23 Noyabr 2017, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Ordubad rayonunda aqrar sahənin inkişafına hərtərəfli şərait yaradılıb

Dünənə qısa ekskurs,bu günün reallıqları

Qədim diyarımızın dünənini görən hər bir naxçıvanlı o dövrü, daha dəqiq desək, ötən əsrin sonlarında baş verən hadisələri, həmin hadisələrin insanlara vurduğu zərbələri yaxşı xatırlayır. Anarxiyanın, özbaşınalığın tüğyan etdiyi, insanların bu gündən sabaha ümidlərinin tükəndiyi bir zamanda həyat sanki donmuşdu. İstehsal müəssisələrinin, müxtəlif xidmət sahələrinin fəaliyyəti dayanmış, məhsuldar və bərəkətli torpaqlar sanki sahibsiz qalmışdı...
Bu gün həmin torpaqlarımızdan səmərəli istifadə olunması üçün hərtərəfli şərait yaradılıb. Aqrar sahənin inkişaf etdirilməsi sənayenin də inkişafına stimul olub. Sənaye məhsullarının istehsalında yerli xammaldan istifadə edilməsi də bu gün bir sıra çətinliklərə son qoyub. Bütün bunlar əhalinin məşğulluğunu təmin edib.
Tarixən aqrar bölgə kimi tanınan muxtar respublikada bu sahədə qazanılan uğurlar əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə nəticələnib. Bununla bağlı qəbul edilən, icrası uğurla başa çatan və ya davam etdirilən dövlət proqramları muxtar respublikada insan amilinə, onun layiq olduğu səviyyədə yaşamasına xidmət edən dövlət sənədləri kimi əhali tərəfindən yüksək dəyərləndirilir. Bir sözlə, bu gün hər bir naxçıvanlı öz həyatında hərtərəfli dövlət qayğısını görür, bundan ruhlanır, muxtar respublikanın, nəticə etibarilə, ölkəmizin iqtisadi qüdrətinin artmasına öz töhfələrini verir.

Məlumdur ki, iqtisadiyyatın gücləndirilməsində kənd təsərrüfatı məhsulları istehsalının artırılması mühüm əhəmiyyət kəsb edir. Bu isə heç də çətin məsələ deyil. Artıq torpaq kənd adamlarının daimi iş yerinə çevrilib. Onlar bu qiymətli sərvətdən səmərəli istifadə etməklə həm öz rifah hallarını yaxşılaşdırır, həm daxili bazara töhfələrini verir, həm də məhsul bolluğu yaradırlar. Bunun üçün hərtərəfli imkanlara malikdirlər. Hər il bu sahənin inkişafı üçün kompleks tədbirlərin həyata keçirilməsi ənənə halını alıb. Aprel ayının 4-də keçirilən “Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” Açıq Səhmdar Cəmiyyətinin toxumçuluq təsərrüfatına yeni kənd təsərrüfatı texnikaları və toxumçuluq laboratoriyası avadanlıqlarının təqdim olunması mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “Naxçıvan Muxtar Respublikasında əhalinin 70 faizi kəndlərdə yaşayır və kənd təsərrüfatı ilə məşğul olur. Bu səbəbdən də muxtar respublikada kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir. Hər il müasir meliora­siya-irriqasiya sistemləri qurulur, bu hesaba yeni torpaq sahələri əkin dövriyyəsinə qatılır. Kənd təsərrüfatı texnikaları torpaq mülkiyyətçilərinə verilir, kənd təsərrüfatı təmayüllü istehsal müəssisələrinin fəaliyyəti dəstəklənir”.
Yuxarıda da bəhs etdiyimiz kimi, artıq o çətin günlər geridə qalıb. Bu gün muxtar respublikamız özünün yeni inkişaf mərhələsindədir. Bu inkişafın təməli isə 15-20 il əvvəl qoyulub. Regionun bütün bölgələrini əhatə edən sürətli sosial-iqtisadi inkişaf bağlar diyarı Ordubadın daimi “yol yoldaşı”na çevrilib.

Bizim də yolumuz Ordubad rayonunadır

Bölgəyə gəlişimizdə məqsəd muxtar respublikada ərzaq təhlükəsizliyinin tam təmin edildiyi bir vaxtda Ordubad rayonunda bu istiqamətdə görülən işlərlə tanış olmaqdır. Tarixən bağlar diyarı kimi tanınan bu qədim yurd yeri də ötən əsrin sonlarında, məlum hadisələr zamanı ciddi sınaqlarla üzbəüz qalıb; yüz hektarlarla meyvə və üzüm bağları sıradan çıxıb, məhsuldar torpaq sahələri gözlərini yollara dikib öz sahiblərini gözləyiblər. Yaxşı ki bu intizar bir o qədər də çox çəkməyib. O günlərdə baş verənlərin təfərrüatına varmaq istəmirəm: Bu gün Ordubadda meyvəçiliyin, üzümçülüyün şöhrəti özünə qaytarılmaqdadır; bir qarış torpaq əkilməmiş qalmır, bu da süfrələrin bol və keyfiyyətli ərzaq məhsulları ilə təminatına rəvac verir. İkinci bir məsələ isə bu sahələrin hesabına əhalinin məşğulluğunun təmin edilməsidir.
Rayon İcra Hakimiyyətinin əməkdaşı Etibar İsmayılov deyir ki, ordubadlılar torpağın qədrini bilən insanlardır. Onlar bu qiymətli nemətin səxavətini də yaxşı görüblər. Torpağa bağlılıq bu gün ordubadlı zəhmət adamlarının hər birinin həyatında özünü göstərir. Başqa cür də ola bilməz. Hər il rayonda həyata keçirilən meliorasiya-irriqasiya tədbirləri, torpaq mülkiyyətçilərinin yüksək reproduksiyalı toxumlarla, müasir kənd təsərrüfatı texnikaları ilə təchizatı, müxtəlif dövlət yardımlarından istifadə məsələləri tamamilə həll edildiyindən məhsul istehsalı ilbəil artır. Etibar İsmayılovun sözlərinə görə, son illərdə torpaq mülkiyyətçiləri yerli sortlardan istifadəyə daha çox üstünlük verirlər. Çünki belə sortlar Ordubad torpaqlarında tarixən məhsuldarlığı ilə tanınıb, həm də dadlı-tamlıdır. Bu gün həmin məhsullar muxtar respublikanın ticarət obyektlərində böyük tələbatla satılır.

Statistik rəqəmlər ürəkaçandır

Ötən təsərrüfat ilində böyük uğurlara imza atan bölgənin torpaq mülkiyyətçiləri cari ilin bol məhsulunun əsasını qoymaq üçün artıq sahələrdədir. Məlumat üçün bildirək ki, hələ ötən payızdan şum işlərinə başlanılıb, 738 hektarı buğda, 861 hektarı arpa olmaqla, 1599 hektar sahədə taxıl əkini aparılıb.
Yazın ilk günlərindən yenidən şum qaldırılmasına, müxtəlif bitkiçilik məhsullarının əkininə başlanılıb, artıq tərəvəz məhsulları tədarük edilir.
Rayon Statistika İdarəsindən aldığımız məlumata görə, cari ilin məhsulu üçün yaz dövrü 383 hektar sahədə yazlıq bitkilər əkilib. Əkin sahələrinin 164 hektarını qarğıdalısız dənli və dənli-paxlalılar, 139 hektarını kartof, 16 hektarını çoxillik otlar, 13 hektarını birillik otlar təşkil edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası Ordubad rayonunda da uğurla davam etdirilir. Rayonda əkilmiş torpaq sahələrinin 51 hektarını tərəvəz təşkil edir. Yuxarıda qeyd etdiyimiz kimi, artıq tərəvəz məhsulları ticarət obyektlərinə çıxarılır. Proqrama əsasən, bölgədə görülən işlər artıq meyvəçiliyin də şöhrətini özünə qaytarmaqdadır. Cari ildə Əylis düzündə 1 hektar, Şəhriyar qəsəbəsi ərazisində 2 hektar meyvə bağı salınıb. Keçən il salınmış 40, ümumilikdə, son illərdə iməciliklər yolu ilə hasilə gətirilmiş 130 hektardan çox meyvə bağında bərpa işləri aparılıb. Bölgədə üzümçülük də qədim ənənələrə malikdir. Bu ənənələr bu gün elmi əsaslarla davam etdirilir, yeni üzüm bağlarının salınması diqqətdə saxlanılır. Cari ilin ötən dövrü ərzində Sabirkənddə 50 min ədəd üzüm çubuğu torpağa basdırılıb. Payız iməciliklərində həmin çubuqlardan tənək kimi yeni üzüm bağlarının salınmasında istifadə olunacaq.

Torpaq mülkiyyətçilərinin dedikləri

Rayonun ən böyük yaşayış məntəqəsi olan Dəstə kəndində qədim meyvə sortlarının bərpası məqsədilə bir çox torpaq mülkiyyətçisi tingçiliklə məşğul olur. Onlardan biri Yusif Yusifovdur. Yusif kişi deyir ki, ölkəmizdə meyvəçilik bölgəsi kimi tanınan Ordubadda məşhur meyvə sortları olub. Ancaq bu gün həmin sortlara çox az təsərrüfatlarda rast gəlinir. Həmin sortların bərpasını qarşımıza məqsəd qoymuşuq. Bundan həm muxtar respublikamız qazanır, həm də qədim meyvə sortları yenidən həyata vəsiqə alır. İqtisadi cəhətdən çox səmərəli olan meyvəçiliyin inkişaf etdirilməsində tingçiliklə məşğul olanlar da bəhrələnirlər. Yetişdirdiyimiz ting­lərin muxtar respublikanın hər bir bölgəsində alıcısı var. Hətta ölkəmizin paytaxtına da bu tinglərdən göndərilir.
Uzun illər ictimai təsərrüfatda aqronom işləmiş İsrafil Məmmədov Ordubad rayonunda aqrar sahədə həyata keçirilən tədbirlərə öz münasibətini belə bildirir:– Ordubadın torpaqları məhsuldar, insanları zəhmətkeşdirlər. Onlar həm sovet dönəmində, həm də indi bu qiymətli sərvətə halal qazanc mənbəyi kimi baxıblar. O dövrdə müəyyən çətinliklərlə üzləşsələr də, torpaqları əkilmə­miş qoymayıblar. İndi isə torpaq özlərinindir və ondan istifadə üçün geniş imkanlar yaradılıb. Muxtar respublikanın rayonlarının müxtəlif qurumlar tərəfindən hazırlanan torpaq atlasları bu gün hər bir mülkiyyətçiyə daha geniş uğurlar qazanmağa imkan verib. Üstəgəl, mütəmadi olaraq mütəxəssislər tərəfindən aparılan maarifləndirici tədbirlər də bol məhsul istehsalına şərait yaradır. Odur ki, bu gün Ordubadın torpaq mülkiyyətçilərinin qazandıqları uğurları təbii saymaq olar.
Bu uğurlar iqtisadiyyatımızın gücləndirilməsi, insanların maddi rifah halının yüksəlməsi, süfrələrimizin bolluğu, ruzi-bərəkətidir.
Ruzi-bərəkətimiz daha bol olsun.

 Muxtar MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5321230
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5814
18695
60804
369436
5321230

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter