23 İyun 2017, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

ARXİV

İyun 2017
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova gömrük xidməti nümayəndələri GUAM-ın Ticarətə və Nəqletməyə Yardım Layihəsinin Rəhbəredici Komitəsinin sayca 26-cı iclasında iştirak etmək üçün Naxçıvana gəliblər.
Səfər proqramının ilk günündə qonaqlar ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Qonaqlar Şahtaxtı və Sədərək sərhəd-keçid məntəqələrinin iş prinsipi və fəaliyyəti ilə də tanış olublar. İritonnajlı avtomobillərlə daşınan yüklərə gömrük nəzarətini həyata keçirmək məqsədilə sərhəd-keçid məntəqələrində qurulan X-Ray tipli rentgen nəzarət qurğularının və gömrük anbarlarının fəaliyyəti ilə yaxından maraqlanan gömrük xidməti nümayəndələri muxtar respublikada müasir gömrük infrastrukturunun formalaşdırılmasının onlarda yüksək təəssürat yaratdığını bildiriblər.
Sədərək Gömrük İdarəsi üçün yeni qurulan müasir gömrük kompleksinin layihəsi və bu istiqamətdə görülən tikinti-quruculuq işləri ilə də tanış olan qonaqlar indi dünyada belə nəhəng və müasir gömrük məntəqələrinin az-az tikildiyini vurğulayıblar.

Duzdağ Fizioterapiya Mərkəzinin fəaliyyəti ilə tanışlıq zamanı məlumat verilib ki, 350 yerlik xəstəxanada havanın temperaturu 18-20 dərəcə, nisbi rütubət isə 24-50 faiz arasında dəyişir. Müalicə turizminin inkişafı baxımından mühüm əhəmiyyət daşıyan mərkəzə dünyanın bir çox ölkələrindən müraciətlər olur.
Qonaqlar “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə də tanış olublar.
GUAM ölkələrinin gömrük xidməti nümayəndələrinə Naxçıvan Biznes Mərkəzində muxtar respublikanın sosial-iqtisadi inkişaf göstəriciləri barədə məlumat verilib. Bildirilib ki, bu gün muxtar respublikada 367 növdə məhsul istehsal edilir. Bu məhsulların 121 növü ərzaq, 246 növü qeyri-ərzaq məhsullarıdır. 107-si ərzaq, 237-si qeyri-ərzaq olmaqla, 344 növdə məhsula olan tələbat tamamilə daxili imkanlar hesabına ödənilir.
Ağbulaq İstirahət Mərkəzi ilə də tanış olan qonaqların Batabat yaylağında gəzintisi təşkil olunub.

* * *

İyun ayının 1-də Naxçıvanda GUAM-ın Ticarətə və Nəqletməyə Yardım Layihəsinin Rəhbəredici Komitəsinin işçi qrupunun iclası keçirilib. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli qonaqları salamlayaraq işçi qrupun iclasına uğurlar arzulayıb. GUAM Katibliyi proqramlarının əlaqələndiricisi Səbuhi Təmirov Ticarət və Nəqletməyə Yardım Layihəsi barədə ətraflı məlumat verib.
Gürcüstan, Ukrayna və Moldova gömrük xidməti nümayəndələri görüşün yüksək səviyyədə təşkilinə görə minnətdarlıq ediblər.
İşçi qrupun iclasında GUAM ölkələri arasında ticarət və nəqletməyə yardımla bağlı gömrük xidmətləri tərəfindən həyata keçirilməsi nəzərdə tutulan işlərin icra vəziyyəti və üzv ölkələrin gömrük xidmətləri arasında mal və nəqliyyat vasitələrinə aid prosedurların nəticələrinin qarşılıqlı tanınması üzrə sazişin qüvvəyə minməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Tərəflər malların və nəqliyyat vasitələrinin tranzit keçirilməsinə yardım haqqında sazişin və hava nəqliyyatında gömrük hüquq­pozmalarına qarşı birgə mübarizəyə dair protokolun layihəsini müzakirə ediblər.
Qeyd edək ki, Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat olan GUAM-ın Ticarətə və Nəqletməyə Yardım Layihəsinin Rəhbəredici Komitəsinin 26-cı iclası bu gün Naxçıvan şəhərində keçiriləcək.

Azərbaycan və Türkiyə Gömrük xidmətləri hüquqpozmalara qarşı mübarizədə qarşılıqlı
əməkdaşlığın gücləndirilməsində maraqlıdır

May ayının 31-də Naxçıvanda Azərbaycan və Türkiyə Gömrük xidmətlərinin əməkdaşları arasında hüquqpozmalara qarşı mübarizədə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi mövzusunda işgüzar görüş keçirilib. Görüş iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində keçirilən görüşdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Baba Salayev qeyd edib ki, son illər iki ölkə arasında gömrük sahəsində qarşılıqlı əməkdaşlığın artırılması üçün mühüm işlər görülüb.
Birgə əməkdaşlıq nəticəsində hüquqpozma hallarının azaldığını qeyd edən Türkiyə Respublikası Gömrük və Ticarət Nazirliyinin Gömrüklərin Mühafizəsi İdarəsinin rəisi Abudallah Soylu bu istiqamətdə işlərin daha da gücləndirilməsinin vacibliyini qeyd edib.
Tərəflər qarşılıqlı görüşün Naxçıvanda keçirilməsinin həm də rəmzi məna kəsb etdiyini vurğulayaraq iki qardaş ölkənin məhz bu qədim oğuz yurdu vasitəsilə bir-birinə birləşdiyini qeyd ediblər.
Görüşdə hüquqpozmalara qarşı mübarizə sahəsində qarşılıqlı əməkdaşlıq, qaçaqmalçılıqla birgə mübarizə, məlumat mübadiləsi, risk analizi, seminar və kursların təşkili və digər məsələlər müzakirə olunub, bu sahədə işlərin icrası üçün məsul şəxslər müəyyənləşdirilib.
Sonda xatirə hədiyyələri təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Dövlət
Gömrük Komitəsinin mətbuat xidməti