24 Noyabr 2017, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Muxtar respublikanın iri yaşayış məntəqələrindən olan bu rayon aparılan genişmiqyaslı tikinti-quruculuq tədbirləri hesabına öz görkəmini başdan-başa dəyişib. Hər il rayonun qəsəbə və kəndlərində infrastruktur yenilənir, yeni yollar salınır, körpülər tikilir. Milli Qurtuluş Gününün bəhrələri olan, insanların rahatlığına xidmət edən bu tədbirlər cari ildə də davam etdirilir.

Məlumat üçün deyək ki, rayonda 2017-ci ilin yanvar-aprel aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10 milyon 949 min 700 manat həcmində investisiya yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çoxdur. Əsas kapitala yönəldilmiş investisiyanın 10 milyon 236 min 100 manatı və ya 93,5 faizi tikinti-quraşdırma işlərinin payına düşüb.
Cari ildə rayonun ucqar dağ və sərhəd kəndi olan Gərməçataq müasirliyin astanasındadır. Aprel ayından kənddə tam orta məktəbin əsaslı yenidən qurulmasına başlanılıb. Məlumat üçün deyək ki, təmirdən sonra məktəbdə kompüter və şahmat sinifləri də fəaliyyət göstərəcək. Ümumilikdə isə 16 sinif otağı kollektivin ixtiyarına veriləcək. Görülən işlər təhsil ocağı ilə məhdudlaşmır. 2 mərtəbəli kənd mərkəzində isə dövlət qurumlarının səmərəli fəaliyyəti üçün müasir iş şəraiti yaradılacaq. Xidmət mərkəzinin istifadəyə verilməsi ilə sakinlərin ərzaq və sənaye mallarına olan tələbatı məhz bu məkanda ödəniləcək. Bundan başqa, kənddaxili yollar da abadlaşdırılacaq, rabitə və elektrik xətləri yenilənəcək. Görülən məqsədyönlü tədbirlər məskunlaşmanın artmasına səbəb olub. Ümumilikdə, kənddə 61 təsərrüfat mövcuddur. Bir zamanlar top-tüfəng səsi gələn Gərmə­çataq indi davamlı sabitliyin hökm sürdüyü, quruculuq işləri aparan texnikaların səsi gələn bir yurd yerinə çevrilib.

Bu kəndin yeniliyə, müasirliyə qovuşması Piri İsmayılov kimi sakinlərinin yenidən bu doğma yurd yerlərinə qayıdıb təsərrüfatlarını genişləndirməsinə səbəb olur.
Rayonun digər bir ucqar kəndi olan Payızda isə tam orta məktəb binası əsaslı yenidən qurulur, kənd və xidmət mərkəzləri, su dəyirmanı inşa olunur, digər abadlıq işləri aparılır. Kəndin gələcək inkişaf perspektivi nəzərə alınaraq məktəb 234 şagird yerlik tikilir. Burada 13 sinif otağı, müxtəlif laboratoriyalar, kompüter otağı, elektron lövhəli siniflər, şahmat sinfi, hərbi kabinə, kitabxana, idman zalı yaradılacaq. Bu yaşayış məntəqəsində 2 mərtəbəli kənd mərkəzi də inşa olunur. Kəndi iki yerə ayıran Cəhriçayın üzərindəki körpü təmir edilir, çayın kənarlarında istinad divarları tikilir və sahilbərkitmə işləri aparılır.Vaxtilə kənddə mövcud olmuş, sonralar isə sıradan çıxmış su dəyirmanının yerində yenisi inşa olunur.
Şıxmahmud-Xəlilli kəndlərini Naxçıvan şəhərinin Xətai məhəlləsinə birləşdirən yolda isə yenidənqurma işlərinə başlanılıb. 10 kilometrə yaxın olan yolun hərəkət hissəsi genişləndirilir. Yeni çəkilən yolun eni 7 metr olacaq. Kənddaxili yollara da asfalt örtük verilir. Kənd bələdiyyəsinin sədri Zahid Tağıyev bizimlə söhbət zamanı bildirdi ki, müstəqillik illərində salınan yollar könül oxşayır, rahatlıq bəxş edir.
Rayonun ən böyük kəndi olan Nehrəm də bu gün əsl quruculuq meydançasına çevrilib. Belə ki, tarixin yadigarı olan “İmamzadə” türbəsində bu ilin may ayından etibarən təmir-bərpa işləri başlayıb. Bərpa işlərindən sonra milli memarlıq quruluşu ilə göz oxşayacaq türbənin ətrafında yaşıllıqlar salınacaq, işıqlandırma sistemləri quraşdırılacaq. Sakinlər “İmamzadə”nin bərpasını dünya mədəniyyətinə, ümumilikdə, bəşər sivilizasiyasına verilən bir töhfə kimi dəyərləndirirlər. Görülən işlər kəndin mərkəzində yeni salınan istirahət parkında da davam etdirilir. Burada müasir işıqlandırma sistemi qurulacaq, yaşıllıqlar salınacaq, oturacaqlar qoyulacaqdır.

Muxtar RZAZADƏ
“Şərqin səhəri” qəzetinin redaktoru

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5346126
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11374
19336
85700
394332
5346126

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter