18 Oktyabr 2017, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Xarici iqtisadi əlaqələrdə ixrac mühüm əhəmiyyətə malikdir. Məhz mal və xidmətlərin ixracı iqtisadi artımda mühüm rol oynayır, sahibkarlıq subyektlərinin və bütün ölkənin imicini yüksəldən amillərdəndir. Son illərdə ölkəmizin ixrac potensialının daha da yüksəldilməsi istiqamətində görülən işlər bu mühüm məsələyə diqqəti daha da artırıb. Buna görə də hər il davamlı olaraq xarici ticarət balansında müsbət saldo qorunub saxlanılır. 

Ölkəmizin ixrac məhsulları çoxdur. Tarixən neftlə yanaşı, Azərbaycanda istehsal olunmuş çay, şərab, tütün, mineral sular, kondisionerlər və digər məhsullar təkcə keçmiş ittifaqda deyil, xaricdə də tanınıb. Müasir dövrdə isə ixrac etdiyimiz brend məhsullar ölkəmizi xarici bazarlarda tanıtmaqla valyuta ehtiyatlarımızın da artımında mühüm əhəmiyyətə malikdir. Bundan əlavə, xarici bazarlarda hamının tanıdığı brend məhsul onun sahibi olan ölkədəki keyfiyyətə ciddi nəzarətdən və işgüzarlıqdan xəbər verir. Bu baxımdan müstəqil Azərbaycanın tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikasının müasir ixrac potensialı diqqəti cəlb edir.
Naxçıvan özünün unikal təbii-mineral sərvətləri, turizm ehtiyatları və yüksəkkeyfiyyətli emal sənayesi məhsulları ilə yaxşı tanınır. Son illərdə muxtar respublikada özəl bölmənin inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi bu baxımdan öz bəhrəsini verib. Bunun nəticəsidir ki, hazırda muxtar respublikada 371 növdə məhsul istehsal edilir. Bu qədər məhsul istehsal edilən Naxçıvandakı müəssisələrin bir çoxu artıq xarici bazarlarda özünə yer tutmağa başlayıb. Belə ki, bu gün muxtar respublikada fəaliyyət profilinə görə, 50-dən artıq müəssisə ixrac qabiliyyətinə malikdir. Həmin müəssisələr tərəfindən 60-dan çox növdə məhsul istehsal olunur. Naxçıvanda qida məhsullarının ekspertizası üzrə beynəlxalq tələblərə cavab verən laboratoriya fəaliyyət göstərir ki, ixrac əməliyyatlarında tələb olunan bir sıra sertifikatlar da məhz buradan təmin olunur.

Tarixən Naxçıvanın əsas ixrac məhsulları kimi tanınan, dünyada məşhur olan “Badamlı”, “Sirab” kimi mineral sularımıza, dünyada ən təmiz olan Duzdağ duzuna, daş və travertin, dadlı-tamlı ət və süd məhsullarına indi də böyük tələbat vardır. Keçmişdən fərqli olaraq müasir texnologiyanın tətbiq olunduğu və xarici bazarlarda ölkəmizin milli brendi kimi tanınan Naxçıvan məhsulları indi daha yüksək rəqabət qabiyliyyətinə malikdir. Onlar arasında Naxçıvanın yüksəkkeyfiyyətli yerli xammalından emal olunmuş ət və süd məhsullarını, ilin bu mövsümündə hər yerdə tələbat görən göycə, ərik kimi meyvələrini və meyvə şirələrini, qazlı aromatlaşdırılmış və spirtli içkilərini, vafli məmulatlarını, Naxçıvan sementi kimi yüksəkkeyfiyyətli tikinti məhsullarını, habelə gips, gips lövhələr, məsaməli beton məmulatları və mərmər, travertin daş və metal məmulatlarını, xam dəri, mebel və digər çox sayda məhsulları misal göstərmək olar. Naxçıvan məhsulları ölkəmizin digər yerlərindən başqa, Gürcüstan, Türkiyə, İran, Ukrayna, Birləşmiş Ərəb Əmirliklərinə, Rusiyaya da ixrac olunur. İxracın həcmindəki dinamika isə hər il davamlı artmaqdadır. Təkcə 2017-ci ilin ilk 4 ayı ərzində muxtar respublikada məhsul ixracının həcmi 97 milyon 921 min 400 ABŞ dollarını ötüb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çoxdur.
Hazır məhsul şəklində Naxçıvandan ixrac olunan məhsullar muxtar respublika iqtisadiyyatının ümumi inkişaf potensialını artırmaqla yanaşı, həm də milli brendlərimizin sayının çoxalmasına, bu da, öz növbəsində, xarici bazarlarda Naxçıvana olan marağın artmasına və xarici turistlərin regionumuza səfər etməsinə səbəb olur. Ümumiyyətlə, Naxçıvanın beynəlxalq turizmdə yeri, xarici turistlərin regiona səyahətləri və özləri ilə gətirdikləri xarici valyuta muxtar respublikamızın ixrac potensialını birbaşa artıran amillərdəndir.
Qeyd edək ki, muxtar respublikadan brend şəklində ixrac olunan məhsullardan biri də məhz turizm xidmətləridir. Belə ki, Naxçıvandan hazır əmtəə şəklində ixrac olunan brend məhsullarla yanaşı, Haçadağ vüqarı, Əlincə möhtəşəmliyi, Möminə xatın zərifliyi, Batabat gözəlliyi, Əshabi-Kəhf möcüzəsi, Duzdağ şəfası, Şərur yallısı, Ordubad adətləri, Naxçıvan lavaşı, Nehrəm kababı və daha çox sayda tanınmış turizm ehtiyatlarımızla turistlər ancaq Naxçıvana səyahət etməklə tanış ola bilərlər. Nəticədə, beynəlxalq turizm inkişaf etdikcə bu cür yerində ixracat forması ilə təkcə muxtar respublikamızdakı turizm və qonaqpərvərlik sənayesi deyil, eyni zamanda iqtisadiyyatın bütün sahələri də bu gəlirdən öz payını almış olur.
Yeni iqtisadi şəraitdə ölkəmizdə qeyri­-neft məhsulları üzrə ixracın artırılmasında qarşıya qoyulmuş məqsədlərə çatmaq istiqamətində Naxçıvanda həyata keçirilən işlər öz bəhrəsini verməyə başlayıb. Lakin qarşıda geniş perspektivlər də vardır. Bir vaxtlar Naxçıvan iqtisadiyyatına yaxşı gəlir gətirmiş üzümçülük, baramaçılıq və tütünçülük kimi sahələrin inkişafına göstərilən diqqət yaxın gələcəkdə bu məhsullar üzrə də ixracat imkanlarını artıracaq.

 Əli CABBAROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4738888
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
17618
16138
47463
273948
4738888

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter