20 Oktyabr 2017, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Muxtar respublikada aqrar sahənin inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması və kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yüksəldilməsi məsələləri daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə əsas hədəflərdən biri də ailə təsərrüfatlarının inkişaf etdirilməsindən ibarətdir.

Təsadüfi deyil ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri muxtar respublikanın sosial-iqtisadi inkişafı haqqındakı nitqində çox mühüm bir məqama toxunub. Ali Məclisin Sədri bildirib ki, “Yeni müəssisələr yaradılarkən muxtar respublikanın bütün rayonları üzrə əmək və xammal ehtiyatları, təsərrüfatçılıq ənənələri nəzərə alınmalıdır. Ailə təsərrüfatlarının yaradılması və inkişafı yeni istehsal müəssisəsi yaratmadan məşğulluq problemini həll edir, əhali gəlirlərinin həcminin artmasına müsbət təsir göstərir. Ona görə də ailə təsərrüfatlarının yaradılmasına üstünlük verilməlidir”.

Ailə təsərrüfatlarının fəaliyyəti ailə üzvlərinin əməyinə əsaslanmaqla, məxsus olduqları ailələrdəki əmək qabiliyyətli insanların eyni məqsədə yönələn səmərəli məşğulluğunu reallaşdırmış olur. Bu subyektlər, əsasən, istehsalyönümlü iqtisadi fəaliyyət sahələrini əhatə edərək, muxtar respublikada daxili bazarın yerli məhsullarla təmin edilməsi baxımından da xüsusi önəm kəsb edir. Digər tərəfdən, aparılan işlər muxtar respublikada ailə təsərrüfatlarının sayının getdikcə artmasına şərait yaradıb ki, bu da əmək resurslarının səmərəli məşğulluq imkanlarını artırmaqla bərabər, iqtisadiyyatda mühüm faktorlardan olan ailə biznesinin genişlənməsinə, kiçik və orta sahibkarlığın inkişafına əlavə imkanlar açır. Bütün bunların nəticəsidir ki, muxtar respublikada çoxsahəli ailə təsərrüfatlarının sayı bu gün yüzlərlədir.
Ailə təsərrüfatlarına metodik və əməli köməkliklər göstərmək, onların yerindəcə problemlərini həll etmək, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, əhalinin məşğulluğunu artırmaq sahəsində əlavə imkanlar yaratmaq, fermerlərin güzəştli kredit imkanlarından daha səmərəli istifadə etməsinə nail olunması məqsədilə muxtar respublikada çoxsahəli ailə təsərrüfatlarının fəaliyyətinin tənzimlənməsi və genişləndirilməsi istiqamətində monitorinqlər aparılıb. Ailə təsərrüfatlarının təşviqi, gələcəkdə onların sayının artırılması və biznes fəaliyyətlərinin genişləndirilməsinə köməklik göstərilməsi məqsədilə işçi qrupu yaradılıb.
Qeyd edək ki, işçi qrupu ailə biznesinə dəstəyi və onun formalaşmasını, bu təsərrüfatlar vasitəsilə məhsul istehsalını, həmçinin xidmətlərin göstərilməsini, innovasiya metodlarının tətbiqi ilə istehsalın və keyfiyyətli malların təşviqini həyata keçirir. Bu məqsədlə işçi qrupu tərəfindən muxtar respublikanın bütün rayon və kənd­lərini əhatə etməklə 201 çoxsahəli ailə təsərrüfatlarında maarifləndirici monitorinqlər aparılıb.
Monitorinqlərin nəticəsi göstərir ki, çoxsahəli ailə təsərrüfatları daha çox hey­vandarlıq, quşçuluq, arıçılıq, bağçılıq və əkinçilik sahələri üzrə fəaliyyət göstərirlər. Həmin təsərrüfatların biznes planlarının tərtib olunması, həyata keçiriləcək işlərə maliyyə dəstəyinin verilməsi, hazır məhsulun satışı barədə lazımi istiqamət verilib.
Muxtar respublikada fəaliyyət göstərən ailə təsərrüfatlarına öz bizneslərini genişləndirməklə yanaşı, onlara kiçikhəcmli süd emalı, balın qablaşdırılması, meyvə qurusu, üzüm və tut doşabı, günəbaxan tumunun qovurulması, mövüc və kompot istehsalı kimi sahələrin yaradılması haqqında tövsiyələr verilib.
Ailə təsərrüfatlarının imkanları dəyərləndirildikdən sonra onlara dövlət maliyyə dəstəyi göstəriləcəkdir.
Əminliklə demək olar ki, işçi qrupu tərəfindən aparılmış monitorinqlər ailə biznesini daha da inkişaf etdirəcək, özünü­məşğulluğu artıracaq, büdcə daxilolmalarını şaxələndirməklə ailələrin gəlir­lərini və maddi rifah halını yüksəldəcəkdir.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4761577
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3309
19017
70152
296637
4761577

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter