24 İyul 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

 

ARXİV

İyul 2017
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

 Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da ali təhsil ocaqları üçün  yeni tədris obyektlərinin istifadəyə verilməsi artıq ənənə şəklini alıb. Müasir tələblər səviyyəsində inşa olunan yeni tədris korpusları muxtar respublikada təhsilin məzmunca yenilənməsinin və təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsinin parlaq təzahürüdür. Naxçıvan Dövlət Universitetinin 108 hektarlıq ərazisindəki müasir tədris binaları yenitipli universitet şəhərciyini daha da gözəlləşdirir. 

Ötən ilin mart ayından başlayaraq universitet şəhərciyi ərazisində İqtisad fakültəsi üçün yeni tədris korpusunun inşasına başlanılıb. Obyektdə genişmiqyaslı quruculuq işləri həyata keçirilib, ərazi abadlaşdırılıb. Hazırda yeni binada son tamamlama işləri gedir.
Binada inşaat işlərini həyata keçirən “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin iş icraçısı Fikrət Qaybalıyevdən aldığımız məlumata görə, burada istilik sistemi quraşdırılıb, kommunikasiya və elektrik xətləri çəkilib. Yeni korpusun ərazisində abadlıq işlərinə başlanılıb. İki mərtəbədən ibarət olan yeni binada 102 yerlik akt zalı, toplantı zalı, kompüter otağı, 21 auditoriya yaradılıb. Bu korpusda 792 tələbə təhsil ala biləcək.
Naxçıvan şəhərində inşaat işlərinin geniş vüsət aldığı daha bir obyekt isə Naxçıvançayın kənarında əhalinin asudə vaxtının səmərəli təşkilinə töhfə verəcək istirahət mərkəzidir. Mərkəzin binası zirzəmi ilə birlikdə dörd mərtəbədən ibarət olacaq.

“Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin adıçəkilən obyekt üzrə iş icraçısı Akif Quliyevin bildirdiyinə görə, binanın zirzəmisində avtomobillər üçün dayanacaq, bərbər, qadın gözəllik salonu, qazanxana və xidməti otaqlar fəaliyyət göstərəcək. Qalan mərtəbələr istirahət otaqları, kafelər və digər əyləncə obyektləri üçün nəzərdə tutulub. Burada idman zalı, üzgüçülük hovuzu, tədbirlər zalı qonaqların ixtiyarına veriləcək. İstirahət mərkəzinin yerləşdiyi ərazi abadlaşdırılacaq, müasir işıqlandırma sistemi qurulacaq, yaşıllaşdırma tədbirləri həyata keçiriləcək. Yeni tikilidə dövrün və şəhərin xarakterik xüsusiyyətləri əks olunacaq, burada Şərq memarlığı elementlərinə, xüsusilə Naxçıvan memarlıq məktəbinə aid üsluba geniş yer veriləcək. Memar Cəmil Quliyevin layihəsi əsasında inşa olunan bina tamamlandıqdan sonra şəhərin ən görməli yerlərindən birinə çevriləcək.
Obyektə yaxın ərazidə isə dəmir konstruksiyalar əsasında qurulan İstirahət və Əyləncə Mərkəzində işlər “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivinə həvalə edilib. Zirzəmi ilə birlikdə üç mərtəbədən ibarət olacaq binada bovlinq salonu və atış zalları yaradılacaq. Digər mərtəbələrdə isə kafe, uşaq və böyüklər üçün əyləncə yerləri və mağazalar fəaliyyət göstərəcək.
Naxçıvan Muxtar Respublikasında aparılan genişmiqyaslı qurucu­luq işləri zamanı yol tikintisinə xüsusi diqqət yetirilir. Son illər muxtar respublikada müasir standartlara uyğun avtomobil yolları salınıb, mövcud yol-nəqliyyat kompleksi təkmilləşdirilib, yeni körpülər tikilib. Yol-nəqliyyat infrastrukturunun gücləndirilməsi sahəsində reallaşdırılan layihələrin əsas məqsədi muxtar respublikanın sosial-iqtisadi inkişafını təmin etməkdir. Bu həm də dövlətin vətəndaşlara göstərdiyi qayğının təzahürüdür.
Muxtar respublikada magistral avtomobil yolları ilə yanaşı, kənd yollarının yenidən qurulması da diqqət mərkəzindədir. Naxçıvan Yol Təmir Tikinti İdarəsinin iş icraçısı Sabir Rəfiyevdən aldığımız məlumata görə, hazırda Babək rayonunun Şıxmahmud və Xəlilli kəndlərini Naxçıvan şəhərinə birləşdirən yolda yenidənqurma işləri aparılır. 7 kilometrə yaxın olan yolun hərəkət hissəsi genişləndirilib, 3 kilometr hissəyə asfalt örtüyü salınıb. Yeni çəkilən yolun eni 7,2 metr olacaq.
Qeyd edək ki, adıçəkilən kənd­lərin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq üçün də müvafiq tədbirlər görülüb. Əhalinin rahatlığına xidmət edən bu tədbirlərin davamı olaraq cari ildə Uzunoba Su Anbarından çəkilən kanal əsaslı təmir olunur.

 Nail ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3437100
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11317
13354
11317
353713
3437100

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter