11 Dekabr 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2017
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Əhalinin davamlı olaraq keyfiyyətli ərzaq məhsulları ilə təmin olunmasına yönəlmiş dövlət siyasəti muxtar respublikamızda kənd təsərrüfatının inkişafına təkan verən mühüm amillərdəndir. Muxtar respublikamızda iqtisadiyyatın şaxələndirilməsi və kənd təsərrüfatını inkişaf etdirmək məqsədilə qəbul edilmiş mühüm dövlət proqramlarının uğurlu icrası da məhz bu istiqamətdə görülmüş işlərin əsas məzmununu təşkil edir.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən aldığımız məlumatda qeyd olunur ki, cari ilin yanvar-mart aylarında muxtar respublikada 26 milyon 400 min 400 manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da bir il öncəyə nisbətən 3,3 faiz çoxdur.
Aqrar sektorda heyvandarlıq məhsulları istehsalı, onların emalı, saxlanması və satışı davamlı olaraq diqqət tələb edən məsələlərdəndir. Muxtar respublikada daxili bazarın qorunması bu sahənin inkişafına da şərait yaradır. Belə ki, 2017-ci ilin yanvar-mart aylarında muxtar respublikada diri çəkidə 5880,7 ton ət, 12248,7 ton süd istehsal olunub ki, bu da 2016-cı ilin yanvar-mart ayları ilə müqayisədə müvafiq olaraq 3,5 və 1,6 faiz çoxdur. Cari ilin ilk rübü ərzində muxtar respublikada 4 heyvandarlıq təsərrüfatının yaradılması davam etdirilib. Bu sahənin inkişaf etdirilməsi məqsədilə bank və kredit təşkilatları tərəfindən 455 min 300 manat həcmində kredit verilib. Bu dövr ərzində kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektlərinə, ümumilikdə, 719 min 100 manat məbləğində kreditlərin verilməsi təmin olunub.

Naxçıvanda bitkiçilik, bağçılıq və bostançılıq məhsulları istehsalının artırılması üçün müvafiq tədbirlərin aparılması davam etdirilir. Belə ki, muxtar respublika əhalisinin meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına təmin edilməsi məqsədilə üzüm bağlarının salınması üçün tinglərin becərilməsinə başlanılıb. Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatını daha da yaxşılaşdırmaq məqsədilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 2017-ci ilin yanvar-mart aylarında 131 ədəd kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilib. Bu dövr ərzində məhsul istehsalçıları 5293,3 ton mineral gübrə ilə təmin olunub.
Muxtar respublikada etibarlı ərzaq təminatı sisteminin yaradılması ixrac potensialını da artırıb. Belə ki, 2017-ci ilin ilk rübü ərzində muxtar respublikadan 12 milyon 50 min 400 ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunub.
Göründüyü kimi, muxtar respublika iqtisadiyyatı yeni iqtisadi şəraitə çevik uyğunlaşma göstərib və mühüm yer tutan kənd təsərrüfatında da dinamik artıma nail olunub.

 Əli Cabbarov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5631072
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
14524
18377
14524
176963
5631072

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter