24 Avqust 2017, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

  

ARXİV

Avqust 2017
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

 

 

LİNKLƏR

 

 

Müəyyən olunmuş sahələr üzrə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə 3-23 may tarixlərində Çin Xalq Respublikasının Urumçi şəhərində “İpək Yolu iqtisadi kəməri ətrafında yerləşən ölkələr arasında ticarət-iqtisadi əməkdaşlıq” mövzusunda seminar keçirilmişdir. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşları Azərbaycan nümayəndə heyətinin tərkibində seminarda iştirak etmişlər.
Seminarda Çin Xalq Respublikasının İpək Yolu üzərində yerləşən ölkələrlə ticarət-iqtisadi münasibətləri, sənaye, kənd təsərrüfatı, gömrük, ticarət, ekologiya və digər sahələrdə fəaliyyəti, Sintszyan-Uyğur muxtar rayonunun iqtisadi inkişaf modeli və perspektivləri, həmçinin Azərbaycanla ikitərəfli münasibətlərin inkişafı üzrə müzakirələr aparılmışdır.

Seminar çərçivəsində nəzəri biliklərdən başqa, həmin sahədə olan təcrübələr də nümayəndə heyətlərinə nümayiş etdirilmişdir. Belə ki, seminar çərçivəsində Urumçi şəhərinin texniki-iqtisadi inkişaf zonasının emal bazasına və sərgi zalına, “Si Yuy” yüngül sənaye bazasına, Beynəlxalq Sərgi Mərkəzinə və “E Ma” şirkətinə səfərlər təşkil edilmişdir.
Digər seminar 4-24 may tarixlərində Çin Xalq Respublikasının Kunminq şəhərində “İnkişaf etməkdə olan ölkələr üçün həmsərhəd iqtisadi əməkdaşlıq zonalarına dair” təlim seminar olmuşdur.
Təlim müddəti ərzində Yunnan Maliyyə və İqtisadiyyat Universitetinin müəllimləri, rəsmi qurumlar və iri şirkətlərin təmsilçiləri tərəfindən Çin Xalq Respublikasında aparılan iqtisadi islahatlar, Çin hökumətinin Qovşaq və Yol Təşəbbüsü çərçivəsində inkişaf etməkdə olan ölkələrlə iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi, qonşu ölkələrlə həyata keçirilən birgə infrastruktur layihələri və həmsərhəd iqtisadi əməkdaşlıq zonalarının yaradılması barədə mühazirələr oxunmuşdur.
Həmçinin seminar çərçivəsində Çinin müxtəlif şəhərlərində yerləşən istehsal, xidmət, tikinti sahələrində fəaliyyət göstərən iri şirkətlərə və azad iqtisadi zonalara (parklara) səfərlər təşkil olunmuş və həmin qurumların rəsmiləri ilə görüşlər keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşlarının Çin Xalq Respublikasında keçirilmiş təlim seminarlarda iştirak etmələrinin əsas məqsədi onların nəzəri biliklərinin artırılması, innovativ tədris metodologiyalarının mənimsənilməsi, Çin müəssisələrinin fəaliyyəti ilə, istehsalatda tətbiq edilən mütərəqqi texnologiyalarla, keyfiyyət sistemləri və sair ilə tanış olmalarının təmin edilməsidir. Onlar əldə etdikləri bilik və təcrübələri gələcəkdə muxtar respublikada keçiriləcək maarifləndirici tədbirlərdə iştirakçılara çatdıracaqlar.
Sonda təlim iştirakçılarına sertifikatlar verilmişdir.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3898228
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11857
17653
60150
352445
3898228

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter