26 Sentyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2017
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il 14 may tarixli Sərəncamı­na əsasən, hər il iyunun 5-i ölkəmizdə Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü kimi qeyd edilir.
Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə meliorasiya və su təsərrüfatı sahəsi böyük inkişaf yolu keçmiş, Azərbaycanda böyük su anbarları, hidroqovşaqlar, nasos stansiyaları tikilib istifadəyə verilmiş, suvarılan torpaqların sahəsi xeyli artmışdır. Ötən əsrin 70-80-ci illərində Naxçıvan Muxtar Respublikasında da yeni meliorasiya və irriqasiya sistemləri yaradılmış, Araz və Arpaçay kimi böyük su anbarları tikilmişdir. 1993-cü ildə ulu öndərin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə meliorasiya və su təsərrüfatı sistemində daha geniş islahatlar həyata keçirilmiş, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə su təsərrüfatı və meliorasiya sahəsinin inkişafına xüsusi diqqət yetirir. Ölkə başçısının rəhbər­liyi ilə bu sahədə mühüm dövlət proqramları təsdiq olunmuş, kənd təsərrüfatının inkişafı, meliorativ tədbirlərin genişləndirilməsinə diqqət artırılmışdır. Nəticədə, iqtisadiyyatın bütün sahələri kimi, kənd təsərrüfatı da özünün keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Naxçıvan Muxtar Respublikasında da meliorasiya və irriqasiya sistemlərinin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Son illər meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, suvarma şəbəkələrinin genişləndirilməsi, su sistemlərində təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə işləri, həmçinin içməli su təminatının yaxşılaşdırılması sahəsində kompleks tədbirlər görülmüşdür. Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin fəaliyyəti üçün lazımi şərait yaradılmış, müasir texnikalar alınıb istifadəyə verilmiş, rayon suvarma sistemləri idarələrinin maddi-texniki bazası möhkəmləndirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq fərman və sərəncamları ilə təsdiq edilmiş dövlət proqramlarına əsasən suvarma sistemlərinin yenidən qurulması və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, mövcud su resurslarından istifadə imkanlarının genişləndirilməsi və suvarma drenaj şəbəkələrinin inkişaf etdirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilir.
Muxtar respublikada mütərəqqi suvarma sistemlərinin qurulması diqqət mərkəzində saxlanılır. Su itkisinin qarşısını almaq, suvarmanı yaxşılaşdırmaq, torpaq sahələrini yeni əkin dövriyyəsinə daxil etmək məqsədilə yeni qapalı suvarma şəbəkələri tikilir, drenaj xətləri çəkilir. Belə ki, Heydər Əliyev Su Anbarından başlayan Vayxır sol sahil kanalı üzərində Babək rayonunun Nehrəm kəndində 1170, Culfa rayonunun Bənəniyar kəndində 1050 hektar olmaqla, ümumilikdə, 2220 hektar sahəni əhatə edən 241,5 kilometrlik qapalı suvarma şəbəkəsi tikilmiş, 77,5 kilometr məsafədə yeni drenaj xətti çəkilmiş, 6,5 kilometrlik kollektor bərpa olunmuşdur. Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində isə 400 hektar ərazini əhatə edən qapalı suvarma şəbəkəsi bərpa olunmuş, Böyükdüz və Xok kəndlərini əhatə edən 117 hektar ərazidə yeni qapalı suvarma şəbəkəsi tikilmiş, nəticədə, su itkisinin qarşısı alınmış, suvarma suyundan səmərəli istifadə etmək üçün şərait yaradılmışdır. Hazırda bu işlərin davamı olaraq Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilir.
Torpaq sahələrinin normalara uyğun suvarma suyu ilə təmin edilməsi əkinçiliyin inkişafına şərait yaradan əsas amillərdəndir. Son illər muxtar respublikada müasir irriqasiya sistemləri qurularaq istifadəyə verilir. Müasir suvarma texnologiyalarına üstünlük verilməsi nəticəsində torpaqların su təminatı yaxşılaşdırılır. Bütün bunlar, ümumilikdə, muxtar respublika iqtisadiyyatının inkişafına xidmət edir. Həyata keçirilən meliorasiya və su təsərrüfatı tədbirləri yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına səbəb olmuşdur. Belə ki, Uzunoba Su Anbarında yenidənqurma işləri aparılmış, anbardan Kəngərli rayonuna 32,4 kilometr uzunluğunda boru xətti çəkilmiş, yeni nasos stansiyası tikilmiş, nəticədə, 5800 hektar torpaq sahəsi əkin dövriyyəsinə daxil edilmişdir. Böyükdüz və Xok kəndlərinin torpaq sahələrinin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq, su itkilərini aradan qaldırmaq üçün Araz çayındakı nasos stansiyasından 16,6 kilometr uzunluğunda yeni təzyiqli boru xətti çəkilmişdir. Sədərək rayonunda əkinəyararlı torpaqların dayanıqlı suvarma suyu ilə təmin olunması üçün tikilən yeni nasos stansiyası hesabına uzun müddət əkilməyən 1500 hektar torpaq sahəsi də yenidən əkin dövriyyəsinə qatılmışdır.
Suvarılan ərazilərin şoranlaşmasına yol verməmək üçün birinci növbədə şoranlaşmanı törədən səbəblərə qarşı tədbirlər görülmüş, əkin sahələrinə suvarma normalarına uyğun olaraq suvarma suyu verilmiş, filtrasiyanı azaltmaq üçün açıq və qapalı drenajlarda, kollektorlarda, kanal və arxlarda mütəmadi olaraq lildən təmizləmə və təmir işləri aparılmış, yeni açıq və qapalı drenajların tikintisi davam etdirilmişdir. Son illər 10 kilometr yeni açıq drenaj xətti, 3,48 kilometr qapalı drenaj xətti tikilmişdir. Ötən il muxtar respublika ərazisində 1627 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq meliorativ cəhətdən yaxşılaşdırılmışdır. Hazırda Babək rayonunun Hacıvar kəndi ərazisində qapalı drenaj xəttinin tikintisi davam edir.
Suvarma və içməli su təminatında qədim hidrotexniki qurğu olan kəhrizlərdən geniş istifadə edilir. Bu səbəbdən də onların təmir-bərpası daim diqqət mərkəzində saxlanılır. Hazırda muxtar respublikanın şəhər və rayonlarında 332 kəhriz istismar olunur. Kəhrizlərin bərpa edilməsi su təchizatının yaxşılaşdırılması ilə yanaşı, həm də tariximizin və mədəni irsimizin qorunub saxlanılması baxımından mühüm əhəmiyyət daşıyır.
Muxtar respublikada mexaniki suvarma üsulundan da geniş istifadə olunmaqdadır. İkinci suvarma mənbəyi kimi istifadə edilən 101 ədəd nasos stansiyası və 824 ədəd sub­artezian quyusu suvarma mövsümündə tam gücü ilə istismar olunur. Son illərdə torpaq sahələrinin suvarma suyuna olan təminatını yaxşılaşdırmaq üçün Sədərək rayonunda Şir arxı üzərində, Kəngərli rayonu ərazisində, Babək rayonu ərazisinin Aşağı Buzqov kəndində, Nehrəm kollektorunun üzərində, Badaşqan kəndində, Nehrəm arxı üzərində yeni nasos stansiyaları tikilmişdir.
Əkin sahələrini və yaşayış məntəqələrini sel sularının zərərli təsirindən qorumaq məqsədilə muxtar respublikanın çay və selovlarında selə qarşı istiqamətləndirici bənd salınır. Bu da torpaqların yuyulmasının və şoranlaşmasının qarşısını almaqla yanaşı, həm də torpaqların münbitliyinin qorunmasına imkan verir. Ötən dövrdə Araz çayı boyunca 54 kilometrdən artıq məsafədə sahil­bərkitmə işləri aparılmışdır.
Su təsərrüfatı sahəsində qarşıda duran ən mühüm vəzifələrdən biri insanları sağlam və ekoloji cəhətdən təmiz içməli su ilə təmin etməkdir. Bu gün muxtar respublikada içməli su və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində kompleks tədbirlər görülür. Naxçıvan şəhərində “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində həyata keçirilən tədbirlər bu mənada, mühüm əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Naxçıvan Şəhər Su Anbarı və Su Təmizləyici Qurğular Kompleksi, eləcə də Naxçıvan şəhərdaxili su və kanalizasiya şəbəkəsi, Şahbuz və Culfa şəhərlərində içməli su və kanalizasiya sistemləri istifadəyə verilmişdir. Hazırda layihə üzrə Ordubad və Şərur rayonlarında içməli su təchizatının və kanalizasiya sistemlərinin yenidən qurulması işləri davam edir.
Meliorasiya işlərinin yerinə yetirilməsində maşın-mexanizmlərin mühüm əhəmiyyəti vardır. Son illərdə komitəyə 32 müxtəlif təyinatlı maşın və mexanizm verilmişdir.

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin kollektivi bundan sonra da meliorasiya və irriqasiya sistemlərinin lazımi səviyyədə istismarının təşkili, suvarılan torpaqların meliorativ vəziyyəti və su təminatının yaxşılaşdırılması sahəsində fəaliyyətini davam etdirəcəkdir.

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və
Su Təsərrüfatı Komitəsinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4399196
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
12471
13363
25834
387560
4399196

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter