26 May 2017, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

ARXİV

May 2017
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Muxtar respublikamızda həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti əhalinin həyat səviyyəsinin yüksəlməsinə və yeni xidmət növlərinin fəaliyyət göstərməsinə şərait yaradır. Ayrı-ayrı məhsulların satışı üzrə ixtisaslaşan mağaza və satış salonlarının istifadəyə verilməsi, müasir istehlakçıların tələblərinə uyğun xidmətlərin yaradılması baxımından əhəmiyyətlidir. Bu ayın əvvəlində Naxçıvan şəhərindəki Gənclər şəhərciyində “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaradılmış “Meynəli” şərab evi də bu sahədə günün tələbləri səviyyəsində xidmət göstərən nümunəvi iaşə obyektidir.

200 kvadratmetrlik bir ərazidə geniş çeşiddə, 500-ə yaxın adda mal təklif edən bu xidmət obyektində muxtar respublikamızda və ölkəmizdə istehsal olunan içki məhsulları ilə yanaşı, dünyanın bu sahə üzrə tanınmış firmalarının məhsulları da vardır. Firma mağaza ilə tanış olarkən burada muxtar respublikamızda istehsal olunan yüksəkkeyfiyyətli, müxtəlif adda pivə, araq, çaxır, qazlı və qazsız mineral sular diqqəti cəlb edir. Ümumilikdə, bu satış obyektində Naxçıvanda istehsal edilən 45-dən çox, müxtəlif adda içki məmulatlarını bir yerdə tapmaq mümkündür ki, bu da müasir tələbkar istehlakçı üçün çox vacib amildir. İdxal məhsulları isə, əsasən, bu sahədə ixtisaslaşan Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Almaniya, Moldova, Meksika, İspaniya, ABŞ, İngiltərə, Fransa, İtaliya, Şotlandiyadan gətirilib, yüksəkkeyfiyyətli araq, çaxır, şampan, viski, rom, tekila, likör, konyaklardan ibarətdir. İdxal edilən bu məhsullar tamamilə orijinal məhsuldurlar, onların bir qismi ilk dəfə Naxçıvana gətirilib.

“Meynəli” şərab evində müasir xidmət şəraiti yaradılıb. Müştərilərə xidmətin müasir səviyyədə təşkil olunması məqsədilə gənc satış personalı işə cəlb edilib, əhaliyə həftənin 7 günü 12 saatlıq xidmət göstərilir. Mağazanın xidmətlərinə şəhərimizə gələn turistlərin də böyük maraq göstərdiyini nəzərə alaraq buraya əcnəbi dilləri bilən işçilər cəlb olunub. Ətrafdakı səliqə-sahman, mağaza daxilindəki rahat şərait buraya gəlmiş müştərilərin öz seçimlərini etməsinə imkan yaradır. Mağazadakı qiymətlər də əhalinin hər təbəqəsinin gəlir səviyyəsinə uyğundur. Bir sözlə, “Meynəli” şərab evinə gəlmiş müştərilər onlara göstərilən xidmətlərdən tam razı şəkildə alış-verişlərini edə bilirlər.
Təcrübə göstərir ki, xidmət sektorunda yaradılmış yüksək standartlar əhalinin həyat keyfiyyətini artırmaqla yanaşı, eyni zamanda istehsal sahələrinin də inkişafı üçün stimul verən amillərdəndir. Bu baxımdan fəaliyyətə başlayan hər bir yeni istehsal və xidmət sahəsi iqtisadi inkişafın dinamik artımının təmin olunmasına yönəlmiş dövlət qayğısının nəticəsi kimi muxtar respublikamızın iqtisadiyyatı üçün əhəmiyyətlidir.

 Əli Cabbarov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2472444
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11295
16737
74009
412007
2472444

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter