24 Noyabr 2017, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Muxtar respublikada həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının əsas məqsədi özəl sektorun inkişafı, biznes fəaliyyəti üçün əlverişli mühitin yaradılmasından ibarətdir. Sevindirici haldır ki, bu gün muxtar respublikada ümumi daxili məhsul istehsalında artıq özəl sektorun xüsusi çəkisi aydın hiss olunur, iqtisadi artımın təminatında sahibkarlar sinfinin rol və mövqeyi davamlı şəkildə güclənir. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində iqtisadiyyatda və onun əsasını təşkil edən sahibkarlığın inkişafı sahəsində müşahidə edilən pozitiv meyillər özünü göstərməkdə davam edir.

Özəl bölmənin inkişafında, sahibkar­lığa dövlət maliyyə dəstəyinin gücləndirilməsində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində yaradılmış Sahibkarlığa Kömək Fondunun işinin səmərəli təşkili xüsusilə əhəmiyyətlidir. Fondun məqsədi Naxçıvan Muxtar Respublikasında sahibkar­lığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına və əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasına kömək göstərməkdən, onlara maliyyə dəstəyi verməkdən ibarətdir.
Fondun vəsaitlərinin daha çox yönəldiyi sahələrdən biri də dünya ölkələrinin qabaqcıl təcrübəsinin Naxçıvana gətirilməsi, muxtar respublikada müasir texnologiyaların tətbiqinə əsaslanan istehsal, emal və infrastruktur sahələrinin yaradılmasıdır. Yeni texnologiyalara əsaslanan investisiya layihələrinin güzəşt­li qaydada maliyyələşdirilməsi sahəsində işlər 2017-ci ilin ötən dövrü ərzində də davam etdirilmiş və 11 layihənin maliyyələşdirilməsinə müvəkkil kredit təşkilatları vasitəsilə 335 min 900 manat vəsait sərf olunmuşdur. Həmin vəsait sənaye, xidmət, kənd təsərrüfatı təyinatlı sahələrin maliyyələşdirilməsinə yönəldilmişdir.

Son illər aqrar sahənin inkişafına dövlət dəstəyi xeyli artmış, kənd təsərrüfatında sahibkarlığın təşviq olunması istiqamətində bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilmişdir. Fond tərəfindən maliyyələşdirilmiş layihələr digər sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsini də əhatə etmişdir. Dövlət maliyyə dəstəyi göstərilmiş layihələr üzrə kənd yerlərində kiçik müəssisələrin yaradılmasına, kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına, daxili tələbatın yerli istehsal hesabına daha dolğun və etibarlı ödənilməsinə nail olunmuşdur. Belə ki, həyata keçirilən layihələrdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı əsas götürülmüş, bu təminatda başlıca rol oynayan kənd təsərrüfatında 8 layihənin maliyyələşdirilməsinə 180 min 900 manat yönəldilmişdir. Bəhs olunan dövrdə kənd təsərrüfatı sahəsində heyvan­darlıq üzrə 5 layihənin maliyyələşdirilməsinə 125 min 500 manat, quşçuluq üzrə bir layihənin maliyyələşdirilməsinə 17 min manat, arıçılığın inkişafı üzrə bir layihənin maliyyələşdirilməsinə 5 min manat, kənd təsərrüfatı texnikasının alınması, əkin işlərinin aparılması üzrə bir layihənin maliyyələşdirilməsinə 33 min 400 manat vəsait verilmişdir.
Sahibkarlığa Kömək Fondunun xətti ilə bu günə qədər 1230 layihə üçün, ümumilikdə, 134 milyon manatdan çox güzəştli şərtlərlə kreditlər verilmişdir. Bu kreditlər daha çox kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılmışdır. Həmin vəsait hesabına on minlərlə iş yeri, yüzlərlə müəssisə yaradılmış, bir sözlə, özəl sektorun inkişafı üçün yeni imkanlar açılmışdır.
Muxtar respublikada qadınların iqtisadi sferada fəallığının artırılması məqsədilə müxtəlif həvəsləndirici və təşviq­edici tədbirlər görülür. Qadınların biznes sahəsində fəaliyyət göstərməsi üçün güzəştli kreditlərin verilməsi, onların sahibkarlığa cəlb olunması belə tədbirlərdəndir. Bunun nəticəsidir ki, son illərdə qadın sahibkar­ların sayının artması müşahidə olunur. 2000-2016-cı illər ərzində Sahibkarlığa Kömək Fondu tərəfindən yüngül və yeyinti sənayesi, xidmət sektorunun müxtəlif sahələri üzrə fəaliyyət göstərən qadın sahibkarlara 1 milyon 500 min manat həcmində kredit verilib. Bundan başqa, fond sahibkarlığın inkişafına dövlət dəstəyinə dair təşkil etdiyi tədbirlər çərçivəsində qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması, xüsusilə onların məşğulluğunun təmin edilməsi məqsədilə daha çox qadın əməyinə ehtiyac duyulan sahələrdə nümunəvi investisiya layihələri hazırlayır və nümunəvi layihələri sahibkar­lara təqdim edir.
Sahibkarlar, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər muxtar respublikada özəl bölmənin inkişafı üçün yaradılan şəraitdən, əlverişli biznes mühitindən yararlana bilər, dövlətin maliyyə vəsaitlərindən güzəştli qaydada istifadə etmək üçün müvəkkil kredit təşkilatları vasitəsilə İqtisadiyyat Nazirliyinin nəzdində yaradılmış Sahibkar­lığa Kömək Fonduna müraciət edə ­bilərlər.

Muxtar respublikada formalaşan azad sahibkarlıq mühiti ölkəmizin sosial­-iqtisadi inkişafına böyük töhfə verir. Eyni zamanda iş adamları hər addımda dövlətin dəstəyini hiss edirlər. Məhz dövlət dəstəyi və əlverişli biznes mühiti sahibkarlıq fəaliyyətini stimullaşdırmaqla muxtar respublikamızın inkişafına mühüm təsir göstərir. Qeyd etməliyik ki, sahibkarlar da dövlət dəstəyinə adekvat olaraq öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirir, muxtar respublikamızın inkişafı, əhalinin sosial rifahının yaxşılaşdırılması işində fəal iştirak edirlər.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin
mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5346356
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11604
19336
85930
394562
5346356

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter