25 İyun 2017, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

ARXİV

İyun 2017
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Muxtar respublikada fəaliyyət göstərən istehsal müəssisələrində 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar fərqlənən işçilərin mükafatlandırılması ilə bağlı tədbirlər keçirilib.
“Gəmiqaya Bərəkət Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətində keçirilən tədbiri müəssisənin rəhbəri Yunis Yaqubov açaraq qeyd edib ki, 2005-ci ildən fəaliyyətə başlayan müəssisədə 215 nəfər işlə təmin edilib. Vurğulanıb ki, un məmulatları, ət və süd məhsulları istehsal edən müəssisənin əldə etdiyi nailiyyətlər öz işinə məsuliyyətlə yanaşan işçilərin zəhmətinin bəhrəsidir. Yunis Yaqubov kollektivi Milli Qurtuluş Günü münasibətilə təbrik edib.
İşçilərdən Təhminə Abbasova, Elşən İbrahimov, Qahirə Fərəcova çıxış edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda fərqlənən işçilərə fəxri fərmanlar, pul mükafatları verilib və müəssisənin öz istehsalı olan məhsullar hədiyyə edilib.
“Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Teymur Rzayev müəssisənin 1998-ci ildə təsis edildiyini və onun qida məhsullarının idxalı, istehsalı və emalı ilə məşğul olduğunu bildirib. Qeyd edib ki, hazırda müəssisədə 21 adda, 62 çeşiddə məhsul istehsal olunur. Burada 300 nəfər işlə təmin olunub.
Müəssisənin əməkdaşlarından Natiq Novruzov, Azad Rəcəbov çıxış edərək qazanılan uğurlardan danışıblar.
Sonra Milli Qurtuluş Günü münasibətilə müəssisənin, ümumilikdə, 44 nəfər fəal işçisinə fəxri fərmanlar, təşəkkürnamələr, müəssisənin öz məhsullarından ibarət hədiyyə bağlamaları verilib, onlar pulla mükafatlandırılıblar.

“Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqında keçirilən tədbiri şirkətin aparat rəhbəri Azər Cəfərov açaraq bildirib ki, 1995-ci ildən fəaliyyətə başlayan müəssisədə hazırda 1500 nəfər işlə təmin olunub.
Diqqətə çatdırılıb ki, bu gün ölkəmizdə, o cümlədən muxtar respublikamızda qazanılan nailiyyətlərin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Xalqımız böyük xilaskarının Vətən qarşısında göstərdiyi misilsiz xidmətlərini unutmur, Milli Qurtuluş Günü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edilir. Azər Cəfərov əlamətdar gün münasibətilə kollektivi təbrik edib.
Sonda fəaliyyətində fərqlənən işçilərə fəxri fərmanlar, pul mükafatları verilib və hədiyyələr təqdim olunub.
“Prestij Naxçıvan Pivəsi” Məhdud Məsuliyyətli Cəmiyyətində keçirilən tədbirdə isə müəssisənin sahibkarı Seyfəddin Rəhimov çıxış edərək bildirib ki, özəl sektora, eləcə də sahibkarlara göstərilən dövlət qayğısı sayəsində əlverişli biznes mühiti formalaşıb, bunun da nəticəsində istehsal və emal müəssisələrinin sayı artıb, ixrac imkanları genişlənib. Bu gün muxtar respublikada daxili bazarın tələbatının ödənilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, məhsulun keyfiyyətinə diqqət yetirilir.
Tədbirdə fəaliyyətində fərqlənən işçilərə fəxri fərmanlar, pul mükafatları və hədiyyələr verilib.
“Hilal” ət və ət məhsulları müəssisəsində keçirilən tədbirdə çıxış edən sahibkar Fikrət Əliyarov Milli Qurtuluş Günü münasibətilə əməkdaşları təbrik edib. Qeyd edib ki, ulu öndərimizin ikinci dəfə siyası hakimiyyətə qayıdışı ilə başlayan inkişaf prosesləri muxtar respublikamızı da tərəqqiyə qovuşdurub. Yaradılmış şərait iş adamlarının əhalinin məşğulluğuna töhfə verməsinə səbəb olub. Sonra bir qrup əməkdaş mükafatlandırılıb.
“Şərur-3” Məhdud Məsuliyyətli Cəmiyyətində hazırda günün tələbinə uyğun məhsullar istehsal edilir. Burada əməkdaşlar üçün hər cür şərait yaradılıb, onların sosial qayğılarının həlli istiqamətində bir sıra işlər görülüb.
Bu müəssisədə keçirilən tədbirdə sahibkar Zakir Məmmədov çıxış edərək Milli Qurtuluş Gününün əhəmiyyətindən danışıb, belə tədbirlərin təşkilinin əməkdaşlara stimul verəcəyini bildirib, bir neçə əməkdaşa fəxri fərman və qiymətli hədiyyələri təqdim edib.
Tədbirdə çıxış edən əməkdaşlar təşkilatçılara minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Milli Qurtuluş Günü münasibətilə “Müasir Məkan” ət və ət məhsulları istehsal müəssisəsində, “Fərda” Şirniyyat İstehsal Müəssisəsində, “Bizim Qida” Məhdud Məsuliyyətli Cəmiyyətində də belə tədbirlər keçirilib.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3001647
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11812
14562
113927
437114
3001647

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter