25 İyun 2017, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

ARXİV

İyun 2017
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Bu gün muxtar respublikanın sərhəd kəndlərində sakitlik hökm sürür. Bu kəndlərin coğrafi baxımdan harada yerləşməsindən asılı olmayaraq hər birinin müasir görkəmə qovuşması diqqət mərkəzində saxlanılır, hər il yeni sosial obyektlər istifadəyə verilir, sakinlərin rahatlığı təmin olunur. Bu işlər Babək rayonunun ucqar dağ və sərhəd kəndi olan Gərməçataqda da davam etdirilir. 

Avtomobilimiz son illərin quruculuq ərməğanlarından olan Naxçıvan-Şahbuz magistral yolunda irəliləyir. Naxçıvan Dövlət Radiosunun efirində isə ustad xanəndə Əlibaba Məmmədovun ifasında “Mənim Azərbaycanım” mahnısını dinləyirik. Əsrarəngiz Naxçıvan təbiətini heyranlıqla seyr edərkən qeyri-ixtiyari həmin mahnıdan bir parçanı zümzümə edirəm: Harda vardır belə dağlar, harda vardır belə vüqar?
Uzaqdan əzəmətlə, qürurla dayanan başı qarlı dağlar sanki gələni qarşılayıb ona qucaq açır, gedəni isə yola salır. Çöl-bayır isə güllərin, çiçəklərin dili ilə danışır, ağaclar ağ rəngə bürünməkdədir. Təbiətə al-əlvan naxışlar vurub, ürəkləri riqqətə gətirən və gözəlliklər fəsli olan yaz yurdumuzun qonağıdır. Bu an göz işlədikcə uzanan taxıl zəmiləri yolçunun diqqətini özünə cəlb edir. Magistral yolun sağ və sol tərəflərində canlanma müşahidə edilir. Hektarlarla sahədə taxıl əkini aparılıb, suvarılıb, gübrələnib. Deməli, bu il də bolluq olacaq. Bu an televiziya kanallarında gördüyüm, 90-cı illərdə çörəklə imtahana çəkildiyimiz günlərin kadrlarını xatırlayıram. Çörək növbələri, kəsilən ağaclar, enerji qıtlığı və daha nələr-nələr...

Dağların başına ilan kimi qıvrılan rahat yolda irəlilədikcə düşüncələr bir-birini əvəz edir və biz artıq düşmənin beş addımlığında yerləşən Gərməçataq kəndinə çatırıq. Zamanında bu yerlərdə mərmi yağışından baş qaldırmaq mümkün olmayıb. O günlər acı bir xatirə kimi arxada qalıb. İndi top-tüfəng səsini quruculuq işlərini aparan texnikaların səsi əvəz edib.
“Müstəqillik illərində Naxçıvanda başlanan yenilik və müasirliyin dinamikası yüksələn xətlə inkişaf edib. Bu inkişaf Gərməçataqda da hiss edilir. Kəndimizin əsrarəngiz təbiəti var. Bəlkə də bu gözəlliyə görədir ki, ötən əsrin 90-cı illərində mənfur düşmən Gərməçatağa bir neçə dəfə hücum etmiş, mövcud infrastruktur yerlə-yeksan olunmuşdu”, – deyən kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Lazım Mirzəyev bizi qonaqpərvərliklə qarşılayır və söhbətə belə davam edir:
– O vaxt Kərətəpə, Bolutəpə, Novruzölən deyilən yerlərdə qanlı döyüşlər gedirdi. Həmin vaxt təkcə Gərməçataqda deyil, Naxçıvanın bütün sərhəd kəndlərində eyni ab-hava hökm sürürdü. Kəndin girişində büstü ucalan Vəli Zeynalov da o dövrdə düşmənin hücumlarını dəf edərkən şəhid olub. O, əslən Babək rayonunun Zeynəddin kəndindən idi. Vətənin ağır günlərində Gərməçatağın müdafiəsində dayanmışdı. Məlumat üçün deyim ki, kənddə başlanılan quruculuq tədbirləri çərçivəsində şəhidin büstünün ətrafı da abadlaşdırılacaq.
Bu gün şəhid Vəli Zeynalovun missiyasını Gərməçataqda şanlı Əlahiddə Ümumqoşun Ordunun əsgərləri davam etdirir. Əslən Zəngilan rayonundan olan əsgər İmamverdi Babayev deyir ki, ölkəmizdə ordu quruculuğu istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki təminatı gücləndirilib, şəxsi heyətin nümunəvi xidməti üçün müasir infra­struktur yaradılıb:
– Tale elə gətirib ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan və mühüm strateji mövqedə yerləşən Naxçıvanda xidmət etmək mənə nəsib olub. Vətənin bu parçasını qorumaq bizə tapşırılıb. Biz də bu vəzifəni ləyaqətlə yerinə yetirməyə çalışırıq.
Qeyd edək ki, aprel ayının əvvəllərindən kənddə tam orta məktəb binasının əsaslı şəkildə yenidən qurulmasına başlanılıb. Yenidənqurmadan sonra təhsil ocağında kompüter və şahmat sinifləri də fəaliyyət göstərəcək. Ümumilikdə isə 16 sinif otağı kollektivin ixtiyarına veriləcək. Görülən işlər təkcə məktəblə məhdudlaşmır. İkimərtəbəli kənd mərkəzində dövlət qurumlarının səmərəli fəaliyyəti üçün müasir iş şəraiti yaradılacaq. Xidmət mərkəzinin istifadəyə verilməsi ilə sakinlərin ərzaq və sənaye mallarına olan tələbatı məhz bu məkanda ödəniləcək. Hələ bu da son deyil. Kənddaxili yollar abadlaşdırılacaq, rabitə və elektrik xətləri yenilənəcək. Kənd tam orta məktəbinin direktoru Mehman Əliyevin sözlərinə görə, məktəb binası 2001-ci ildə istifadəyə verilib. Bu gün həyatımıza sürətlə nüfuz edən yeniliklər təhsil ocağı­nın da yenidən qurulmasını zəruri edib:
– Bu gün muxtar respublikanın bütün yaşayış məntəqələrinin sakinləri kimi, biz də fasiləsiz təbii qaz və elektrik enerjisindən istifadə edirik. Naxçıvan şəhərindən başlanan rahat yol kəndimizə qədər uzanır. Ötən il Cəhri-Buzqov avtomobil yolundan Gərməçatağa qədər 9 kilometrlik yeni yol çəkilib, körpü salınıb. Üstəgəl, kənd dəniz səviyyəsindən 2 min 200 metr yüksəklikdə yerləşdiyi üçün əməkhaqqı və pensiyalar 20 faiz artımla ödənilir.

* * *

Kənddə teleötürücü qüllə və Naxtel mobil rabitə operatoru da quraşdırılıb. Görülən məqsədyönlü tədbirlər məskunlaşmanın artmasına səbəb olub. Belə ki, ötən ilin payızında bu kənddən olan və ölkəmizin müxtəlif yerlərində yaşayan daha 3 ailə öz doğma yurdlarına qayıdıb. Əhalinin əsas məşğuliyyəti arıçılıq və meyvəçilikdir. Hər həyətdə yaşı 50-ni, 60-ı ötmüş nəhəng cəviz ağacları var. Naxçıvan bazarında bu yerlərin cəvizi adla tanınır. Ötən il bol məhsul tədarük edənlərdən Rizvan Əhmədov dedi ki, bu kəndin zəhmətkeş insanları torpağın qədir-qiymətini bilirlər:
– Əkinəyararlı torpağımız azdır, ancaq yararlı torpaqlarımız çox məhsuldardır. Zəhmət çəkən bal yeyər, – deyiblər. Elə sözün bütün mənalarında. Söhbət baldan düşmüşkən, kənddə elə adam var ki, 60-70-ə yaxın arı ailəsi saxlayır. Dağ yamaclarından toplanan çiçəklərdən hasil olunan Gərməçataq balının dadına varanlar söhbətin nədən getdiyini yaxşı bilir. Elə ki, yay ayları gəldi kənddə həyat daha da qaynar olur, ekoloji təmiz və saf məhsullardan istifadə edən qonaqlar zəngin təbiətdən zövq alaraq dolğun təəssüratlarla buradan ayrılırlar.
Gərməçataq kəndində yaşayanlar bir vaxtlar çoxlu problemlərlə üz-üzə qalıblar. Amma bu gün kəndin hər bir problemini həll edən, məskunlaşmanın artmasını diqqət mərkəzində saxlayan, insan amilini ön plana çıxaran dövlətimiz var. Yazda, yayda buranın əsrarəngiz təbiətini və görülən quruculuq tədbirlərini də nəzərə alsaq, tam əminliklə demək olar ki, Gərməçataq bundan sonra da muxtar respublika sakinlərinin və qonaqlarının ən çox üz tutduğu ünvanlardan biri olacaq.

Muxtar RZAZADƏ
“Şərqin səhəri” qəzetinin redaktoru

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3001594
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11759
14562
113874
437061
3001594

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter