23 İyun 2017, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

ARXİV

İyun 2017
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

İyun ayının 2-də Naxçıvan şəhərində GUAM ölkələrinin Ticarətə və Nəqletməyə Yardım Layihəsinin Rəhbəredici Komitəsinin 26-cı iclası keçirilib.
Naxçıvan Biznes Mərkəzində təşkil olunan tədbirdə GUAM Katibliyi proqramlarının əlaqələndiricisi Səbuhi Təmirov Ticarət və Nəqletməyə Yardım Layihəsi barədə ətraflı məlumat verib. Qeyd olunub ki, adıçəkilən layihə gömrük və sərhəd sahəsində fəaliyyətin təkmilləşdirilməsində və müasirləşdirilməsində etibarlı platformaya çevrilib. Layihə üzrə ardıcıl şəkildə görülən işlər indiyədək istər regional, istərsə də beynəlxalq miqyasda tərəqqiyə və təhlükəsizliyə mühüm töhfələr verib.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat olan GUAM-ın Ticarətə və Nəql­etməyə Yardım Layihəsinin Rəhbəredici Komitəsinin növbəti iclasının Naxçıvanda keçirilməsinin əlamətdar hadisə olduğunu deyib. Naxçıvanın qədim tarixi, mədəniyyəti, coğrafi mövqeyi, ticarət əlaqələri, gömrük orqanlarının fəaliyyəti barədə məlumat verən komitə sədri müstəqillik illərində muxtar respublikada bütün sahələrdə intibaha, tərəqqiyə nail olunduğunu önə çəkib. Qeyd olunub ki, kənd təsərrüfatı və sənayenin dinamik inkişafı, xarici ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq, öz növbəsində, ticarət əlaqələrinin artmasına da münbit şərait yaradıb. Bunun nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası ilə dünyanın 56 ölkəsi arasında əlaqələr qurulub.

Muxtar respublikanın sosial-iqtisadi inkişafı və makroiqtisadi göstəriciləri barədə məlumat verən iqtisadiyyat naziri Famil Seyidov Azərbaycan Respublikasının on iqtisadi rayonundan biri olan Naxçıvanın öz inkişaf səviyyəsinə görə ilk sıralarda olduğunu önə çəkib. Qeyd olunub ki, əgər 25 il bundan qabaq Naxçıvanda 40 sənaye müəssisəsi fəaliyyət göstərirdisə, indi onların sayı 442-yə çatıb. Muxtar respublikanın ixrac potensialı barədə danışan nazir Naxçıvan məhsullarının dünya bazarında öz keyfiyyəti, ekoloji cəhətdən təmizliyi və sağlamlığı ilə seçildiyini vurğulayıb.
Gürcüstan Respublikasının Gəlirlər Xidmətinin rəis müavini Vaxtanq Laşkaradze, Moldova Respublikası Maliyyə Nazirliyinin Menecment İdarəsinin Xarici Əlaqələr Menecmenti Şöbəsinin rəisi Dimitriy Volovey, Ukrayna Respublikası Dövlət Fiskal Xidməti yanında Beynəlxalq Məsələlər üzrə Məsləhət Şurasının üzvü Oleq Semeninko, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Pro­qramları Baş İdarəsinin rəisi İqbal Babayev Ticarət və Nəqletməyə Yardım Layihəsi çərçivəsində görülən işlərin üzv ölkələr arasındakı əlaqələrin inkişafına verdiyi töhfələrdən, gömrük nəzarəti və rəsmiləşdirilməsinin asanlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıblar. Qonaqlar görüşün yüksək səviyyədə təşkilinə görə minnətdarlıq ediblər.
GUAM ölkələrinin Ticarətə və Nəqletməyə Yardım Layihəsinin Rəhbəredici Komitəsinin 26-cı iclasının Protokolunu imzalayan tərəflər hava nəqliyyatında gömrük hüquqpozmalarına qarşı birgə mübarizə, üzv ölkələrin gömrük sərhədlərindən keçirilən mal və nəqliyyat vasitələri haqqında məlumatların əvvəlcədən ötürülməsi ilə məlumat mübadiləsinin həyata keçirilməsinin test rejimində davam etdirilməsi, mal və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi zamanı elektron imzanın qarşılıqlı tanınması və tətbiqi kimi məsələlərdə razılığa gəliblər. Tərəflər, ümumilikdə, 10-dan artıq məsələ ilə bağlı razılaşıblar.
İclasda Estoniya-Azərbaycan Ticarət Palatasının sədri Yana Krimpe mal və nəqliyyat vasitələrinin rəsmiləşməsi zamanı elektron imzaların qarşılıqlı tanınması, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əməkdaşı Zaur Qardaş­ov Azərbaycan Rəqəmsal Ticarət Qovşağı layihəsi və ondan istifadə imkanları barədə təqdimatla çıxış ediblər.
İclasda Naxçıvanda fəaliyyət göstərən biznes subyektləri də iştirak edib. Muxtar respublikanın xarici iqtisadi fəaliyyət iştirakçıları GUAM-a üzv ölkələrlə ticarət əməliyyatları zamanı qarşıya çıxan çətinlikləri aidiyyəti üzrə gömrük xidməti nümayəndələrinin diqqətinə çatdırıblar.
GUAM ölkələrinin Ticarətə və Nəqletməyə Yardım Layihəsi üzrə Rəhbəredici Komitəsinin növbəti iclasının cari ilin ikinci yarısında Gürcüstanda keçirilməsi qərara alınıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin
mətbuat xidməti