27 İyun 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

ARXİV

İyun 2017
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Yeni iqtisadi şəraitdə yerli ehtiyatların fəal olaraq iqtisadi dövriyyəyə cəlb olunması və bu yolla əhali məşğulluğunun təmin edilməsi regional inkişafın əsas prioritetlərindən sayılır. Bu baxımdan ölkəmizdə qeyri-neft sektorunun inkişafına göstərilən diqqət və bununla bağlı görülən işlər arasında Naxçıvan Muxtar Respublikasının öz xüsusi çəkisi vardır. Belə ki, son illər özəl sektorda həyata keçirilən layihələr iqtisadiyyatın şaxələndirilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsində mühüm rol oynayıb. Bazar rəqabəti şərtlərində sahibkarlara dəstək verilməsi, işgüzar fəallığın artırılması məqsədilə vahid konfederasiya ətrafında onların könüllü ittifaqının yaradılması qarşıya qoyulmuş məqsədlər baxımından əhəmiyyətli olub. 2006-cı ildən bəri fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası bu istiqamətdə çalışaraq sahibkarların uğurlu biznes fəaliyyətinə öz dəstəyini göstərir. 

Hazırda Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının 36 üzvü vardır. Həmsöhbət olduğumuz konfederasiya sədri Vüqar Abbasov bu barədə danışaraq bildirdi ki, belə bir təşkilatda könüllülük əsasında birləşən sahibkarlarımızın məqsədi, şübhəsiz, Naxçıvan Muxtar Respublikasının hazırkı dövründə regionun sosial-iqtisadi inkişafına daha da yaxından töhfə vermək, daxili bazarda məhsul bolluğu yaratmaq, daha keyfiyyətli xidmətlər təşkil etməkdir. Sahibkarlıq fəaliyyətinə başlamaq istəyən iş adamlarına düzgün istiqamət verməyi özünün əsas vəzifələrindən biri hesab edən Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası bu baxımdan sahibkarların hüquqlarını qorumağa, dövlət orqanları və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edərək, yaradılmış şəraitdən maksimum istifadə olunmasına köməklik göstərməyə çalışır. Bunun üçün hazırda muxtar respublikamızda hər cür münbit şərait və əlverişli biznes mühiti vardır.

Naxçıvan Muxtar Respublikasında özəl sektorun inkişafı üçün göstərilən dövlət qayğısı həmişə hiss olunmaqdadır. “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının qurucusu və sahibkarı, eyni zamanda 2015-ci ildən muxtar respublika Sahibkarlar Konfederasiyasının sədri olan Vüqar Abbasov bunu xüsusilə vurğulayaraq bildirdi ki, bir vaxtlar Naxçıvanın düşdüyü blokada şəraitinin yaratdığı çətinliklərə baxmayaraq, naxçıvanlı iş adamları dövlət dəstəyindən faydalanaraq öz layihələrini reallaşdırmaqda böyük uğurlar qazanıblar. Bununla yanaşı, bazar iqtisadiyyatı daimi olaraq müəyyən problemlərin həll olunmasını və bu sahədə sahibkardan diqqət tələb edən bir mürəkkəb mühitdir. Bu da, öz növbəsində, biznesə yeni başlayan iş adamlarına metodoloji dəstək verilməsinə ciddi ehtiyac yaradır. Belə ki, hər bir sahibkar üçün iqtisadi imkanların qiymətləndirilməsində ona ilk olaraq informasiya təminatı vacib hesab olunur. Söz yox ki, bu vacib şərt, yəni işgüzar fəaliyyət üçün tələb olunan investisiya və innovasiya imkanları zəruri dəstək olmadan reallaşa bilməz. Məhz buna görə də ölkədə və regionda sahibkarlığın inkişafını onlara göstərilən dövlət qayğısı olmadan təsəvvür etmək çox çətindir.
Müasir biznes öz mürəkkəb xüsusiyyətləri ilə xarakterikdir. Bazardakı rəqabəti düzgün qiymətləndirmək, dünya bazarını öyrənmək, real tələbatı və dövlətin yeritdiyi iqtisadi siyasət prioritetlərinə görə fəaliyyət növünü seçmək sahibkarlarımız qarşısında vacib məsələlər kimi durur. Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası bu baxımdan mövcud şəraitdə iş adamlarını maraqlandıran əsas məsələlərdən biri olan bazar fürsətlərinin öyrənilib qiymətləndirilməsi işində öz köməyini əsirgəmir. Sahibkarlıq fəaliyyətinin bu əsas cəhəti sahibkarın işgüzar dünyagörüşünün artırılması olmadan mümkün deyildir. Bu məsələyə diqqəti cəlb edən konfederasiya sədri söhbətində bildirdi ki, naxçıvanlı sahibkarların dövri olaraq sərgi və yarmarkalarda, konfrans və digər işgüzar görüşlərdə iştirakının təmin olunması xüsusilə vacibdir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikasını təmsil edən sahibkarların vaxtaşırı olaraq ölkəmizin paytaxtında və xarici ölkələrdə keçirilən tədbirlərdə iştirakı təmin olunur. Artıq naxçıvanlı sahibkarlar Avropa və Asiyanın xeyli sayda biznes qurumları ilə sərbəst əlaqələr saxlayır, sərgi və forumlara dəvətlər alırlar. Konfederasiyanın www.nsk.org.az saytı yaradılıb ki, burada da sa­hibkarlara maraqlı olan məlumatlar yerləşdirilib. Naxçıvanlı sahibkarların təşkil etdiyi arıçılar, quşçular və istixanaçılar birlikləri də, öz növbəsində, konfederasiya ilə sıx əlaqədə fəaliyyət göstərir, üzvlər ilə birlikdə qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün səylərini əsirgəmirlər. Sahibkarların müasir biznesin tələbləri baxımından maarifləndirilməsi üçün kurslar təşkil olunur. Onları maraqlandıran məsələlərin həll olunması məqsədilə dövlət orqanları ilə birlikdə görüşlər təşkil edilir.
Muxtar respublikada sahibkarların uğur qazanması üçün hər cür şərait var. Naxçıvanda həyata keçirilən hər bir biznes layihəsi, son nəticədə, regionun daxili bazarının bolluğuna və əhalinin rifahına xidmət etdiyindən onlara göstərilən qayğı da dövlətin həyata keçirdiyi regional inkişaf siyasətinin mühüm bir hissəsidir. Bütün bunların məqsədi isə muxtar respublikada idxaldan asılılığın maksimum dərəcədə azaldılması, daxili bazarın tələbatlarının ödənilməsi ilə yanaşı, ixrac­yönümlü məhsulların istehsalına da geniş yer verilməsi, turizmin inkişafı hesabına valyuta gəlirlərinin artırılmasıdır.
Milli sahibkarlıq təbəqəsi Azərbaycan iqtisadiyyatının möhkəm sütunudur. Bu mühüm sahənin inkişaf etdirilməsinin əhəmiyyətini xüsusilə vurğulayan xalqımızın ümummilli lideri Heydər Əliyev hələ 25 aprel 2002-ci ildə ölkə sahibkarları ilə tarixi görüşündəki yekun nitqində demişdir: “Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq və sahibkarlığın inkişaf etdirilməsi üçün bundan sonra lazım olan tədbirlərin həyata keçirilməsi ilə məşğul olacağıq”.
Keçilən yola nəzər saldıqda görürük ki, bir vaxtlar bəzi sadə məhsulları belə, xaricdən idxal etməyə məcbur olan ölkəmizdə çox qısa bir zaman ərzində reallaşdırılan iqtisadi strategiya öz bəhrəsini verib. Belə ki, çox sayda irimiqyaslı layihələrin başa çatdırılması, idxaldan asılılığın qarşısının alınması, ölkənin və onun regionlarının investisiya cazibədarlığının artırılması və daha önəmlisi yaxın region ölkələri üçün artıq investor roluna keçilməsi məhz dövlət-özəl sektor tandeminin uğurlu gedişlərinin nəticəsində mümkün olmuşdur. Bu yolda Naxçıvan Muxtar Respublikasında bir sıra uğurlar əldə edilib. Naxçıvanlı sahibkarların tikintidən ticarətə, emal sənayesindən turizmə, yeyinti sənayesindən avtomobilqayırmaya, poliqrafiyadan kənd təsərrüfatına və biznesin onlarla növdə digər sahələrində qazandıqları uğurlar bunların yalnız bir hissəsidir. İrəlidə isə daha yeni layihələr vardır.

 Əli CABBAROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3027770
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
7835
15326
23161
463237
3027770

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter