23 Noyabr 2017, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Ötən şənbə günü Naxçıvan şəhərindəki Mərkəzi bazarda qələbəlik var idi. Burada təşkil olunmuş yarmarkaya gələnlərin ardı-arası kəsilmirdi. Hiss olunurdu ki, onlar neçə illərdir, mütəmadi olaraq keçirilən belə tədbirlərdən xeyli razıdırlar. Bunu yarmarkaya üz tutan insanların çöhrələrindən də duymaq çətin deyildi. Çünki keyfiyyəti ilə seçilən yerli məhsulları buradan  ucuz qiymətə ala bilirlər. Budəfəki yarmarkada yerli tərəvəz məhsulları ilə yanaşı, qida kimi istifadə olunan yabanı bitkilər də çoxluq təşkil edirdi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Pro­qramı”ndan irəli gələn vəzifələr muxtar respublikamızda uğurla icra olunur. Bunun nəticələrini Mərkəzi bazarda keçirilən yarmarkada da görmək mümkün idi. Bazarda belə məhsulların bolluğu deməyə əsas verirdi ki, adıçəkilən proqram muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunmasına öz töhfələrini verir.

Yarmarkaya məhsul gətirən torpaq mülkiyyətçilərinə hərtərəfli şərait yaradılmışdı. Buradakı səliqə-sahman da ilk baxışdan diqqəti cəlb edirdi. Yarmarkada məhsullar bazar qiymətindən 15-20 faiz ucuz təklif olunurdu. Səhər saatlarından yarmarkada əhali sıxlığı yaranmış, saat 1130-da yarmarkaya daxil olan məhsulların 85 faizindən çoxu satılmışdı.
Süni qiymət artımının qarşısının alınması, alıcıların seçim imkanlarının artırılması məqsədilə bolluq yaradılmış, sahibkarlıq subyektləri tərəfindən 109 növdə, 192 çeşiddə məhsul yarmarkaya çıxarılmışdı.
Bu aylarda yarmarkada qida kimi istifadə olunan yabanı bitkilər də çoxluq təşkil edirdi. Alıcılar bu məhsullara da maraq göstərirdilər. Muxtar respublikanın dağ və dağətəyi ərazilərindən toplanmış cacıq, şomu, çiriş, qazayağı və başqa bitkilərin hər biri min dərdin dərmanıdır. Naxçıvan mətbəxində bu bitkilərdən geniş istifadə olunur.
Artıq əkin sahələrində digər məhsullar da yetişməkdədir. Önümüzdəki həftələrdə keçiriləcək kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında şəhər sakinlərinə həmin məhsullar da təqdim olunacaq. Belə tədbirlər bir neçə cəhətdən sərfəlidir. Təşkil olunan yarmarkalar torpaq mülkiyyətçilərinin min bir zəhmətlə yetişdirdikləri məhsulları rahatlıqla satmalarına və ailə büdcələrinin gəlirlərini artırmalarına şərait yaradır, daxili bazarı yerli məhsullarla təmin edir.

 Muxtar Məmmədov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5321398
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5982
18695
60972
369604
5321398

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter