təminatı, mühasibat sistemi bu sahələrdə dünyada şəbəkə şəklində fəaliyyət göstərən böyük firmaların iş təcrübəsi öyrənilməklə həyata keçirilir. Müəssisənin Bakı şəhərində, Türkiyə Respublikasında, Çin Xalq Respublikasında, Birləşmiş Ərəb Əmirliklərində nümayəndəlikləri fəaliyyət göstərir və “Cahan” AVM-in satınalma bölməsinin sifarişləri əsasında mal tədarük olunur.
Alış-veriş mərkəzinin fəaliyyətə başlamasından ötən dövr ərzində üç dəfə uduş kampaniyası keçirilib, bu kampaniyalar zamanı iştirakçı müştərilər tərəfindən 2 ədəd “OPEL”, 2 ədəd “NAZ-Lifan” markalı avtomobil və 100-dən çox bahalı hədiyyə udulub.
Müəssisə dünyada tanınmış şirkət və firmalarla əlaqələr quraraq mənşə sertifikatı olan daha keyfiyyətli mal və materialların muxtar respublikamıza idxal olunması üçün mövcud imkanlardan maksimum səmərəli istifadə etməyə səy göstərir. Hazırda alış-veriş mərkəzi dünyanın 42 şirkət və firmasının Naxçıvan Muxtar Respublikasında daimi satış nümayəndəsi və ya satış təmsilçisidir. Alış-veriş mərkəzində marketinq işi günün tələbləri səviyyəsində qurulub. Daxili bazarın tələbatı öyrənilməklə hər hansı bir malın sifarişi vaxtında verilir və alınan malların keyfiyyət göstəriciləri nəzərə alınmaqla dünya bazarında tanınmış şirkətlərdən idxal olunur. Yəni xarici ölkə və yerli istehsal mallarının satışı alıcıların arzu və istəklərinə uyğun seçim etməyə imkan verir. Yüksək keyfiyyəti ilə seçilən bu məhsullar beynəlxalq standartlara tam uyğundur. Təkcə bir faktı qeyd edək ki, elektron avadanlıqlar Cənubi Koreyanın “Samsunq”, “Soni”, mebellər Türkiyənin “Mondi”, “Merinos”, “İstiqbal”, xalçalar “Gümüş suyu”, ev əşyaları “Emsan”, “Arzum”, inşaat materiallarından metlax və kafellər “Çanaqqala seramik”, “Uşak seramik” firmalarından alınıb gətirilir. Alış-veriş mərkəzi fəaliyyətə başlayan zaman muxtar respublikamızda 2-3 növdə metlax və kafel satışa çıxarılırdısa, hazırda bu məhsulun 70-ə yaxın çeşidi alıcılara təqdim olunur.
Mərkəzdə POS-terminallar quraşdırılıb, alınan mal və materialların pulunun ödənilməsi plastik kartlar, nağd ödəmələr isə nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilir. Ötən dövr ərzində münasib qiymət, yüksək keyfiyyət prinsipi ilə işləyən “Cahan” AVM kifayət qədər alıcı cəlb etməklə muxtar respublikamızda ən böyük vergi ödəyicilərindən birinə çevrilib. Həmçinin mərkəzin bütün bölmələrində 100 AZN-dən yuxarı alış-veriş edən hər bir müştəriyə “Cahan” AVM-in xüsusi plastik kartı verilir. Sonrakı mərhələdə məbləğindən asılı olmayaraq, alınan malın qiymətinin 2 faizi bonus olaraq həmin kartın hesabına köçürülür. Bu məbləğdən istənilən vaxt pulsuz olaraq mal almaq mümkündür.
Dünya təcrübəsindən istifadə etməklə nümunəvi xidmət göstərilən “Cahan” AVM-in maddi-texniki bazası ildən-ilə daha da möhkəmləndirilir, bu da müştərilərə hərtərəfli xidmət göstərməyə imkan yaradır. 2014-cü ildə mərkəzin bazasında 38 min kvadratmetr sahədə yeni Əyləncə və İstirahət Mərkəzi istifadəyə verilib. Mərkəzdə istirahət edənlərə nümunəvi xidmət göstərilməsi üçün hər cür şərait var. Burada ikimərtəbəli bina inşa edilib. Binanın birinci mərtəbəsində geyim mağazası, 2 kafe və sahəsi 1230 kvadratmetr olan örtülü oyun salonu vardır.
Binanın ikinci mərtəbəsindəki mebel dəstlərinin satış bölməsində xarici və yerli istehsal məhsullarının satışı həyata keçirilir.
Çeşid bolluğu alıcıların arzularına və istəklərinə uyğun səmərəli seçim etməyə imkan verir. Əyləncə və İstirahət Mərkəzinin həyətində 33 metr hündürlüyündə, 24 kabinəli, 144 yerlik karusel, 8 yerlik 120 dərəcəli yelləncək, 32 yerlik uşaq maşını, qatar və uşaqlar üçün nəzərdə tutulmuş 4 idman qurğusu vardır. Mərkəzin həyətində böyüklərin istirahəti üçün 1 kafe fəaliyyət göstərir. “Cahan” AVM-in ərazisində “Arena” paintball klubu yaradılıb, oyunda istifadə edilən xüsusi geyimlər və silahların saxlanılması məqsədilə ayrı-ayrı otaqlar istifadəyə verilib, ərazidə müxtəlif qurğular quraşdırılıb. Kollektiv muxtar respublika sakinlərinin və şəhərimizə gələn qonaqların istirahəti üçün yaradılan şəraitdən səmərəli istifadə etməyə çalışır, vaxt­aşırı olaraq tanınmış müğənnilərin iştirakı ilə konsert proqramları təşkil edilir.
Ötən müddətdə “Cahan” AVM-də yenidənqurma işləri aparılıb, ərzaq məhsullarının və gündəlik tələbat mallarının satışı həyata keçirilən yeni xidmət sahəsi, çörək və Şərq şirniyyatları istehsalı sahəsi yaradılıb. Burada muxtar respublikada istehsal olunan xarici məhsullarla yanaşı, mənşə sertifikatı olan məhsullar da satışa çıxarılır. Hazırda ticarət mərkəzində fəaliyyət göstərən çörək və Şərq şirniyyatları sexinin məhsullarına böyük alıcı tələbatı vardır. Eyni zamanda burada fəaliyyətə başlayan bağça bölümündə taxtadan hazırlanmış 1 və 2 otaqlı binalar, villa və istirahət yerləri üçün avadanlıqlar, həyətyanı sahələri bəzəyən müxtəlif güllər və dekorativ bəzəklər satışa çıxarılır.
Mərkəzin inşaat materiallarının satışı binasında bütün növ tikinti materiallarının topdan və pərakəndə satışı təşkil olunub, anbar istifadəyə verilib. Burada 35 min addan çox məhsulun satışa çıxarılması mənzil təmiri, ev tikintisi və inşaat işləri zamanı alıcılara geniş seçim imkanı yaradır.
Müasir görkəmi və memarlıq üslubu ilə seçilən alış-veriş mərkəzi əhalinin məşğulluğunun təmin olunmasına da öz töhfəsini verib. Hazır­da “Cahan” AVM-də 310 nəfər çalışır ki, onlar da yüksək əməkhaqqı və gediş-gəliş üçün servis xidməti ilə təmin olunurlar.
Mərkəzin müdiri Ədalət Piriyevlə söhbət zamanı bildirdi ki, müştəri məmnuniyyətini təmin etmək üçün mərkəzdə bir sıra işlər görülür. Bu gün mərkəzdə müştəri ilə üzbəüz ünsiyyətdə təcrübəli şəxslər çalışır. Ən başlıcası isə burada yaradılan intizamdır. Ümumiyyətlə, burada hər bir əməkdaşın yeniliklər tətbiq etməsinə şərait yaradılıb, hər kəs bundan istifadə edərək öz karyerasını qura bilir. Köhnə yanaşmaları kənara qoyub, yeniliyə, inkişafa doğru getmək istəyənlər üçün mərkəz bir məktəb rolunu da oynayır. İlk olaraq isə müştərilərlə işləyən bütün şəxsləri intizamlı olmağa, əsl xidmət mədəniyyəti göstərməyə dəvət edirik. Qazandığımız uğurun əsas səbəblərindən biri də budur.
Bəli, haqqında söhbət açdığımız ticarət mərkəzində şəhər sakinlərinin və muxtar respublikamızın qonaqlarının alış-veriş etmələri və istirahətləri üçün hər cür şərait yaradılıb. Bütün bunlara əsaslanaraq əminliklə demək olar ki, gələcəkdə mərkəz yeni-yeni layihələrə imza atacaq.

 Nail ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3403152
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3919
18489
78773
319765
3403152

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter