22 Avqust 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

  

ARXİV

Avqust 2017
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

 

 

LİNKLƏR

 

 

Bir yaz günündə, səhərin erkən çağında Naxçıvan-Culfa avtomobil yolu ilə irəliləyən maşının pəncərəsindən torpağın sinəsində xalı kimi görünən ucsuz-bucaqsız taxıl zəmilərinin, xoş ətir yayan biçənəklərin, bir-birinə söykənmiş alçaq-uca təpələrin, dağların seyrinə dalmaq xoş ovqat yaradırdı. Culfa rayonunun Ərəzin, Əbrəqunus, Bənəniyar, Saltaq, Əlincə, Ərəfsə, Ləkətağ kəndlərindən keçib möhtəşəmlik rəmzi olan dağların qoynuna sığınan səfalı bir yurd yerinə – Boy­əhməd kəndinə çatırıq. Rayonun bu istiqamətdəki sonuncu kəndi olan Boyəhməd füsunkar təbiəti ilə ilk baxışdan bizi heyran etdi.

Boyəhməd Culfa rayonunun ucqar dağ kəndidir. Naxçıvan şəhərindən 57 kilometr şimal-şərqdə, Əlincə çayının sol sahilində, dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşir. Rayonun Ləkətağ, Teyvaz, Ərəfsə, Ordubad rayonunun Xurs, Nürgüt və Ələhi kəndləri ilə qonşuluqda, eyni zamanda düşmənlə sərhəddə yerləşən kənd dağlarla əhatə olunub. Buranın əhalisi də dağları kimi sərtliyini qoruyaraq, illərdir ki, düşmənlə mərdliklə üz-üzə dayanıb. 1340 hektara yaxın ərazisi olan Boy­əhməd kəndi o qədər də böyük deyil. Təqribən 46 evi olan kənddə 340-a yaxın sakin yaşayır. Göy dağı, Yelli yurdu, Yol yurdu, Boyəhməd aşırımı, Dikdaşı kimi tanınan yer adları, buz kimi soyuq bulaqları olan Boyəhməd kəndi təbiət vurğunlarının, qonaqların ən çox xoşladıqları yaşayış məntəqəsidir. Yayda sərin havası, gözəl təbiəti, qışda ağ örpəkli dağları, dərələri buraya yolu düşənləri ovsunlayır.

Bu dağ kəndi özünün zəngin flora və faunası ilə də öyünə bilər. Canavar, ayı, tülkü, dağ keçisi, dağ qoyunu, dələ, kərkəs, dovşan və digər heyvanlar, turac, kəklik, bildirçin, çöl göyərçini, qumru və digər müxtəlif növ quşlar, eyni zamanda quzu­qulağı, dağ kəvəri, əvəlik, ələyəz, şomu, baldırğan kimi yabanı yeməli bitkiləri, çobanyastığı, dəvədabanı, qatırquyruğu, səhləb, qantəpər, dazotu, solmazçiçək, daşeşən, boyaqotu kimi dərman bitkiləri bu əsrarəngiz yurd yerinin təbiətinin bəzəyidir. Burada bitən hansı otu, hansı gülü-çiçəyi qoparsan, min bir dərdin dərmanıdır. Kəndin dağ yamaclarında bitən cır armudu, alması, həmərsini, qara və qırmızı yemişanı və digər meyvələri də can dərmanıdır.
Boyəhməd kəndinə şan-şöhrət gətirən onun təkcə qeyri-adi təbii gözəllikləri deyil. Həm də uzaq keçmişə şahidlik edən tarixi və vaxtilə bu ərazilərdən tapılan çox sayda maddi-mədəniyyət nümunələridir. Bu barədə ətraflı məlumat əldə etmək üçün kənd ziyalısı Ədalət Həsənovla həmsöhbət olduq. O, bizə kənd haqqında maraqlı məlumatlar verərək dedi ki, Boyəhmədin tarixi çox qədimdir. Əlincə çayı boyunca ilk məskunlaşma ərazisi bu yaşayış yeri, daha sonra isə qonşu Ləkətağ kəndi olub. Hazır­da yaşadığımız Boyəhməd üçüncü məskunlaşma ərazisi olan yaşayış məskənidir. Birinci, ikinci və üçüncü Boyəhməd nekropollarında aparılan arxeoloji tədqiqatlar zamanı tapılan Orta Tunc dövrünə aid çoxlu sayda maddi-mədəniyyət nümunələri də sübut edir ki, bu ərazilərdə məskunlaşma ta o dövrlərə qədər gedib çıxır. Bununla bağlı maraqlı rəvayətləri bizimlə bölüşən Ədalət müəllim bildirdi ki, Boyəhməd kəndi Əhməd adlı sayılıb-seçilən bir kənd sakininin adı ilə bağlıdır. Son dövrlər isə “bəy” sözü “boy” sözü ilə əvəz olunaraq Boyəhməd adlandırılıb.
Həmsöhbətimdən, – “dağ kəndində yaşamaq necədir?” – soruşduqda isə belə cavab verdi ki, əlbəttə, dağ kəndində yaşamayan, dağ havasını udmayan adamlar bura gələndə deyirlər ki, siz elə burada əsl cənnətdə yaşayırsınız. Rahatçılıq, təmiz hava, su, gur bulaqlar, əsrarəngiz təbiət gözəllikləri... Adam da var deyir ki, bu dağlıq yerdə necə yaşayırsınız? Təbiətlə ünsiyyət tapa bilməyən insanların sözüdür bu. Ancaq gəlib bir bulaq başında oturanda, kəkliklərin qaqqıltısını, çoban tütəyinin səsini eşidəndə, təbiətin gözəlliyini görəndə, doğrudan da, yaşamalı yerdir, – deyirlər. Yaz-yay ayları Boyəhməd kəndinin ən gözəl çağlarıdır. Aran yerlərdən insanlar gəlib dağlarımızda bitən bitkilərdən yığırlar. Boyəhməddə ancaq yerli təbii nemətlərdən istifadə olunur. Bal, süd, yağ, qaymaq, pendir, şor – hamısını sakinlərimiz özü istehsal edir. Kənddə kimin qapısını açsan, səni təbii nemətlərə qonaq edər.
Havası, suyu və təbii nemətləri kəndin insanlarını uzunömürlü edib. Ədalət müəllim dedi ki, atam Xankişi Həsənov 106 il ömür yaşayıb, anam Cahan xanım 120 yaşında dünyasını dəyişib. Bu gün kənddə hər bir rahatçılıq var, yolumuz asfalt, hamının həyətinə dağ suyu gəlir, yaraşıqlı məktəbimiz, kənd mərkəzimiz var. Bütün bunlara görə dövlətimizə minnətdarlığımızı bildiririk.
Ədalət müəllim deyir ki, bu kənddə hamı təsərrüfatla məşğuldur. Onun özünün isə çoxlu arı ailəsi vardır.
Boyəhmədin Göydağında “Qarlı dərə” adlanan yerdə, elə vaxt olur ki, qar növbəti ilə də qalır. Kənd sakinləri deyirlər ki, yayın istisində kimin könlünə qar düşsə, gəlib buradan apara bilər. Qeyd edək ki, Qarlı dərədə olan Gurbulağın suyu 2004-cü ildə kəndə çəkilib. İndi kənddə hamının həyətində o sudan istifadə olunur. Tarixi yüz illərə dayanan Göydağ piri də elə Göydağın zirvəsində yerləşir. Buranı ziyarət edənlər çoxdur. Onu da bildirək ki, 1996-cı ildə kənddə dini-mənəvi dəyərlərimizə ehtiram əlaməti olaraq bir məscid də tikilib.
Bu yerlərdə dağlardan axan Sarı çeşmə, Səkil çeşmə, Arx bulaq, Soyuq bulaq, Səlbicahan bulaqlarının şırıltısı təbiətin ən gözəl səsidir. İlin bu aylarında başı həmişə qonaq-qaralı olan bu bulaqların yanında ocaq qalanır, samovar qaynadılır.
Otuz beş ildir, bu kənddə ibtidai sinif müəllimi kimi çalışan Yeganə Fətullayeva bizə şagirdlərindən və kəndin maraqlı adət-ənənələrindən söhbət açdı. Bildirdi ki, kəndimiz qonaqpərvərliyi ilə tanınır. Qonağı mehribanlıqla qarşılayıb, gülərüzlə yola salırıq. Toylarımız milli adət-ənənələrimizə uyğun keçir.
Boyəhmədli Firyəddin Hacı­yevin geniş təsərrüfatı və meyvə bağı var. Hamısını da öz zəhməti ilə ərsəyə gətirib. Kənddə elə adam var ki, 8-10 baş iribuynuzlu mal-qara saxlayır. Zəngin otlaq sahələrimiz olduğuna görə mal-heyvanımızın əti də, ağartı məhsulları da dadlı və keyfiyyətli olur. Boy­əhməddə olan sarı kərə yağı, bəlkə də, heç yerdə olmaz, çünki mal-heyvan təbii otlarla bəslənir.
Yaxşı bağ-bağçası olan Firyəddin dayı deyir ki, bu alma, armud, cəviz ağaclarının əziyyətini çəkib, bəhrəsini də görürəm. Kənddə o adam olmaz ki, həyətində arı pətəyi olmasın. Ötən il keçirilən bal festivalında Boyəhmədin balı da yüksək qiymətləndirilib. Burada hər kəs öz işinin ustasıdır. Baxmayaraq ki, 80 yaşım var, amma mən qocalıq nə olduğunu bilmirəm.
Uca Yaradanın əliylə dağlarına, yamaclarına min bir sığal çəkilmiş, güllərdən-çiçəklərdən rəngini-ətrini almış, sal qayalar, uca dağlar arasında yerləşən yurd yerimiz Boyəhməd geniş turizm imkanlarına malikdir. Biz isə bu gözəlliklər məskənini sevməli, onu yaxından tanımalı və Naxçıvana gələn xarici qonaqlara tanıtmalıyıq. Bu gün Boyəhməddən öyrəndiklərimizi sizə də çatdırmaq istədik. Ancaq atalar yaxşı deyib ki, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bir sözlə, siz də gəlin görün bu yurd yerimizi.

Türkanə ƏMOYEVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3865202
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
12309
14815
27124
319419
3865202

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter